-
18:03
Prokurorluq Ağdamda idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
- 17:02 Çin peyvəndi nə qədər effektlidir? - Nəticə açıqlandı
-
15:29
Dilavər Əzimli vəfat etdi
- 14:43 Çerçvadze: "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."
- 10:16 Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib
-
09:32
AVAKOV: "POROŞENKO UKRAYNANIN DÜŞMƏNİ DEYİL"
- 08:58 ABŞ Rusiyanın bir sıra rəsmi şəxslərinə sanksiyalar tətbiq edib
- 20:57 Bakının məkəzində 4 naməlum şəxs oğlan və qızı döydü
-
18:16
Qazinyan: Baş nazirlə Prezident Qasparyanı işdən uzaqlaşdıracaqlar, amma birbaşa deyil...
-
09:32
Hacı olmaq istəyənlər üçün Ərəbistandan YENİ ŞƏRT
- 18:41 "Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
- 15:35 Paşinyan “İsgəndər”ə görə Putindən üzrxahlıq edib - könüllərini aldı

18:26
Elman Rüstəmovun Milli Banka 218 milyon avroluq bina tikintisi qalmaqal yaradıb
Tarix: 19/1/2021
“Mərkəzi Bank qibtə ediləcək qədər gizli xidmət qurumu kimi işləyib və kənara heç bir informasiya sızdırılmayıb”
Neçə gündür ölkə mətbuatında və sosial şəbəkələrdə Mərkəzi Bankın özünə 218 milyon avroya, yəni 450 milyon manata bina tikəcəyi barədə qalmaqallı, özü də ciddi narazılıq və etirazla yazılar paylaşılır. Məlum olur ki, Türkiyənin “Tekfen Holding” şirkəti də binanın inşası üçün keçirilmiş tenderin qalibi olub.
Ən maraqlısı budur ki, ölkə mediası bu xəbəri daxildən deyil, xaricdən, türkiyə KİV-lərindən alır. Yəni, Mərkəzi Bank qibtə ediləcək qədər gizli xidmət qurumu kimi işləyib və kənara heç bir informasiya sızdırılmayıb. Fəaliyyəti şəffaf olmalı bir qurum özünü gizli xidmət kimi aparması isə qaranlıq mətləblərdən xəbər verir. İlin-günün bu vədəsində, pandemiyanın tüğyan etdiyi, 190 manatlıq yardıma ümidli olub yanvarın yarısını evdə, karantində yola verənlər yaddan çxıb, 450 milyon manat hansısa qurumun rəhbərinin dəbdəbəsinə xərclənəcək???
Elman Rüstəmovun onsuz da indiki “göy-qara-narıncı-sarı-qəhvəyi” binasının dəbdəbəsi yetərincədir. Daha bir dəbdəbəli bina nəyə gərəkdir ki?! Vaxtilə SOCAR da özünə neçə yüz milyon dollarlıq əcaib bir bina tikdirdi. Yəni, bu qədərmi pulumuz artıqlıq edir???
“Təzadlar” onu da qeyd edir ki, “Tekfen” şirkəti nədənsə Azərbaycanda özünə sərfəli maliyyə bazarı tapıb... Belə ki, “SOCAR tower”i 420 milyon dollara, Vergilər Nazirliyinin binasını 94 milyona, “Çıraq” yatağının göyərtəsini 340 milyon dollara, Bakı Olimpiya Stadionunu 860 milyon dollara və s. tikib.
Maraqlıdır ki, şirkət bütün tikinti layihələrində avro standartlarında apardığını iddia etsə də materiallarını Çindən gətizdirir... Şirkətin fəaliyyəti ciddi şəkildə audit olunmalı, məmurların tikintiləri bu şirkətə həvalə etmək “həvəsləri” araşdırılmalıdır... Məgər Azərbaycanda milli tikinti mədəniyyətinə və arxitekturasına uyğun bina tikəcək memarlar, tikinti mütəxəssisləri yoxdurmu?
JASMİN

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər