- 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
-
19:11
İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
-
14:50
Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
- 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
-
09:46
Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
- 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
- 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
-
17:03
PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
-
14:51
Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
- 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir
-
14:31
Paşinyan tərəfdarlarının qarşısına çıxdı-VİDEO

Hakim Xumar Mərdanova ədaləti bərpa edəcək və...
Tarix: 26/1/2021
Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadənin və Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin ədalətsiz qərarları ilə bir ailənin başına açılan müsibətə inanırıq ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova ədalətli qərarı ilə son qoyacaq...
Azərbaycanda dərc olunan qəzet və saytlarda “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov qədər qanunsuz əməlləri barədə yazılan bəlkə də, ikinci bir adam yoxdur. Yalan olmasın, günü məhkəmələrdədir... Özü verdiyi müsahibələrdə bildirib ki, onun heç bir təhsili və savadı yoxdur. Onda belə bir sual yaranır: bəs onda İsfəndiyar Axundov bu qədər super qanunsuzluqlara yol verib, altından da quru cıxmaq bacarığını harada öyrənib? Çox maraqlıdır ki, haqqında bu qədər yazılanlar heç bir hüquq-mühafizə orqanının diqqətini cəlb eləmir. Sanki nəinki hüquq-mühafizə orqanlarını, hətta bütün dövlət qurumlarını gipnoz edib və heç kəs də törətdiyi qanunsuzluqlara, vətəndaşların başına açdığı oyunlara görə ona güldən ağır söz demir.
Bu yazıda “Şərurlu İsfəndiyar”ın daha bir vətəndaşın başına açdığı müsibətlər barədə məlumatı istəyirik bəzi dövlət qurumlarının diqqətinə çatdıraq.
Maraqlıdır ki, ermənilərin 30 ildir ərazilərimizdə törətdikləri qanunsuzluqlara cəmi 44 gön ərzində son qoyuldu, amma neçə illərdir İsfəndiyar Axundovun yol verdiyi qanunsuzluqlara son qoyan tapılmır.
Məlumat üçün qeyd edək ki, “Şərurlu İsfəndiyar”a məxsus “Universial-Servis LTD MTK”-nın rəhbərliyi tərəfindən Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2980-81 -ci ünvanda inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kvm. olan 233 saylı mənzildə 10 ildir yaşayan Qəhrəmanovlar ailəsi evindən məhrum olaraq, küçəyə atılıb. Bu şirkətin baş bilənləri 10 ildən sonra ayılıb ki, Qəhrəmanovlar ailəsi mənzilin pulunu tam ödəməyib. Görəsən, MTK rəhbərliyinin niyə 10 ildən sonra həmin mənzilin pulu almaq yadına düşüb? Yadına düşən kimi də özlərinə oxşayan insafsız və haqsız hakimlər vasitəsilə məhkəmə quraraq, Qəhrəmanova Südabə İsrafil qızını və onun 5 nəfərlik ailə üzvünü məzillə təmin olunamadan bayıra atıblar.
Axı kimdir haqqı-ədaləti bir kənara qoyub “Şərurlu İsfəndiyar”ın dediyi ilə oturub-duran bu hakimlər?
Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadə və Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyev birbaşa “Şərurlu İsfəndiyar”ın göstərişlərini yerinə yetirərək, həyat yoldaşını itirmiş Südabə Qəhrəmanovanı və onun 5 nəfərlik ailə üzvünü bir qərarla çölə atıblar. Əvvəlcə Xətai rayon Məhkəməsinin hakimi Namidar Misirzadənin sədrliyi ilə 09 iyun 2016-cı il tarixdə keçən məhkəmə iclasında “Universial-Servis LTD MTK”-nın iddiası təmin edilib: “İddia təmin edilsin. Qəhrəmanova Südabə İsrafil qızı, Qəhrəmanova Aygün Yaqub qızı, Qəhrəmanov Səxavət İlyas oğlu, Qəhrəmanova Samirə İlyas qızı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 2980-81-ci ünvanda (Tusi 22 “A”) inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76, 87 kv. metr olan 233 saylı mənzilindən başqa mənzillə təmin edilmədən, məcburi qaydada çıxarılsınlar və mənzil boşaldılaraq, “Universial-Servis MTK”-ya təhvil verilsin”.
Görəsən, hakim Namidar Misirzadə dövlətin adından çıxardığı bu qətnaməyə imza atanda bircə anlıq xəcalət hissi onu boğdumu ki, ailə başçısını itirmiş 5 nəfərlik ailə harada yaşayacaq? Onu da fikirləşdimi ki, 10 il bir mənzildə yaşayıb, ona külli miqdarda xərc çəkən bir ailə niyə mənzildən çıxmalıdır? Niyə “Universial-Servis MTK” 10 ildən sonra ayılıb ki, bu ailənin mənzil borcu var? Borc vaxtında niyə tələb edilməyib? Hakim Namidar Misirzadə bu sualları öz peşə borcu olaraq, məhkəmə iclaslarında araşdırmalı idi... Görünür hansısa qüvvə və səbəb... onu bu fikrindən daşındırıb və N.Misirzadə Azərbaycan Dövlətinin adından çıxardığı bu qərarla eyni zamanda, həm özünün geyindiyi mantiyasına, həm də dövlətin adına, nüfuzuna zərbə vurub.
Düşünmək olardı ki, hakim N.Misirzadənin haqsız və ədalətsiz qərarını Bakı Apellyasiya Məhkəməsində bir ədalətli hakim ləğv edərək, ailənin öz mənzilində qalmasına şərait yaradacaq. Lakin sən saydığını say, gör hakim Sənan Hacıyev nə sayır? Bəli, iş Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevə həvalə edilir. S.Hacıyev də həmkarı N.Misirzadənin ədalətsiz qərarını “hörmətli” edir, onun çıxardığı əsassız qərarı 29 santyabr 2016-cı il tarixdə keçirilən iclasda qüvvədə saxlamaqla həmkarından geri qalmadığını göstərir.
Maraqlıdır ki, Südabə Qəhrəmanovanın həyat yoldaşı İlyas Qəhrəmanov uzun müddət məhz “Universial-Servis MTK”-da baş mühasib işləyib. Öz işlədiyi şirkətdən də pulunu aybaay ödəməklə mənzil alıb. Südabə xanımın bizə söylədiyinə görə həyat yoldaşı həmin şirkətdə 2003-cü ildən - 2011-ci ilə qədər baş mühasib işləyib və ayda 1800 manat əmək haqqı alıb. Bu barədə S.Qəhrəmanovanın redaksiyamıza yazdığı məktubundan sitat: “Əgər mənzilin pulu tam ödənməmişdisə, 2014-cü ilə, yəni həyat yoldaşım rəhmətə gedənə qədər, nə səbəbə görə gözləyirdilər və niyə maaşından həmin borçu çıxmayıblar? Bu hakimlərə sual vermək lazımdır, necə oldu ki, evin tam ödənişi və şirkətə borcu olmadığı, kommunal borcu barədə ödəniş cədvəlində iki nəfər işçilərin imzası və möhürü olan əsl sənədlər ola-ola İsfəndyar Axundovun xeyrinə qərar çıxarır? Həmin hakimlərə sual vermək lazımdır ki, bizimlə şəxsi-qərəzlik aparırlar, yoxsa ona “rüşvət” pulunun verilməməsinə görə, yaxud digər maraqlı tərəfdən pul götürdüyünə görəmi bizim hüquqları tapdalayırlar? Mən əminəm ki, məhkəməyə verilən bütün sənədlər prokurorluğa verilsə, onların arasında çoxlu qanun pozuntuları aşkar olunacaq”.
Göründüyü kimi, “Universial-Servis MTK” rəhbərliyinin, yəni “Şərurlu İsfəndiyar”ın həmin mənzilə olan borcu öz işçisi olmuş rəhmətlik İlyas Qəhrəmanovdan alması üçün yetərincə vaxtı olub. Lakin almayıb, amma şirkətdə baş mühasib işləmiş İ.Qəhrəmanov rəhmətə gedəndən sonra yadlarına düşüb ki, bəs həmin mənzilin borcu var. Bu isə tam qanunsuzluqdur və yazının əvvəlində də qeyd etdiyimiz kimi, “Şərurlu İsfəndiyar”ın mənzil “maxinasiyaları” barədə qəzet və saytlarda gedən saysız-hesabsız yazıların haqlı olmasının təsdiqidir.
Mənzilindən çıxarılandan sonra S.Qəhrəmanova həmin evin təmirinə çəkilmiş xərcin qaytarılması üçün şirkətin yerləşdiyi ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət edir. Nə yaxşı ki, öz işinə vicdanla yanaşan hakim Kamran Əsədov kimi hakimlər də var. Hakim K.Əsədovun sədrliyi ilə 30 oktyabr 2018-ci ildə keçirilən məhkəmə iclasında belə bir qətnamə qəbul edilib: “İddia tələbi təmin edilsin. Cavabdeh “Universial-Servis MTK” (VÖEN: 1500068311) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980-81 -ci ünvanda inşa edilmiş binanın 2-ci girişinin, 15 -ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq, 60 min manat məbləğində pul alınaraq, iddiaçı Qəhrəmanova Südabə İsrafil qızına verilsin”.
Nə qədər qəribə olsa da, 2018-ci ildə çıxarılan qərar şirkət tərəfindən hələ də icra olunmayıb. “Şərurlu İsfəndiyar” Axundov fikirləşirmi ki, bir ailəni haqsız olaraq evindən çıxarıb bayıra atıb, heç olmasa çəkdikləri xərci özlərinə qaytarsın? Necə olur ki, bir ailəni 10 il yaşadığı mənzildən bayıra atılması haqqında məhkəmə qərarının mürəkkəbi qurumamış, icra olunur, lakin çəkilən xərcin ödənməsi iki ildir yerinə yetirilmir? Bu, Allahsızlıq deyilmi? Ədliyyə Naziri Fikrət Məmmədovun bunları bilməsi çox vacibdir... Özü də nəzərə alsaq ki, mənzilə görə borcun olmaması haqqında şirkətin verdiyi maliyyə arayışı da ortadadır, onda “Şərurlu İsfəndiyar”ın 5 nəfərlik bir ailənin başına açdığı oyunların bir adı var- şəxsi qərəzlik! Ona görə ki, həmin mənzil artıq başqa bir adama satılıb və həmin mənzilin sahibi də İsfəndiyar Axundovun göstərişi ilə məhkəmə ekspertlərini içəri buraxmır. Görünür, İsfəndiyar Axundovun sözü bütün qanunlardan üstündür və o qanunları idarə edənləri belə idarə edə bilir.
Yeri gəlmişkən, şirkətin rəhmətlik İlyas Qəhrəmanova borcunun olmaması barədə verdiyi arayışı olduğu kimi təqdim edirik: “Maliyyə arayışı. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci məhəllə ünvanında inşa edilən kooperativ yaşayış binası “Universial-Servis LTD MTK”-ya məxsusdur. Bu binanın 2-ci giriş, 15-ci mərtəbəsində, ümumi sahəsi 76,87 kv.m. yaşayış sahəsi 47,6 kv.m. 3 otaqlı 105 saylı mənzilin pay dəyəri payçı Qəhrəmov İlyas Bayram oğlu tərəfindən tam ödənmişdir, MTK-ya borcu yoxdur”.
İmzalar isə “Universial-Servis LTD MTK”-nın satış üzrə meneceri R.Ə.Pəncəliyevin və baş mühasib İ.B.Qəhrəmanovundur. Möhür də şirkətindir. Belə olan surətdə şirkət hansı hüquqi əsasla 5 nəfərlik başsız ailəni mənzildən bayıra atıb? 2017-ci ildən bəri isə S.Qəhrəmova 5 nəfərlik ailə üzvü ilə Xətai rayonu, Telnov küçəsi 23, 47/48, mənzil 146 da 10 sentyabr 2017-ci il tarixdə mənzil sahibi ilə bağlanmış müqavilə əsasında ayda 400 manat olmaqla kirayədə yaşayır.
“Şərurlu İsfəndiyar”ın özbaşnalığı sayəsində bir ailə bu qədər xərcə düşür və qanunsuzluğa rast gəlir. Bütün bunlar isə bir şirkət rəhbərinin göstərişi ilə oturub-duran Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadənin və onun haqsız qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin günahlarıdır.
Bu gün yanvarın 26-da bu iş üzrə Bakı Apellyasiya Məhkəməsində yenidən proses keçiriləcək. Bu prosesə sədrlik edən hakim isə obyektivliyinə şübhə etmədiyimiz, haqqında ədalətli hakim kimi eşitdiyimiz Xumar xanım Mərdanovadır. İnanırıq ki, o, “Şərurlu İsfəndiyar”ın şəxsi marağı üzündən uzun illərdən bəri yaşlı bir ananın, bir ailənin başına gətirilən müsibətlərə qadın, ana həssaslıgı ilə- öz ədalətli qərarı ilə son qoyacaq və nəhayət, Qəhrəmanovlar ailəsi öz halal mənzillərində yaşamaq hüququ qazanacaqlar.
Yazıda adları çəkilən hər kəsin mövqeyini dinləyib, dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Hazırladı:
Elçin MƏMMƏDLİ

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər