-
21:12
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
- 12:39 Odlu silahdn atəş açıb ağır yaraladı və həbs edildi
- 09:55 “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”
- 20:15 Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
- 16:07 "Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq"
-
14:16
Yanvarın 21-də gözlənilən hava şəraiti-QAR VƏ...
- 11:04 Tovuzun Polis Şöbəsinin rəisi vəzifəsindən azad edildi
-
20:44
В Азербайджан доставлена новая техника для разминирования освобожденных территорий
- 09:40 Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
- 08:56 Pandemiya səbəb Çinin ilk günlərdə məlumatları gizlətməsi olub
- 20:03 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
- 18:42 Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə...

FHN-in Modul Tipli Tibb Mərkəzində 3 tibb işçisi avtoqəzada öldü - FOTO
Tarix: 30/11/2020
Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb. Hadisə Nobel prospektində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır. Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər