- 12:54 Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasını çağırdı
-
11:23
Nigeriyada öldürülən azərbaycanlı dənizçinin nəşi Vətənə gətirildi
- 09:12 Ermənistanın düzəlişləri AŞPA-nın həm Monitorinq Komitəsi tərəfindən rədd edildi
- 15:46 XIRDANDALANDAKI PARTLAYIŞLA BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI
-
14:34
В Карабахе найдены тела еще четверых солдат, личность одного из них известна
- 09:38 "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir..."
-
19:54
Xırdalanda evdə partlayış: 2 nəfər dağıntılar altından çıxarıldı-TƏCİLİ
- 15:47 15 prokurorluq işçisinə töhmət verilib, 8-i vəzifədən azad edilib
- 15:10 Fəaliyyət göstərməyən partiyaların adları açıqlanıb
- 14:12 Şəhid ailələrinin məhkum olunmuş yaxınları azadlığa buraxıldı
- 14:02 Sabah da hava yağmursuz keçəcək
- 13:50 Во Франции провели первую в мире операцию по пересадке рук с плечами

Səlim müəllim çox xoşbəxt insan idi ki…
Tarix: 5/12/2020
Hörmətli "Təzadlar" qəzeti, hörmətli Asif Mərzili, hörmətli Elbar müəllim!
Əvvəla, sizləri torpaqlarımızın və bizim üçün xüsusi əziz olan Ağdamımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm! Mən özüm də Ağdam rayonunun Eyvazxanbəyli (Atçılıq zavodu) kəndindənəm. 12 yaşımda məlum səbəbdən oranı tərk etməli oldum.
Onu da qeyd edim ki, bu sətirləri ürək ağrısı ilə yazıram. Çünki hər dəfə sizə Səlim müəllimin yazılarını mən yazıb göndərirdim. Ancaq indi çox təəssüf edirəm ki, bir daha Səlim müəllimin adından sizə heç nə göndərməyəcəyəm. Səlim müəllim bizim həmyerlimiz, ağsaqqalımız, çox hörmət etdiyimiz bir ziyalı idi. Səlim müəllimin işıq üzü görən bütün kitablarının kompüter yazısı və korrektorluğu mənə məxsus idi. Səlim müəllimlə işləməkdən yorulmurduq. Əksinə, indi onun özü və yazıları olmadan darıxacağıq...
Ancaq bütün bunlarla yanaşı, Səlim müəllim çox xoşbəxt insan idi ki, heç olmasa, ömrünün sonlarında Qarabağımızın, Ağdamımızın, Novruzlunun azadlıq xəbərini eşitdi. Kaş ki, gedib yenidən yaşamaq da qismət olardı, amma Allahın təqdiri.
Səlim müəllimin «Novruzluyam, Ağdamam, Qarabağam» adlı son yazısı — özünün istəyi ilə braşur şəklində çıxacaq olan və aylardı üzərində çalışdığımız yazısı var idi. Yazını yekunlaşdırıb xəbərini də verdik (Təəssüf ki, həmin ərəfədə Səlim müəllimin gəlini avtoqəza nəticəsində dünyasını dəyişdi) və başının qarışıq olduğu üçün 3-4 gündən sonra görüşüb yazını təhvil verəcəkdik. Qismət olmadı…
İnanıram ki, övladları o braşurun işıq üzü görməsi üçün özləri addım atacaq.
Allah Səlim müəllimə və bütün şəhidlərimizə rəhmət eləsin!
Sevgilərlə,
Humay Mahmudova

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər