Yüklənir. Zəhmət olmasa gözləyin...
  



Saytda axtar!
  • GÜNDƏM
  • SİYASƏT
  • HADİSƏ
  • SOSİAL
  • KRİMİNAL
  • VİDEO
  • CƏMİYYƏT
  • İDMAN
  • DÜNYA
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
Ata və oğul Bakıda 55 min manatlıq dələduzluq etdi və...

Ata və oğul Bakıda 55 min manatlıq dələduzluq etdi və...

BİR DƏLİ BİR QUYUYA...

BİR DƏLİ BİR QUYUYA...

ASİF MƏRZİLİ TRTAJANS.FR PORTALININ QAFQAZ ÜZRƏ TƏMSİLÇİSİ OLDU-FOTO

ASİF MƏRZİLİ TRTAJANS.FR PORTALININ QAFQAZ ÜZRƏ TƏMSİLÇİSİ OLDU-FOTO

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsinə tapşırıq verib

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsinə tapşırıq verib

AZƏRBAYCANDA ŞOK: HAKİM CAHANGİR YUSİFOVUN ATASININ MƏZARINA ŞİKAYƏT EDİLDİ...

AZƏRBAYCANDA ŞOK: HAKİM CAHANGİR YUSİFOVUN ATASININ MƏZARINA ŞİKAYƏT EDİLDİ...

Sarkozi 3 il müddətinə azadlıqdan məhrum edildi

Sarkozi 3 il müddətinə azadlıqdan məhrum edildi

  • 18:03
    Prokurorluq Ağdamda idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
  • 17:02 Çin peyvəndi nə qədər effektlidir? - Nəticə açıqlandı
  • 15:29
    Dilavər Əzimli vəfat etdi
  • 14:43 Çerçvadze: "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."
  • 10:16 Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib
  • 09:32
    AVAKOV: "POROŞENKO UKRAYNANIN DÜŞMƏNİ DEYİL"
  • 08:58 ABŞ Rusiyanın bir sıra rəsmi şəxslərinə sanksiyalar tətbiq edib
  • 20:57 Bakının məkəzində 4 naməlum şəxs oğlan və qızı döydü
  • 18:16
    Qazinyan: Baş nazirlə Prezident Qasparyanı işdən uzaqlaşdıracaqlar, amma birbaşa deyil...
  • 09:32
    Hacı olmaq istəyənlər üçün Ərəbistandan YENİ ŞƏRT
  • 18:41 "Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
  • 15:35 Paşinyan “İsgəndər”ə görə Putindən üzrxahlıq edib - könüllərini aldı



Kəndimizin 3 təltifli şəhidi

Xəbərin çap versiyası
Tarix: 19/1/2021
image here

...Kəndimizdə əvvəllər onu tanıyan çox deyildi bəlkə də. O, adi bir oğlu idi Muxtarın, onu sadəcə Mehdi kimi tanıyardılar. Vətən müharibəsi başladıqdan və ağır döyüş əməliyatlarında iştirakından sonra onu çox adam tanıdı, sevdi.

O, Şəhidlik zirvəsinə yüksəlməklə daha çox insanın tanıdığı, sevdiyi, fəxr etdiyi igidlərdən oldu. Artıq o bir kəndin oğlu deyil, bütün Azərbaycanın övladıdır! Sadə bir kəndli ailəsində doğulub-böyüyən Mehdinin uşaqlıq arzusu idi hərbçi olmaq. Məktəbdə oxuduğu illərdən bəri bu məqsədi qoymuşdu qarşısına-hərbçi olmaq. Bu onda vətənpərvərlik, qorxmazlıq hissinin yüksək olmasından xəbər verirdi şəksiz. Əsgərlik illərində Mehdi etimadı doğrultmağı, hünərini təsdiq etməyi bacaran nümunəvi əsgər olmuşdur. Onun xidməti xasiyyətnaməsində yazılıb: “Fiziki cəhətdən sağlam, mənəviyyatca safdır”. Bəli, Mehdi belə oğul idi və o Vətən müharibəsində haqq etdiyi zirvəni, Şəhidlik zirvəsini fəth etdi!

Murtuzov Mehdi Muxtar oğlu 1997-ci il iyul ayının 10-da Quba rayonun Alpan kəndində anadan olmuşdur. Mehdi 2003-cü ildən Alpan kənd şəhid Elşad Bayramov adına tam orta məktəbində təhsil almış. 2012-ci ildə Quba rayon 103 saylı Peşə Litseyinin Rabitəçi Elektrik ixtisasına sənəd vermiş, 2015-ci ildə peşə təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. O, həmin il iyul ayının 10-da, doğum günündə hərbi xidmətə çağırılaraq Daşkəsən rayonunda yerləşən hərbi hissədə xidmətə başlamışdı. Həqiqi Hərbi xidmət keçdiyi dövrdə 4 günlük Aprel döyüşlərinin şimal cəbhəsində iştirak edir.

Hərbi xidməti dövründə komandirlərinin rəğbətini qazanan Mehdi, qüsursuz və nümunəvi xidmətinə görə bir neçə dəfə təltif edilmişdir. 2017-ci ilin yanvarında hərbi xidmətdən tərxis olunarkən ona müsbət xasiyyətnamə və təşəkkürnamə də verilmişdi. Hərbi xıdmətdən sonra Bakı şəhərində işlədiyi şirkətdə işgüzarlığı, səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdı.

Əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə möhkəmlənən marağı onu yenidən Ordu sıralarına qaytarır. Mehdi 2020-ci ilin yanvar ayında xidmət etmək istəyi ilə bağlı Müdafiə Nazirliyinə müraciət edir və iki aylıq təlimdən sonra onu MAXE (müddətdən artıq xidmət edən) əsgər kimi öncə xidmət etdiyi Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə göndərirlər.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman Mehdi də yüzlərlə Azərbaycan əsgəri kimi döyüşlərə atılır. Döyüşlərin başladığı ilk günlərdə çətin döyüş tapşırıqlarının öhdəsindən gələn Mehdi, 29 sentyabrda qolundan yaralanmasına baxmayaraq öz təkidi ilə yenidən döyüşlərə qatılır. Oktyabr ayının 1-də atası ilə danışan Mehdi yarasının çox ciddi olmadığını bildirmiş və tezliklə Zəfərin bizim olacağını demişdir.

Oktyabrin 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüş əməliyatları Mehdinin son savaşı olmuşdur. Mehdi həmin döyüşdə düşmən gülləsindən ağır yaralanaraq qəhrəmancasına Şəhid olmuşdur. Qızğın döyüşlərin getməsi səbəbindən Mehdinin nəşini ərazidən çıxarmaq mümkün olmamışdı. Bu üzdən onun itkin düşməsi barədə də məlumat vermişdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları Mehdinin nəşinin yerini aşkarlamış və 23 noyabr 2020-ci il tarixində döyüş bölgəsindən çıxarmağa nail olmuşdular. 23 yaşlı Mehdi, Kəlbəcər uğrunda gedən Murovdağ döyüşündə şəhadətindən 52 gün sonra - noyabrın 24-ü, doğulub böyüdüyü Alpan kəndinin Subaba qəbiristanlığında vətən torpağına tapşırıldı.

Atasının xoş və nisgilli xatirələrindən: Ailəmizin ilk övladı olan Mehdi çılğın təbiətli, Haqdandönməz bir oğuldu. Səmimiliyi və işgüzarlığı onun əsas müsbət cəhətlərindən idi. Elə buna görə də Mehdi düşdüyü hər bir kollektivə tez bir zamanda uyğunlaşa bilir və hər kəsin rəğbətini qazanırdı. Uşaq yaşlarından Mehdinin hərbiyə marağı hiss olunurdu. O hərbçi olmaq istəyini əsgəri xidmətini başa vurduqdan sonra da bildirmişdi. Onu bu yolundan döndərməyə çalışsaq da, sonda öz istəyinə nail oldu. Mehdi ilə sonuncu dəfə oktyabrın 1-də telefonla danışdıq. Xoş əhval-ruhiyədə idi, həmişəki kimi zarafatlarından da qalmırdı.

Onun zəngi bizə toxtaqlıq versə də, ürəyimizdə narahatlıq qalmaqda idi. Amma onun şəhid olacağına və səsini bir daha eşitməyəcəyimizə inanmırdıq. Mehdi vətənsevər, dostcanlı mərd bir oğuldu. O şəhidlik məqamını qazansa da, belə tezliklə bizləri tərk etməməli idi. Öncə Mehdinin itkin düşməsi barədə xəbərlər bizi bir qədər ümüdləndirmişdi. Amma 23 noyabrda bizə bildiriləndə ki, Mehdi Şəhid olub, sanki qol-qanadımız qırıldı. Yeganə təskinliyimiz, təsəllimiz onun öz seçdiyi yolda Şəhid olması və sevdiyi Vətən torpağlarının azadlığa qovuşmasıdır.

Anasının səsində qəm qarışıq qürur vardı: Övladı haqqında keçmiş zamanda danışmaq bir ana üçün çox çətin və ağırdır. Buna baxmayaraq mən fəxr edirəm ki, oğlum Mehdi Vətən torpaqlarının azadlığı uğrunda Şəhid olub. Mən fəxr edirəm ki, şəhid anasıyam! Sonuncu dəfə Oktyabrın 1-də Mehdi atasına zəng etmişdi. Sanki ürəyinə dammışdı ki, bu onun sonuncu zəngi olacaq. Hamımız onunla danışdıq. Mənə dedi ki, ana, narahat olma. Sən əsgərlərimiz üçün, mənim üçün dua et. Əgər mənə nəsə olsa mənimlə fəxr et, başını dik tut! Mehdi Şəhid olmaqla mənim və atasının oğlu olmaq doğmalığından Vətən Övladı olmaq statusuna yüksəldi. İndi biz hamımız xalqımızla birlikdə onunla fəxr edirik!!

Şəhid bacısı çox danışa bilmədi: Qardaşımın yoxluğu ilə barışa bilmirəm hələ. Onunla bağlı xatirələrimdə hər gecə yuxuma girir qardaşım. Deyir ki, sən mənimlə fəxr etməlisən. Hər kəsə nəsib olmur Şəhid bacısı olmaq...

Zəfərimizdən sonra Ali Baş Komandan tərəfindən Vətən Uğrunda və İgidliyə Görə medalları ilə təltif edilən şəhid qardaşımız Mehdinin arzularından biri də kiçik qardaşını zabit kimi görmək idi. Onun qardaşı Elmir Murtuzov hazırda hərbi təhsil alır, gələcəyin zabiti olacaq. Bizim qəhrəman əsgərlərimiz Mehdinin qisasını mənfur düşmənimizdən almaqla bu borcu onun qardaşına saxlamadılar. Eşq olsun bizim igid əsgərlərimizə! Mehdi haqqında yazımı sosial şəbəkələrin birində onun yazıb paylaşdığı sözlərlə bitirmək istəyirəm: “Hər nəyi xəyal etsək belə, xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”. Allah sənə qəni-qəni rəhmət eləsin, Şəhidim! Bu vətən, bu müzəffər xalq unutmayacaq Sizi!!

İlkin R.Balayev


Нравится
         
Tweetle

Fikrini bildir
Ваше Имя:
Ваш E-Mail:
winkwinkedsmileam
belayfeelfellowlaughing
lollovenorecourse
requestsadtonguewassat
cryingwhatbullyangry
Diqqətinizi çəkə biləcək digər xəbərlər
Çerçvadze:

14:43 Çerçvadze: "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva QARABAĞDA - VİDEO

14:15
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva QARABAĞDA - VİDEO

Prezident Sərəncam imzalayıb - Hərbi xidmətə çağırış və hərbçilərin ehtiyata buraxılması haqqında

18:26
Prezident Sərəncam imzalayıb - Hərbi xidmətə çağırış və hərbçilərin ehtiyata buraxılması haqqında

AZƏRBAYCANDA ŞOK: HAKİM CAHANGİR YUSİFOVUN ATASININ MƏZARINA ŞİKAYƏT EDİLDİ...

10:13
AZƏRBAYCANDA ŞOK: HAKİM CAHANGİR YUSİFOVUN ATASININ MƏZARINA ŞİKAYƏT EDİLDİ...

Yerevanda müxalifətin növbəti mitinqi başladı

17:43 Yerevanda müxalifətin növbəti mitinqi başladı

Pensiya yaşının artırılmasına SƏRT REAKSİYA

17:00 Pensiya yaşının artırılmasına SƏRT REAKSİYA

GƏNCLİK İNSANLIQ VƏ XEYİRXAHLIQ İSLAHATINA XİDMƏT EDİR

16:24 GƏNCLİK İNSANLIQ VƏ XEYİRXAHLIQ İSLAHATINA XİDMƏT EDİR

ŞAMAXININ PROKURORU QƏRARI QOYUN-QUZUNUN SAYINA GÖRƏ VERİR?

11:11
ŞAMAXININ PROKURORU QƏRARI QOYUN-QUZUNUN SAYINA GÖRƏ VERİR?

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin sahə müvəkkili bu səbəbdən işdən uzaqlaşdırıldı

13:54
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin sahə müvəkkili bu səbəbdən işdən uzaqlaşdırıldı

Reklam yeri

  • 09:45 Azərbaycandan İrana getmək istəyənlərin nəzərinə! Azərbaycandan İrana getmək istəyənlərin nəzərinə!Azərbaycandan İrana getmək istəyənlərin nəzərinə!
  • 21:24
    Nazir David Zalkaliani Rusiya barədə kəskin danışdı...
    Nazir David Zalkaliani Rusiya barədə kəskin danışdı...Nazir David Zalkaliani Rusiya barədə kəskin danışdı...
  • 20:58 Zalkaliani: "Bölgədə önəmli proseslər baş verir" Zalkaliani: "Bölgədə önəmli proseslər baş verir"Zalkaliani:
  • 20:31 "Pakistan Azərbaycanla hərbi əməkdaşlığı yeni müstəviyə çıxarmaq istəyir" "Pakistan Azərbaycanla hərbi əməkdaşlığı yeni müstəviyə çıxarmaq istəyir"
  • 19:57
    Fazil Mustafa: "Küyə getməyin..."
    Fazil Mustafa: "Küyə getməyin..."Fazil Mustafa:
  • 19:41
    Пашинян назвал условие внеочередных выборов в парламент
    Пашинян назвал условие внеочередных выборов в парламентПашинян назвал условие внеочередных выборов в парламент
  • 19:25 "Heç bir plastik əməliyyat etdirməmişəm" - Tünzalə Ağayeva "Heç bir plastik əməliyyat etdirməmişəm" - Tünzalə Ağayeva
  • 18:30 "Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir" - Jirinovski "Ermənistan Rusiyanın tərkibinə daxil edilməlidir" - Jirinovski
  • 18:03
    Prokurorluq Ağdamda idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
    Prokurorluq Ağdamda idarə rəisinin minaya düşməsi barədə məlumat yaydıProkurorluq Ağdamda idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
  • 17:58
    İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB
    İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVABİdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB
  • 17:43 Yerevanda müxalifətin növbəti mitinqi başladı Yerevanda müxalifətin növbəti mitinqi başladıYerevanda müxalifətin növbəti mitinqi başladı
  • 17:22 Ermənistan çıxış yolunu Azərbaycanda görür - VİDEO Ermənistan çıxış yolunu Azərbaycanda görür - VİDEOErmənistan çıxış yolunu Azərbaycanda görür - VİDEO
  • 17:02 Çin peyvəndi nə qədər effektlidir? - Nəticə açıqlandı Çin peyvəndi nə qədər effektlidir? - Nəticə açıqlandıÇin peyvəndi nə qədər effektlidir? - Nəticə açıqlandı
  • 16:51
    Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİ
    Ağdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİAğdamda minaya düşən idarə rəisi ayağını topuqdan aşağı itirib - RƏSMİ
  • 16:36 Kürdəmirdə ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı Kürdəmirdə ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldıKürdəmirdə ağır qəza: Bir ailənin altı üzvü xəsarət aldı
  • 16:17
    Ağdamda idarə rəisi minaya düşüb
    Ağdamda idarə rəisi minaya düşübAğdamda idarə rəisi minaya düşüb
  • 16:00 PKK-nın yeni marşrutu ortaya çıxdı - terrorçudan ETİRAF (video) PKK-nın yeni marşrutu ortaya çıxdı - terrorçudan ETİRAF (video)PKK-nın yeni marşrutu ortaya çıxdı - terrorçudan ETİRAF (video)
  • 15:45
    Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı
    Azərbaycanda koronavirusdan ölənlərin sayı artdıAzərbaycanda koronavirusdan ölənlərin sayı artdı
  • 15:29
    Dilavər Əzimli vəfat etdi
    Dilavər Əzimli vəfat etdiDilavər Əzimli vəfat etdi
  • 15:00
    BİR DƏLİ BİR QUYUYA...
    BİR DƏLİ BİR QUYUYA...BİR DƏLİ BİR QUYUYA...
  • 14:43 Çerçvadze: "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..." Çerçvadze: "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."Çerçvadze:
  • 13:59 Rəsmi Bakı Niderland parlamentini tənqid etdi Rəsmi Bakı Niderland parlamentini tənqid etdiRəsmi Bakı Niderland parlamentini tənqid etdi
  • 13:42 İraqda ABŞ hərbçilərinin olduğu bazaya 10 raket atılıb İraqda ABŞ hərbçilərinin olduğu bazaya 10 raket atılıbİraqda ABŞ hərbçilərinin olduğu bazaya 10 raket atılıb
  • 13:33 Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – VİDEO Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – VİDEOMəşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – VİDEO
  • 13:17 Daha bir restoranda toy edənlər tutuldu Daha bir restoranda toy edənlər tutulduDaha bir restoranda toy edənlər tutuldu
  • 13:00 Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı Bakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandıBakıda mağazadan 10 min manatlıq telefonlar oğurlandı
  • 12:47 Şəmkirdə toya gedən 40 nəfər cərimələndi Şəmkirdə toya gedən 40 nəfər cərimələndiŞəmkirdə toya gedən 40 nəfər cərimələndi
  • 12:24 Rusiya sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərinə xaricdən ermənilər buraxılmır? Rusiya sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərinə xaricdən ermənilər buraxılmır?Rusiya sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərinə xaricdən ermənilər buraxılmır?
  • 11:25
    ASİF MƏRZİLİ TRTAJANS.FR PORTALININ QAFQAZ ÜZRƏ TƏMSİLÇİSİ OLDU-FOTO
    ASİF MƏRZİLİ TRTAJANS.FR PORTALININ QAFQAZ ÜZRƏ TƏMSİLÇİSİ OLDU-FOTOASİF MƏRZİLİ TRTAJANS.FR PORTALININ QAFQAZ ÜZRƏ TƏMSİLÇİSİ OLDU-FOTO
    fr
  • 10:16 Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlibPakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib
  • 09:32
    AVAKOV: "POROŞENKO UKRAYNANIN DÜŞMƏNİ DEYİL"
    AVAKOV: "POROŞENKO UKRAYNANIN DÜŞMƏNİ DEYİL"AVAKOV:
  • 08:58 ABŞ Rusiyanın bir sıra rəsmi şəxslərinə sanksiyalar tətbiq edib ABŞ Rusiyanın bir sıra rəsmi şəxslərinə sanksiyalar tətbiq edibABŞ Rusiyanın bir sıra rəsmi şəxslərinə sanksiyalar tətbiq edib
  • 08:42 Paşinyanın əleyhidarları yenidənYerevan küçələrinə toplaşır Paşinyanın əleyhidarları yenidənYerevan küçələrinə toplaşırPaşinyanın əleyhidarları yenidənYerevan küçələrinə toplaşır
  • 21:22
    Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsinə tapşırıq verib
    Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsinə tapşırıq veribƏrdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı ilə bağlı serial çəkilməsinə tapşırıq verib
  • 20:57 Bakının məkəzində 4 naməlum şəxs oğlan və qızı döydü Bakının məkəzində 4 naməlum şəxs oğlan və qızı döydüBakının məkəzində 4 naməlum şəxs oğlan və qızı döydü
  • 20:16 Vətən müharibəsində 28 hərbçi itkin düşmüş sayılır Vətən müharibəsində 28 hərbçi itkin düşmüş sayılırVətən müharibəsində 28 hərbçi itkin düşmüş sayılır
  • 18:26
    Prezident Sərəncam imzalayıb - Hərbi xidmətə çağırış və hərbçilərin ehtiyata buraxılması haqqında
    Prezident Sərəncam imzalayıb - Hərbi xidmətə çağırış və hərbçilərin ehtiyata buraxılması haqqındaPrezident Sərəncam imzalayıb - Hərbi xidmətə çağırış və hərbçilərin ehtiyata buraxılması haqqında
  • 18:16
    Qazinyan: Baş nazirlə Prezident Qasparyanı işdən uzaqlaşdıracaqlar, amma birbaşa deyil...
    Qazinyan: Baş nazirlə Prezident Qasparyanı işdən uzaqlaşdıracaqlar, amma birbaşa deyil...Qazinyan: Baş nazirlə Prezident Qasparyanı işdən uzaqlaşdıracaqlar, amma birbaşa deyil...
  • 17:31 “Azərpoçt”un direktoru niyə işdən çıxarıldı? “Azərpoçt”un direktoru niyə işdən çıxarıldı?“Azərpoçt”un direktoru niyə işdən çıxarıldı?
  • 16:50 Ata və oğul Bakıda 55 min manatlıq dələduzluq etdi və... Ata və oğul Bakıda 55 min manatlıq dələduzluq etdi və...Ata və oğul Bakıda 55 min manatlıq dələduzluq etdi və...
  • 16:24 GƏNCLİK İNSANLIQ VƏ XEYİRXAHLIQ İSLAHATINA XİDMƏT EDİR GƏNCLİK İNSANLIQ VƏ XEYİRXAHLIQ İSLAHATINA XİDMƏT EDİRGƏNCLİK İNSANLIQ VƏ XEYİRXAHLIQ İSLAHATINA XİDMƏT EDİR
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir. Bizimlə əlaqə : Tel/Faks: 510-18-49/510-17-74
 

Copyright © 2014 Bütün hüquqları qorunur.