-
11:03
“Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm”-VİDEO
- 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
-
19:11
İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
-
14:50
Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
- 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
-
09:46
Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
- 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
- 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
-
17:03
PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
-
14:51
Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
- 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir

Uğuru mübarizə şərtləndirir-MÖVQE
Tarix: 26/1/2021(Uğura aşiqlikdən öncə mübarizəni sevmək şərtdir)

Nizami Süleymanoğlu
Dünyanın bərəlmiş gözləri Rusiyadakı hadisələrin və rus qəlbinin dərinliklərinə zillənib.
100 il öncə proletarları ayağa qaldıran Rusiya yeni əsrdə dünya demokratlarınımı birləşməyə çağırır? Oraq-çəkic, fəhlə-kəndli birliyi adı altında Rusiya orağı başkəsən alət, çəkici isə hakimiyyət vasitəsinin simvolikasına çevirdiyinin bədəlinimi ödəməyə məhkumdur? Bilmirəm. Bilirəm ki, kainat yalnız fiziki-kimyəvi proseslərlə deyil, həm də ruhi proseslərlə İlahi sirlərin sintezi kompleksində qərar tutub.
Kainatda fərqli enerjilərin itməməsi, çevrilməsi qanunauyğunluğu mövcuddur. Bu qanunauyğunluq yüzdə yüz ruhi proseslərə də aiddir. Bu mənada, son 100 ilin “xalqlar həbsxanasında” DEMOKRATİK AMNİSTİYANIN bəlirtiləri, əlamətləri, indiki hadisələrlə sanki zühur edir.
Tibbdə xəstəliyin öncəki simptompları olur. Rus xalqı xalq anlamında sağlam, gözəl, yetərincə dürüst xalqdır. Amma Rusiya özü ideoloji, siyasi, psixololji, hərbi, şovinist təzahürləri ilə xəstə... Xəstəliyin müalicəsi üçün gərək diaqnoz dəqiq qoyula.
Ovu bərəsində vurarlar
Haşiyə:
Bu yazını zaman 43 il gözlətdi.
1978-ci il. Füzuli şəhərində böyük ərzaq mağazasının müdiri idim. Kooperativ İnstitutunda qiyabi təhsil alırdım. 18 yaşımda Rusiyanın daxili qoşunlarında Sverdlovskidə əsgər oldum. Serjant-kursant-kriminalistika məktəbində əla oxuyurdum. Mülkülərlə əsgərlər arasında sərbəst güləş yarışının 85 çəki dərəcəsində 4 nəfərin kürəyini təmiz yerə vurub, birinə də böyük xal üstünlüyü ilə qalib gələrək orda çempion oldum. Nəinki ruslar fəxri fərman verdilər, Qarabağa, ailəmizə təşəkkürnamə göndərib, hərbi hissədə idman sahəsinin idarəetməsini mənə həvalə edib, üstəlik, partiya sıralarına da namizəd göstərdilər. 170 nəfər kursantın içində 9 azərbaycanlı idik, qalanı rus və ukraynalı, tək-tük də seyrəklər. Normal münasibətlərimiz var idi. Rus rota komandiri mənimlə fəxr edirdi. Amma müavini ukraynalı (bender) bu münasibətdən qıcıqlanırdı.
...Bir gecə inilti səsinə ayıldım. Yanımdakı çarpayıda Qax rayonundan yarı ləzgi dostumun sir-sifəti gömgöy, əzilmiş idi. Onu gözətçi durarkən 14 rus və ukraynalı əsgərlər döymüşdü. Məsələdən agah olub onları bir-bir yuxudan oyadıb çölə çıxartdım. Babayev hər birinin gözünün altına fənər qoydu. Mən isə onların cibinə bir qutu “Soyuz apallon” siqareti və 5 manat pul qoyub dedim: “Dostumdan üzr istə və barış”. Dediklərimi etdilər və yatmağa getdilər. Sübh tezdən düzülüşdə həmin 14 əsgər üzümə dirəndi. Mədə xorasından xəstəxanada müalicədə olan rus hərbi hissə rəhbərinin yoxluğundan müavini istifadə etmiş, bizə oyun qurmuşdu. Onun göstərişilə 30 nəfərə qədər seçmə əsgər “Azerbo” rişxəndi ilə məni çarpayıma bağladı. Həkim çağırıb mənə kürəklərimdən və yanlarımdan 4 iynə vurdular. Sonra açdılar. Dünya başıma fırlanırdı. Heç cür müvazinətimi saxlaya bilmirdim. Gülüşürdülər. Amma nəinki azərbaycanlılar, hətta səmimi ruslar, ukraynalılar da kazarmanı dağıdırdı, duruma etiraz edirdilər. Onları avtomat təzyiqi ilə bayıra çıxartdılar.
Məni Sverdlovsk Mərkəzi Psixatrik Xəstəxanasına gətirdilər. Mən gecə ikən müəyyən təlimatları vermişdim. Xəstəxanaya gələndə şalvarın belində selofan hissələrə bükülü 3 min manat pulum var idi. Rus həkim mayor-psixator ləyaqətli adam çıxdı. Ona gerçəkləri anlatdım. Söz verdi ki, mənə qarşı qərəzli sifarişlərə baxmayaraq, bacardığı köməkliyi edəcək. Ertəsi gün onun kabinetində Sverdlovsk təhlükəsizlik xidmətinin nüfuzlu əməkdaşı ilə söhbətləşdim. Bunu həkim təşkil etmişdi.
Məlum oldu ki, hərbi hissədəki müavin mənim xəstəxanada ölümümü ssenariləşdirmək üçün qərəzli, sifarişli xarakteristika ilə xəstəxanaya xüsusi adam da göndərib. Amma ruslar durumu analiz etdilər. Öncə müavin cəzalandı, mənə də dedilər ki, 14 nəfər əsgərlə birgə 2 nəfər (mən və dostum) həbs edilməli, rotamız da cəzalandırılmalıdır. Başqa seçim isə mənə 7 “B”damğası ilə “əhvali-ruhiyyənin qeyri-müəyyən dəyişkənliyi diaqnozu” ilə razılaşmağımı qəbul etməyim ola bilər və mən ordudan tərxis ola bilərəm. Təbii ki, bu, gələcək planlarımın puç olması demək idi. Amma əsgərlərin ucdantutma həbsini, rotanın cəzalandırılmasının vicdan ağrısına dözə bilməzdim. Üçüncü yolum yox idi. Ziyanın ən minimumunu, daha azını qəbul etməli idim.
Xəstəlik tarixçəsində yazılmışdı ki, ona silah vermək və məsul vəzifə olmaz və sairələr... Mən həqiqətən heç vaxt məsul vəzifə ummadım. Vəzifəm 18 yaşdan əvvəl də, sonra da vətənimə, insanlara xidmət oldu. Silahım isə qələmim. Türk dünyasının ağzındakı dilin, canındakı ruhun şairi kimi özümü tanıdım, təbliğ etmədim. Heç bir millətə patoloji nifrətim olmadı. Necə var idimsə, elə də qaldım... Nə isə. Hər şeyin zamanı var.
Sverdlovsk hadisələrindən 43 il ötüb.
Mənə “əhvali-ruhiyyənin qeyri-müəyyən dəyişkənliyi” diaqnozu ilə məcburən qəbul etdiyim 7 “B” diaqnozu qoyan Rusiya, dinlə!
Ölkən çalxalanır. Rus xalqı narahatdır. Haqsızlığa qarşı kütləvi etiraz edənləri döyürsən, onlardamı “sembedir?”
Məlum haqsızlığa qarşı 34 dərəcə şaxtada meydan oxuyan rus xalqı döyülürsə, 10 milyonlarla insanların “əhvali-ruhiyyələri” necə dəyişməyə bilər, Rusiya? İnsanlar qorxu ilə deyil, sevgi ilə, dövləti ilə qarşılıqlı sayğılarla yaşamaq istəyir. Hələ qeyri-ruslar bir yana... Nədən səndən haqlarını, sayğılarını tələb edən gənclərini həbs edirsən? Burax insanlar olduğu kimi olsunlar və qalsınlar. Torpağın böyük, sərvətin çox, silahın qorxuducu... Daha nəyin kəmdir? Vətəndaşlarına, qonşularına sevgi bir yana, sayğını özün qazanmalısan. Seçim sənindir və dünya müşahidə edir, Rusiya.
Rus xalqı NOVALNI OBRAZINA siyasi demokratik vurğunluğunda sonacan israr edəcəkmi? Hər halda, reytinq yüksəlir. Rus xalqı özünün dünyaya yeni təqdimatındakı əhəmiyyəti get-gedə daha dərindən təhlil edəcək. Dünyada gedən demokratik proseslər sosial təsir prinsipini Rusiyadanmı yaradacaq?
Qafqaza, Orta Asiyaya... və digər dünya məntəqələrinə Günəş yenədəmi Şimaldan doğacaq?
Tarix rus xalqına yaxşı cəhətlərini bütün dünyaya nümayiş etdirəcək imkanlar açan kimidir. Rus xalqının bu imkanlardan nə qədər, necə və hansı məqsədlərlə bəhrələnəcəyini məlum prosesin mərhələləri üzə çıxaracaq. Hər halda, dünya tarixi və gedişatı rus xalqını indiki zamanda əsl rus rolunu ifa etməklə görəvləndirir. Novalnı kimliyindən asılı olmayaraq, dünya demokratik hərəkatına yeni rus stili, üslubu gətirir. Məncə, Novalnı imitasiyaçı, illüiziyaçı deyil. O, Rusiyanın siyasi mənzərəsinin böyük rəsmini dünyaya göstərir. Bəşəriyyət demokratiyanı rusca yeni abzasdan sevməyəmi başlayacaq? Rus sosial sferası dünyanı rus qəlbinin demokratik təzahürləri, məziyyətləri ilə xeyli yaxından tanış edəcək. Novalnı rus xalqına özünəinam, özgüvən təlqin edir. Rus yalan təbliğatı Novalnı gerçək təbliğatının imkanlarını qat-qat artırılmasına xidmət edir əslində. Xalq kütlələrinin israrlı mitinqləri rus şəhərlərində bunu kütləvi etirazlarla təsdiq edir.
Rusiyada anti-Putin hərəkatı hələlik anti-korrupsiya hərəkatı şəklində üzə çıxır. Əslində isə, bu, yeni bir inqilabın abzasdan yeni ildə başlanğıcıdır.
Rusiya özündə və qonşularında gələcəyə nikbin təəssüratlar oyadır. Demokratiya nəqarəti ilə, cəzbedici nəğmələrin avazı artır. DÜNYANIN ONLAYN ALQIŞLARI RUSİYAYA YÖNƏLİR. “Qonşudan qalma dala” prosesi gözləmə mövqeyindən çıxacaqmı? Bunu zaman göstərəcək. Ruslar özlərini artıq alçaldılmış durumda hiss etmək istəmir. Rusların qonşularını da buxovlardan azad etmək qızğınlığına yoluxdurmaq şansı var. Qərb rus istəyini alovlandırıb rus fədakarlığını mahmızlayacaqmı? Bunu Qərb biləcək. Onlar müşahidəçidir və bilirlər ki, Rusiya dünyanın avtoritar sütunlarındandır. Rusiya hadisələri zəncirvari proses, domino effekti ilə küt bəşəriyyətin paslanmış şüurunu qıcıqlandıra biləcəkmi? Hər halda, Rusiyada soyuq havaların demokratik fonu da soyuqqanlılığını hiss etdirir. Məyusluq, alçaqlıq dünyasında, nəhəng bir imperiya varisliyində üsyankar rus ruhu bəşəriyyətə yeni ibrətlər verir. Bütün dünya izləyicidir.
Bizlərə gələndə təbii ki, dərdimizi Rusiyada, dünyada baş verən hadisələr fonunda dərk etməyə məsuluq.
Rusiyanın Azərbaycanda missionerləri vasitəsilə şantaj və təxribat ehtimallarının mahiyyətini qabaqlamaq, önləmək şərtdir ki, hadisələr baş verəndən sonra arxasınca “ənənəvi” sürünməyək. Bunu Azərbaycanın faciələrində Rusiya əl izləri ilə dəst-xətti deyir. Yeni proseslər yalnız özünəuyğun yeni tədbirlər tələb edər.
Düşünürəm ki, “Təzadlar” qəzeti də, mən də nələr olur-olsun, hakimiyyətlə idarəolunanlar arasında yenə də anlaşmanın tərəfdarlarındanıq. Sonrası sonranın işidir və yaxşısını Allah bilər.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər