- 08:46 2020-ci ildə Azərbaycanda neft hasilatının proqnozu açıqlanıb
- 09:28 "Müsəlmanlar qızıldırlar"-LUKAŞENKO
- 23:09 Онколог: жирная пища приводит к быстрому росту раковых клеток
-
22:46
“İvanovka”nın spred yağı “kərə yağı” adı altında satılırmış - FOTO
- 19:59 "Torqovı"da asayişi pozanlara cinayət işi başlandı
- 19:25 Rusiya, Türkiyə və İran Suriya neftinə dair birgə bəyanat yayıb
- 18:38 Azərbaycan Dillər Universitetində “İnsan alverinə qarşı maarifləndirmə işi”-FOTOLARDA
- 17:38 Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib
- 16:30 Sahil Babayev vətəndaş qəbulu keçirib, həmçinin...
- 15:45 Vətəndaşların pulunu mənimsəyən filial rəhbəri və həkim ifşa olundu
- 15:15 Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
- 15:05 Gürcü tarixçinin İrəvan xanlığı haqda kitabının təqdimatı keçirilib

"Grand Winners" mükafatının sahibləri elan edildi
Tarix: 4/12/2019
Dünya Karate Federasiyası (WKF) ötən həftəsonu Madriddə Karate1 Premyer Liqa turnirinin nəticələrindən sonra ənənəvi "Grand Winners" mükafatının sahiblərini elan edib.
Azərbaycan Karate Federasiyasından "Tezadlar.az"a bildirilib ki, hər kateqoriyadan ən yüksək nəticə göstərən idmançılar arasında dünya şöhrətli Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və Irina Zaretska (-68 kq) da var. Son dünya çempionu və olimpiya reytinqinin lideri İ.Zaretska bir-birinin ardınca Tokio, Moskva və Madrid mərhələsində qələbəsi, eləcə də Dubay Premyer Liqasında, İstanbulda Seriya A turnirində və Minskdə Avropa Oyunlarında gümüş medalları ilə ikinci dəfədir ki, "Böyük qaliblər" mükafatına sahib olur. "Yaxşıların yaxşısı" titulunu 2 il əvvəl də qazanan idmançımız gələn mövsüm xüsusi qızılı saplarla işarələnmiş karateqi geyimi ilə tatamiyə çıxacaq.
Beşqat Dünya və on iki dəfə Avropa çümpionu Rafael Ağayev isə dalbadal ikinci ildir ki, "Grand Winners" mükafatnı qazanır. Tanınmış karateçimiz bu mövsümdə Premyer Liqa yarışlarından Moskvada çempionluqdan əlavə, Paris və Tokioda gümüş medal, Dubay və Rabatda isə bürünc mükafata sahib olub. Bundan başqa R.Ağayev İspaniyada Avropa ikincisi və Belarusda Avropa Oyunlarının gümüş müküfatçısı olub.
Mövsümün nəticələrinə əsasən "Grand Winners" mükafatının digər sahiblərinə gəlincə, qadınlar arasında Sandra Sançes (kata, İspaniya), Serap Özçelik (-50 kq, Türkiyə), Anjelika Terlyuqa (-55 kq, Ukrayna), Syoyan İn (-61 kq, Çin) və Ayumi Uyekusa (+68 kq, Yaponiya), həmçinin kişilərdən Rio Kyuna (kata, Yaponiya), Darxan Assadilov (-60 kq, Qazaxıstan), Stiven Dakosta (-67 kq, Fransa), Uğur Aktaş (-84 kq, Türkiyə) və Sacad Ganczadə (+84 kq, İran) var.
Fərqlənən karateçilərə mükafatlar 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində təqdim olunacaq.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər