-
21:12
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
- 12:39 Odlu silahdn atəş açıb ağır yaraladı və həbs edildi
- 09:55 “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”
- 20:15 Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
- 16:07 "Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq"
-
14:16
Yanvarın 21-də gözlənilən hava şəraiti-QAR VƏ...
- 11:04 Tovuzun Polis Şöbəsinin rəisi vəzifəsindən azad edildi
-
20:44
В Азербайджан доставлена новая техника для разминирования освобожденных территорий
- 09:40 Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
- 08:56 Pandemiya səbəb Çinin ilk günlərdə məlumatları gizlətməsi olub
- 20:03 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
- 18:42 Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə...

Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək
Tarix: 3/12/2020
Azərbaycanda Zəfər Gününün tarixi dəyişdirilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı məlumatda bildirilir ki, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer edib, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.
Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib.
Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”, - deyə məlumatda bildirilir.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər