-
21:12
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
- 12:39 Odlu silahdn atəş açıb ağır yaraladı və həbs edildi
- 09:55 “Sadələşdirmə adı altında türkcəmiz tarixin ən böyük qətliamına məruz qalıb”
- 20:15 Ermənistan rəhbərliyi erkən seçkilərə getməyə hazırdır
- 16:07 "Can Azərbaycanın istiqlalı üçün şəhid olan azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq"
-
14:16
Yanvarın 21-də gözlənilən hava şəraiti-QAR VƏ...
- 11:04 Tovuzun Polis Şöbəsinin rəisi vəzifəsindən azad edildi
-
20:44
В Азербайджан доставлена новая техника для разминирования освобожденных территорий
- 09:40 Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək
- 08:56 Pandemiya səbəb Çinin ilk günlərdə məlumatları gizlətməsi olub
- 20:03 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
- 18:42 Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə...

PAŞİNYAN KÖÇƏRİYANI GÖRÜN NECƏ İFŞA ETDİ
Tarix: 5/12/2020
Köçəryanın Paşinyanın ittihamı üzərində qurulmuş müsahibəsinə Ermənistanın baş naziri cavab verib. Köçəryanın müsahibəsini təqdim etmirəm, çünki onun əsas hissələrini bizim əksər saytlar yayıblar. Paşinyanın cavabından əsas hissələri təqdim edirəm. Oxuyanda görəcəksiniz ki, hətta Qarabağın işğal altında olduğu 30 ilə yaxın dövrdə belə diplomatik cəbhədə üstünlük həmişə bizdə olub.
PAŞİNYANIN KÖÇƏRYANA CAVABINDAN SEÇMƏLƏR
(OXUYUN, LƏZZƏT ALIN):
- Müharibədəki uğursuzluqlarla bağlı məsuliyyəti öz üzərimə götürdükdən sonra Ermənistanda yerindən duran son 25-30 ildə baş verənlərə görə hər şeyi mənim boynuma yıxmağa çalışır. İş o yerə çatıb ki, Dağlıq Qarabağı danışıqlar prosesindən çıxaran, danışıqları Ermənistan-Azərbaycan müstəvisinə keçirən adam da (Köçəryan-red.) məni ittiham edir ki, Qarabağ məsələsini ərazi mübahisəsi konteksеinə keçirmişəm. Bu məsələ o zaman ərazi mübahisəsi oldu ki, Ermənistan Qarabağın əvəzindən danışıqlar aparmağa başladı. Bu isə 20 il əvvəl baş verdi.
- Bizi ittiham edirlər ki, bizim fəaliyyətimiz nəticəsində beynəlxalq ictimaiyyət Azərbaycanın aqressiyasını öz ərazi bütövlüyünü bərpa etmək niyyəti kimi qəbul elədi. Bunu o adam deyir ki, onun hakimiyyəti dövründə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını sənədləşdirib.
- Beynəlxalq ictimaiyyətin bu fikri 2020-ci ildə formalaşmayıb, son 25 ildir ki, belədir. Dünyanın Ermənistanı işğalçı kimi tanıması son 2 ilin məsləsi deyil.
- Bizi müharibə dövründə diplomatik cəbhədə uğursuz olmaqda ittiham edirlər... Heç kim soruşmur ki, münaqişə danışıqlar mərhələsinə keçəndən sonra Ermənistan hansı diplomatik uğur qazanıb? Bəlkə 1995-ci ilin Lissabon sammiti uğur idi? O zaman bizim Qarabağdakı qələbəmizdən sonra beynəlxalq ictimaiyyət öz münasibətini açıq şəkildə orataya qoydu: Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət şəklində qalmalıdır. Ya bəlkə 1998-ci ildə masaya vahid dövlət haqqında təkliflər paketi qoyulanda diplomatik uğur qazanılmışdı? O vaxt Ermənistanın qabağına konkret tələb qoyulmuşdu: Ermənistan Azərbaycana 7 rayonu qaytarır və Azərbaycan ilə Qarabağ vahid dövlət olur. Bəlkə diplomatik uğur ATƏT-in 1995-ci il İstanbul Bəyannaməsi idi. Bəyannamədə dəqiq əks etdirilmişdi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ya bəlkə Madrid prinsipləri diplomatik uğur idi? Bu prinsiplər Ermənistanda diplomatik uğur kimi qələmə verildi, ancaq həqiqi biabırçılıq idi. Orda deyilirdi ki, Qarabağ ancaq Azərbaycanın razılığı ilə onun tərkibindən kənarda mövcud ola bilər. Hə, bəlkə 2011-ci ilin Kazan danışıqları uğur idi? O zaman Azərbaycan qapıları çırpıb çıxmışdı, Ermənistan rəhbərliyi isə müsahibəsində demişdi ki, “Biz 7 rayonu qaytarmağa hazırıq, ancaq Azərbaycan daha çox istəyir.” Son 25 ildəki diplomatik uğurlar o idimi ki, müxtəlif səviyyəli beynəlxalq sənədlərdə Azərbaycanın ərazilərinin işğal olunması faktı dəqiq qeyd olunmuşdu və yazılmışdı ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bəlkə diplomatik uğur 2016-cı ildə Rusiyanın Artsaxın statusu məsələsinin gündəlikdən çıxarılması təklifi idi? İndi yüksək səviyyədə bu danışıqları aparan adamlar deyirlər ki, Paşinyan hakimiyyəti diplomatik uğursuzluğa düçar oldu.
- Bizi müharibədən qaça bilməməkdə ittiham edirlər. Əgər siz bacarırdınızsa, İmkanınız var idisə, 2016-cı ildə müharibənin başlamasından qaçardınız və ya şifahi vəd verib əraziləri geri almaq üçün müharibəni dayandırardınız. Biz niyə belə edə bilmədik? Ona görə ki, Ermənistan bir neçə dəfə əraziləri qaytarmaq haqqında şifahi razılıq verib, sonra ona əməl etməmişdi. Ona görə də bizdən tələb etdilər ki, konkret müddətlər göstərilən yazılı razılaşma olsun.
- İndi belə məlum olur ki, guya hamı Azərbaycanla 5+2 prinsipi ilə razılaşmağın tərəfdarı imiş. Eləydisə, bunu niyə 2016-da, 2018-də etmədiniz? Onda Qarabağ məsələsi müharibəsiz həll olunardı. Axı, Siz aprel müharibəsindən sonra yaxşı bilirdiniz ki, nə nədir.
- Bizi ittiham edirlər ki, Türkiyənin Qarabağ müharibəsinə qoşulmasının qarşısını almamışıq. Türkiyə Qarabağ məsələsinə 2008-ci ildə Serj Sərkisyanın təşəbbüsü ilə baş tutan futbol diplomatiyasından sonra daxil olmuşdu. Həmin uğursuz futbol diplomatiyasından sonra Türkiyə bəyan elədi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayanadək Ermənistanla münasibətlər qurmayacaq...
Qalib Togrul

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər