- 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
-
19:11
İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
-
14:50
Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
- 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
-
09:46
Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
- 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
- 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
-
17:03
PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
-
14:51
Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
- 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir
-
14:31
Paşinyan tərəfdarlarının qarşısına çıxdı-VİDEO

Liviyada həbsdə olan Azərbaycan vətəndaşları vətənə qayıdıb
Tarix: 21/1/2021
Liviya Dövlətində həbsdə olan vətəndaşlarımız Elmixan Bağırov və Əliağa Babayev bu ilin 21 yanvar tarixində vətənə geri qayıdıb.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib.
"Bildirmək istərdik ki, 2016-cı ilin mart ayında Türkiyə Respublikasında qeydiyyatda olan şirkətə məxsus olan və Syerra-Leone bayrağı altında üzən gəmi Liviya-Malta-Türkiyə istiqamətində hərəkət edən zaman Liviya Dövlətinin sahil qüvvələri tərəfindən saxlanılıb və 3-ü Azərbaycan Respublikası vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar. Əfsuslar olsun ki, gəminin matrosu Elşad Hüseynov Liviyada dünyasını dəyişib.
Həbsdə olan vətəndaşlarımız - gəmi kapitanı Elmixan Bağırov və matros Əliağa Babayevin ölkəyə geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər.
Vətəndaşlarımızın təcili təxliyəsi üçün Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğu tərəfindən görülmüş zəruri tədbirlərin nəticəsində, Elmixan Bağırov və Əliağa Babayevin 2021-ci ilin 21 yanvar tarixində Tripoli-İstanbul-Bakı reysi ilə vətənə geri qayıtması mümkün olub. Təxliyə prosesi Türkiyə Respublikası və Liviya Dövlətinin yardımı, Ukraynanın əlaqələndirici fəaliyyəti və gəmi şirkətinin dəstəyi nəticəsində həyata keçirilib", - deyə qeyd olunub.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər