- 12:54 Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı
-
11:23
Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə gətirildi
- 09:12 Ermənistanın düzəlişləri AŞPA-nın həm Monitorinq Komitəsi tərəfindən rədd edildi
- 15:46 XIRDANDALANDAKI PARTLAYIŞLA BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI
-
14:34
В Карабахе найдены тела еще четверых солдат, личность одного из них известна
- 09:38 "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir..."
-
19:54
Xırdalanda evdə partlayış: 2 nəfər dağıntılar altından çıxarıldı-TƏCİLİ
- 15:47 15 prokurorluq işçisinə töhmət verilib, 8-i vəzifədən azad edilib
- 15:10 Fəaliyyət göstərməyən partiyaların adları açıqlanıb
- 14:12 Şəhid ailələrinin məhkum olunmuş yaxınları azadlığa buraxıldı
- 14:02 Sabah da hava yağmursuz keçəcək
- 13:50 Во Франции провели первую в мире операцию по пересадке рук с плечами

"Fransa Senatını qondarma rejimi tanınması ilə bağlı qərarı ermənilərdə Qərbə sevgi, ruslara nifrər aşılamaqdır"
Tarix: 28/11/2020
Fransa Senatının Qarabağdakı qondarma rejimi tanınması ilə bağlı qərarını Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev "Təzadlar"ın oxucularına şərh edir.
- Qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ müharibəsi de-yure və de-fakto 10 noyabr 2020-ci il tarixli məlum sənədlə öz həllini tapmışdır. Bu münaqişə həm beynalxalq hüquq baxımından, həm hərbi, həm də siyasi baxımdan köklü şəkildə yoluna qoyulmuşdur. Münaqişənin bu cür sonluqla başa çatmasını, siyasi reallıq baxımından beynəxalq təşkilatlarla yanaşı, demək olar ki, bütün dünya dövlətləri qəbul etməkdədirlər. Artıq dünya ictimaiyyəti Ermənistanın yaratdığı süni Dağlıq Qarabağ münaqişəsi kimi bir problemi tarixin arxivinə göndərməkdədir. Belə bir zamanda Fransa kimi oturuşmuş, beynalxalq qanunlardan xəbərdar, siyasi və hərbi reallığı analiz etmək imkanlarına malik bir dövlətin Senatının qondarma bir rejimi tanınması ilə bağlı qərar verməsi təsadüfi və ya kortəbii əməl deyil. Əvvala, Senatın müzakirəsində Azərbaycanla bağlı səsləndirilən fikirlərin, arqumetlərin heç bir əsası yoxdur, bu beynəlxalq hüquq baxımından perspektivi olmayan bir qərardır. Fransada gözəl anlayırlar ki, bu qərarın Dağlıq Qarabağadakı erməni icmasına müsbət mənada heç bir xeyri olmayacaq. Belə olan təqdirdə Fransa Senatı bu cürə addımı niyə atdı? Xatırlatmaq istəyirəm ki, Ermənistan cəmiyyətində belə bir fikir formalaşdırılıb ki, məğlub olmaqlarının əsas səbəblərindən biri kimi guya Rusiyanın bu münaqişədə bitərəf qalması, o cümlədən hərbi əməliyyat zamanı ermənilərə dəstək verilmədiyi olub. Qərbin məqsədi isə aydındır: Ermənistanda anti-Rusiya təbliğatını gücləndirmək! Belə ki, Fransa Senatının qondarma rejimin tanınması ilə bağlı qərarı ermənilərdə Qərbə sevgi, ruslara isə nifrət aşılamaqdadır. Ola bilsin ki, yaxın vaxtlarda bəzi NATO dövlətləri də bu istiqamətdə Fransa senatına züy tutsunlar.
Təqdim etdi: Elçin Məmmədli

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər