- 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
-
19:11
İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
-
14:50
Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
- 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
-
09:46
Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
- 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
- 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
-
17:03
PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
-
14:51
Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
- 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir
-
14:31
Paşinyan tərəfdarlarının qarşısına çıxdı-VİDEO

Arxa cəbhənin fədakar qəhrəmanları
Tarix: 26/1/2021(Tanıyaq və tanıdaq)

...30 il idi “Əşi, bu xalq oyanan deyil, cəsarəti yoxdur” və s. bu kimi sözlərlə qulaqlarımız dolmuşdu. Xalqımızı bilərəkdən aşağılayanlar özləri də 44 günlük müharibədə heyranlıqla igidlərimizin şücaətlərindən danışmağa başladılar. İgidlərimizin ölümün üstünə qorxmadan qartal kimi şığımasını, hətta bütün dünya hələ də danışmaqdadır.
ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan xalqımızın nər balalarının ruhu qarşısında baş əyirəm. Yaralılarımıza ALLAHDAN şəfa diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram.
Döyüş meydanında igidlik göstrənlərlə yanaşı, arxa cəbhənin də fədakar qəhrəmanları öz əməllərilə bəyan etdilər ki, xalqımız namusumuz olan anamız Vətən üçün bir yumruq olmağı bacaran bir xalqdır. Belə oğullardan bir neçəsini tanıtmaq istəyirəm ki, gələcək nəsillər keçmişlərilə qürur duysunlar.
Muxtarov Elçin Şəmil oğlu, Səfərov Ceyhun Şirzad oğlu, Ağaverdiyev Elnur Xanhüseyn oğlu, Mehdiyev Kərim Namaz oğlu (bu siyahını artırmaq da olar) kimi ərənlərimiz müharibə başlayan kimi ön cəbhəyə getməyə can atdılar.
Hər biri stomotoloq həkimdir. Şəxsi klinikaları var. Demək olar ki, kifayət qədər dolanışıqlarını əllərinin zəhmətilə təmin etmiş şəxslərdir.
Qeyrət simvolu olan bu igidlərimiz ön cəbhəyə rəsmi aparılmadıqlarından narazı qalaraq, öz təşəbbüsləri ilə qızğın döyüşlərin getdiyi Füzuliyə üz tuturlar.
Yüzlərlə yaralılarımıza yerindəcə tibbi yardım göstərib, tibb məntəqələrinə yerləşdirərək, hətta ehtiyac olan hərbçilərimizi əməliyyat da etməklə onları ölümün caynağından xilas edirlər.
Füzuludən sonra Hadrut qəsəbəsinə üz tutaraq hərbçilərimizə lazımi yardım göstərdikcə özlərində rahatlıq tapırdılar. Halbuki bu igid oğulların öz klinikalarında qazanc əldə etmək imkanları var idi. Bu gün də bu dörd fədakar insan hərbçilərimizə xidmət etmək üçün həftənin 3 gününü növbə ilə Hadrut qəsəbəsinə gedib-gəlirlər.
Belə oğulların simasında xalqımızın qüdrətini, Vətənə, Bayrağa tükənməz sevgimiz olduğunu dünya xalqları gördü və heyranlıqla danışdılar, yazdılar.
Muxtarov Elçin Şəmil oğlu, Səfərov Ceyhun Şirzad oğlu, Ağaverdiyev Elnur Xanhüseyn oğlu, Mehdiyev Kərim Namaz oğlu şəxsi klinikalarını bağlayıb yaralı hərbçilərin harayına yetişməklə hər biri ailəli olduqları halda, heç körpələrini belə düşünmədən ölümün üstünə şığıdılar.
Budur qeyrət, namuz, ana, Vətən, xalq sevgisi!
Xalqımızın belə oğulları tanımaq haqqı var. Mən tanıdıqlarım bu igidlərə var olun deyir və onları xalqımıza tanıdaraq, hamını belə igidləri xalqımıza tanıtmağa səsləyirəm.
Eşq olsun fədakar oğullara!
Qarabağ Azərbaycandır!
Zahidə Vulkan

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər