-
21:17
“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır”
- 20:39 Gürcüstanda din xadimləri və Yeparxiya nümayəndələri arasında qarşıdurma
- 11:04 Bakıda Badamdar qəsəbəsində sürüşmə baş verib- FOTO
-
13:13
Ermənilərin viran qoyduğu Füzuli rayonunun Qarakollu kəndi-VİDEO
- 18:22 Ermənistanda ara qarışdı - polis hasar kimi canlı sədd qurdu...
- 23:07 "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"
- 14:01 "Baklift-2”nin sabiq rəisinə hökm oxundu-6 İL!
-
21:29
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
-
20:01
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
-
14:26
"Ədalətsiz sülh"ə görə müharibə, Qarabağın "statusu" - Köçəryan yenə öz ampluasında
- 13:31 İsrail səfiri Bakıda müalicə alan qazilərlə görüşdü və...
- 12:43 "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."

10:32
Zamanın təkərini geri fırladan hakim - Nigar Rəsulbəyova...
Tarix: 26/1/2021
Şirvan Apellyasiya Məhkəməsinin hakimi Taleh Kərimovun 5 illik süründürməçiliyə son qoymaqla fərdi sahibkar Fərhad Dünyamalıyevin, Dövlət Vergi Xidmətinin Lənkəran şəhəri üzrə 6 saylı ƏVD-nin rəhbərliyi tərəfindən pozulmuş hüquqlarını bərpa edəcəyinə inam böyükdür...
Qəzetimizin ötən ilki saylarının birində Astara rayonu, Seləkəran kənd sakini, fərdi sahibkar Dünyamalıyev Fərhad Manaf oğlunun Dövlət Vergi Xidmətinin Lənkəran şəhəri üzrə 6 saylı ƏVD-nin rəis və işçilərinin başına açdıqları müsibətlər barədə yazı vermişdik. Yazı həm F.Dünyamalıyevin redaksiyamıza müricəti, həm də məhkəmə materialları əsasında hazırlanmışdır.
Məlumat üçün bildirək ki, fərdi sahibkar kimi F.Dünyamalıyev qonşu ölkələrdən xırdavat malları gətirərək onların satışı ilə məşğul olub. Eyni zamanda dövlətin vergisini də vaxtı-vaxtına ödəyib. Lakin Ərazi üzrə 6 saylı ƏVD-nin əvvəlki rəisi, hansısa general dayısına güvənən Ədalət Fərəcov və şöbə müdiri Rəşad İmamverdiyev F.Dünyamalıyevin bütün sahibkarlıq fəaliyyətini şəxsi maraqları naminə dayandırıblar. 5-ci ildir ki, məhz bu şəxslərin günahı üzündən F.Dünyamalıyev həm fəaliyyət göstərib çörək pulu qazana bilmir, həm də dövlətə bir manat da olsun vergi ödəmək imkanında deyil. Deməli, bu iki şəxsin tamahı üzündən Prezident cənab İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğının əksinə olaraq, fərdi sahibkarlığa mane olur, eyni zamanda dövlətin büdcəsinə gələn pulun yolunu kəsirlər. Müharibədən qələbə ilə çıxmış bir dövlətin büddəcsinə 1 manat ödənməsi belə qənimətdir. Amma Lənkəran şəhəri üzrə 6 saylı ƏVD-nin keçmiş rəisi Ədalət Fərəcov və hazırda da orada şöbə müdiri işləyən Rəşad İmamverdiyevin Xalq şairi Məmməd Araz demiş, “Tamah var daşkəsən mişardan iti” prinsipinə söykənən tamahı imkan vermir ki, fərdi sahibkar həm işləyərək bir neçə işçisi ailəsini dolandırsın, həm də dövlətin büdcəsinə vergi ödəsin.
Dövlət Vergi Xidmətinin Lənkəran şəhəri üzrə 6 saylı ƏVD-nin işçiləri F.Dünyamalıyevə ilişmək üçün çox qəribə bir üsul tapıblar: Yoxlamaya gələn zaman F.Dünyamalıyev obyektin qapısını onların üzünə taybatay açıb və mühasibatlıq sənədlərini onlara təqdim edib. Bölmə rəhbəri M.Abdullayevin 11.09.2018-ci il tarixdə tərtib olunmuş protokolunda göstərilir ki, mühasibatlıq sənədlərini 6 saylı ƏVD-nin işçiləri qəbul ediblər. Lakin sonradan F.Dünyamalıyevin təqdim etdiyi mühasibatlıq sənədləri yoxa çıxıb. Bunu da ona görə ediblər ki, sonradan Nazirlər Kabinetinin 55 saylı qərarını F.Dünyamalıyevə tətbiq edə bilsinlər. Yəni, guya F.Dünyamalıyev gələn yoxlamaya qapı açmayıb ki, bu da Nazirlər Kabinetinin adı çəkilən qərarına görə vergi cinayəti sayılır. Elə bunu da əllərində bayraq edib, F.Dünyamalıyevə 131 000 manat cərimə, onun da 50 faizi həcmində sanksiya tətbiq etməklə, cəmi 205 min manat borcu heç nədən yazıblar. Bunun da nəticəsində artıq 5-ci ildir ki, F.Dünyamalıyev sahibkar kimi fəaliyyətini dayandırıb. Çünki sabiq rəis Ədalət Fərəcovun hörmət kimi istədiyi külli miqdarda “hörməti” F.Dünyamalıyev verməkdən imtina edib. Nəticədə F.Dünyamalıyevin boynuna 205 min manat pul yükləyiblər.
F.Dünyamalıyev vergi işçilərinin bu özbaşnalıqlarının qarşısını almaq üçün məhkəməyə müraciət edir. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixdə Fərhad Dünyamalıyevin iddiası əsasında və hakim Samir Həsənovun sədrliyi ilə keçirilən iclasında belə qərar qəbul edilib: “İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sahibkarlıq fəaliyyəti üzrə aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində tərtib olunmuş 30 noyabr 2018-ci il tarixli 1800067026167788 saylı səyyar vergi yoxlaması aktı əsasında qəbul olunmuş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında 21 yanvar 2019-cu il tarixli 1900067023174731 saylı qərar ləğv edilsin”.
Lakin Dövlət Vergi Xidmətinin 6 saylı ərazi üzrə ƏVD-nin rəhbərliyi bu qərarla razılaşmayaraq, Şirvan Apellyasiya Məhkəməsinə müraciət edir. Şirvan Apellyasiya Məhkəməsinin 17 mart 2020-ci il tarixdə hakim İlham Əsədovun sədrliyi ilə keçirilən iclasında isə belə qərar qəbul edilir: “Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2-1(086)-1153/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın”.
Özlərinin rüsvay olacaqlarını görən 6 saylı ƏVD-nin rəhbərliyi Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin İnzibati Kollegiyasına şikayət edir. Şikayət məktubunda yazdıqları isə başdan-ayağa cəfəngiyyatdır. F.Dünyamalıyev hüquqşünas olmasa da, ən yaxşı hüquqşünas kimi onların şikayətinə etiraz olaraq, bütün qanunun maddələri ilə Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının hakimi Nigar Rəsulbəyovaya məhkəmədən əvvəl yazılı müraciət edir. Müraciətində 6 saylı ƏVD-nin şikayətinin əsassız olduğunu bənd-bənd, maddə-maddə göstərir. Yaxşı olar ki, F.Dünyamalıyevin hakim Nigar Rəsulbəyovaya yazılı etirazından bəzi məqamlara diqqət yetirək: “Bildirirəm ki, Vergi ödəyicisi və vergi orqanı arasında münasibətləri tənzimləyən Vergi Məcəlləsi mövcuddur. Amma artıq 5-ci ildir ki, davam edən vergi yoxlaması və araşdırmasında nəyə görə isə 6 saylı ƏVD-nin əməkdaşları bunu unudur. Bu unutqanlığı azmış kimi, dövlətimizin və şəxsən cənab Prezidentimiz İlham Əliyevin qanun keşikçisi olan hakimlər ordusunun işinə də kölgə salmağa çalışırlar. Belə ki, 30.11.2018-ci il tarixli akt: №1800067026167788 saylı akta nəzər salaq: 1. Aktın adı (yəni, səyyar vergi yoxlaması) düzgün yazılmayıb. Bu isə gələcəkdə Vergi Məcəlləsinin tələblərini pozmağa xidmət edir. Vergi Məcəlləsini diqqətlə nəzərdən keçirsək görərik ki, “səyyar vergi yoxlaması adlı yoxlama növü mövcud deyil” (VM-38;38.1). Bununla da ilk yalanı yazmaqla, narazılıqlara Nazirlər Kabinetinin 55 saylı qərarına müraciət etməyə zəmin yaradırlar.
2.3 Yoxlama aktı ilə təsdiq edilir ki, anbar qalığı 70996 manat 42 qəpik təşkil edir. Belə olan halda, riyazi üsulla biz gəliri müəyyən edə bilirik. Ancaq 6 saylı ƏVD-nin əməkdaşları yenə dövlət qanunlarının keşiyində duran hakimləri aldatmağa çalışırlar. Bu sənədlərdə idxal edilən malların adlı siyahısı qeyd edilir. Bundan əlavə, gömrük rüsumunun və ƏVD-ni hesablamaq üçün adı çəkilən malların bazar qiymətləri götürülür. Həmin bazar qiymətlərini isə Dövlət Gömrük Komitəsinin ekspertləri müəyyən edir. 6 saylı ƏVD-nin əməkdaşları bu kimi əməli ilə, eyni zamanda, Dövlət Gömrük Komitəsinin ekspertlərinin işini də kölgədə qoyaraq mənimsəyiblər. Vergi Məcəlləsinin 38.2 maddəsinə nəzər salaq: “Vergi yoxlaması ildə bir dəfədən çox keçirilə bilməz”. Amma bunu 6 saylı ƏVD-nin əməkdaşları unudur. Əvvəlki yoxlamanın başlama və başa çatma vaxtları: 15.12.2017 - 25.04.2018. Eyni zamanda yenidən yoxlama aparılıb. 20.07.2018 - 27.11.2018. Görəsən, Vergi Məcəlləsinin 38.2 maddəsinin tələbini niyə pozurlar?
Yoxlama aktı, səhifə- 4/19.
1. 11-tamamilə yalan yazır. Bunu təsdiq edən protokol müraciətə əlavə edilir. Yoxlama aktı səhifə 10/19. 4-cü abzasda qeyd edilir ki, gəliri müəyyən edə bilmir. Bu da yalandır. Gəlir = satış - idxal... Burada “gəlir” də bəllidir, “idxal” bəllidir, “satış” bəllidir. Hansı maraq imkan vermir ki, bunu müəyyən etsinlər? Anbar qalığından istifadə etməklə, bir daha gəlirin, satışın və idxalın düzgünlüyünü yoxlamaq olar.
Bir daha Vergi Məcəlləsinin tələblərinin pozulmasına istinad edərək onu söyləmək olar ki, aparılan vergi yoxlaması şəxsi maraqlarına xidmət edir.
Möhtərəm hakim, bir daha nəzərinizə çatdırıram ki, aparılan vergi yoxlamasında Vergi Məcəlləsinin aşağıda qeyd etdiyim çoxsaylı maddələrinin tələbləri kobud surətdə pozulmuşdur”.
Bundan sonra F.Dünyamalıyev hakim Nigar Rəsulbəyovanın diqqətinə pozulmuş Vergi Məcəlləsinin maddələrini bir-bir çatdırır. Bütün bunlardan sonra ümid etmək olardı ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hakimi Nigar Rəsulbəyova qanunun tələblərinə əməl edərək, neçə illik məhkəmə çəkişməsinə son qoyaraq, sahibkar kimi F.Dünyamalıyevin pozulmuş hüquqlarını bərpa edəcək. Halbuki bunu özündən əvvəlki iki məhkəmə instansiyasının hakimləri etmişdir. Şirvan İnzibati-İqtisad Məhkəməsinin hakimi Samir Həsənov və Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədov öz işlərinə vicdanla yanaşaraq çox düzgün və ədalətli qərar qəbul etmişlər. Əhsən belə vicdanlı hakimlərə! Lakin əks tərəf kimi, qanunsuzluqlara yol vermiş 6 saylı ƏVD-nin rəhbərliyi əvvəlki iki məhkəmə qərarının onlara sərf etmədiyini görüb, Ali Məhkəməyə müraciət etmişdir. F.Dünyamalıyev də hakim Nigar xanımın ədalətinə güvənərək, məhkəmədən qabaq ona yuxarıda qeyd etdtiyimiz məzmunda məktub göndərmişdir.
Belə yerdə deyiblər, “Sən saydığını say, gör Fələk nə sayır”. Hakim Nigar xanım Rəsulbəyova elə bir “fakt”a əsaslanıb F.Dünyamalıyevin və əvvəlki iki məhkəmə qərarının əleyhinə 08.09.2020-ci il tarixdə qərar qəbul edir ki... Gəlin əvvəlcə, həmin qərarla tanış olaq: “Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2020-ci il tarixli - 2-1(106)-192/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin”.
Yuxarıda qeyd etdik ki, Nigar xanım Rəsulbəyova bir “fakta” əsaslanaraq F.Dünyamalıyevin əleyhinə qərar çıxarır. Bəs o fakt nədən ibarətdir? O fakt çox möcüzəvi və sehrli bir şeydir ki, onu yalnız zamanı geri fırlatmağı bacaran insan edə bilər. Məlum olur ki, o insan da məhz Ali Məhkəmənin hakimi Nigar xanım Rəsulbəyovadır. Bəs Nigar xanım zamanın təkərini necə geri fırladır? Gəlin bunu aydınlaşdıraq ki, elm aləmində bu sensasiya hamıya məlum olsun. Deməli, F.Dünyamalıyevin obyektində yoxlama 2016-ci ildə keçirilib. O zaman isə “Elektron qaimə” adlı bir şey yox idi. Yalnız 2018-ci ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Elektron qaimə” haqqında qanun qəbul edildi. İndi maraqlıdır ki, 2016-cı ildə keçirilən yoxlamada hakim Nigar Rəsulbəyova F. Dünyamalıyevdən 2018-ci ildə çıxan “Elektron qaimə” haqqında qanuna niyə əməl etmədiyini soruşur və bunu qanunsuzluq kimi qəbul edir. Yəni, 2016-ci ildə “Elektron qaimə” haqqında qanun olmamaması faktdır. Bəs elə isə, 2018-ci ildə Prezident Sərəncamı ilə qəbul olunmuş “Elektron qaimə” haqqında qanunu 2 il geri fırladaraq, 2016-cı ildə tətbiqini Nigar xanım necə tələb edə bilər? Deməli, hakim N.Rəsulbəyovada elə bir sehrli qüvvə var ki, zamanı 2 il geri fırlada bilir... F.Dünyamalıyev və 6 saylı ƏVD-nin işçiləri 2016-cı ildə yoxlama zamanı bilməli idilər ki, 2 ildən sonra, 2018-ci ildə Prezident cənab İlham Əliyev “Elektron qaimə” haqqında qanun qəbul edəcək və 2016-cı ilin yoxlamasında “Elektron qaimə” tələb etməməklə böyük səhvə yol veriblər. İndi hakim Nigar Rəsulbəyova bu “səhvi” düzəldərək 2016-cı ilin yoxlamasına, 2018-ci ilin qanununu tətbiq etməklə, zamanı geri fırlamağı bacardığını sübut edərək, elm aləmində sensasiya yaradıb. Yəni, Eynşteynin “Nisbilik nəzəriyyəsi”ni heçə döndərib...
***
Göründüyü kimi, “Bir dəli bir quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi” prinsipi ilə F.Dünyamalıyevin 5 ildir ki, 6 saylı ƏVD-nin günahı üzündən obyekti bağlanıb, özü də yollarda qalıb. Artıq məlum olduğu kimi, Ali Məhkəmədən iş yenidən baxılması üçün təkrar Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Taleh Kərimovun sədrliyi ilə sabah yanvarın 27-də növbəti məhkəmə iclası keçiriləcək. Hakim Taleh Kərimov barədə bir jurnalist olaraq, dostlarımızdan və onu tanıyan vəkillərdən xoş sözlər eşitmişik. İnanırıq ki, hörmətli Taleh Kərimov beş ildir davam edən bu ədalətsizliyə nəhayət, son qoyacaq və F.Dünyamalıyevin pozulmuş hüquqları bərpa ediləcək, məhkəmələrimizə hörmət gətirən qərar ortada olacaq.
Hazırladı:
Elçin MƏMMƏDLİ

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər