- 20:33 Şəmkirdə sərxoş sürücü 5 qohumunun ölümünə bais oldu-DƏHŞƏT
- 16:47 "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin kollektivi Zağulbada 1500-dən çox ağac əkdi
- 20:05 Gürcüstana qızıl və brilyantı qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşları
- 17:50 "Grand Winners" mükafatının sahibləri elan edildi
-
15:44
Naftalana yeni icra başçısı təyin edildi - SƏRƏNCAM
- 15:00 Musiqili Teatrda “Nəsimi” nin təqdimatı keçiriləcək
- 14:20 DİN: Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
- 13:50 Sabah Azərbaycanda 5 dərəcəyədək şaxta gözlənilir
- 13:15 "Neftçilər Xəstəxanası atamın müalicəsinə pul istəyir" - Səidə ağladı+Video
- 12:55 Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşəcək - bu gün
- 12:25 M2 magistralının Gəncə-Gürcüstan sərhədi hissəsi 4 zolaqlı olacaq
- 11:50 DİQQƏT: Musiqili Teatrın yeni layihəsində Atabəy İsmayılov olacaq

Baş Prokurorluq BDU yataqxanasındakı zəhərlənmə ilə bağlı cinayət işi başladı
Tarix: 21/11/2019
Noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilmişdir. Baç Prokurorluğun Mətbuat Xidmətindən "Təzadlar"a verilən məlumatda qeyd edilir ki, fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir. Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, stasionar şəraitdə müalicələri davam etdirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər