- 09:15 Jurnalist Qaşıqçının qətlində Səudiyyə şahzadəsinin əli var?- ABŞ
-
19:11
İranın “Mehr” xəbər agentliyi əməkdaşının qərəzli sualı və...
-
14:50
Qırğızıstan prezidenti Sadır Japarov Putinə qılınc bağışlayıb
- 13:52 Azərbaycan və Pakistan diaspor gənclərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12:12 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi jurnalistlərdən xahiş etdi...
-
09:46
Şəkidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
- 20:34 Putinlə Paşinyan arasında telefon danışığı olub
- 19:18 Arvadını döyüb öldürdü və həbs edildi
-
17:03
PAŞİNYANIN SƏRƏNCAMI İLƏ YÜKSƏK RÜTBƏLİ HƏRBÇİLƏRİN BİR QRUPU HƏBS EDİLƏCƏK
-
14:51
Пашинян заявил, что уволенные им военачальники остаются его "братьями"
- 14:41 DİN: Abidənin ətrafında insanların toplaşması yolverilməzdir
-
14:31
Paşinyan tərəfdarlarının qarşısına çıxdı-VİDEO

Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub
Tarix: 26/1/2021
Tbilisi şəhərində "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" adlı rəsm və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqə 20 Yanvar və 9 Aprel hadisələrinə həsr olunub. Səfirlikdən "Təzadlar"a bildirilib ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili çıxış ediblər.
Səfir öncə Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyi, 20 Yanvar faciəsi zamanı həlak olmuş gürcüstanlı şəhidlərin ailələrinin ziyarət olunduğu, onların adlarının əbədiləşdirilməsi istiqamətində işlərin aparıldığı barədə məlumat verib, hər iki xalqın müstəqillik yolunda mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən danışıb, şəhidlərin canları və qanları hesabına əldə olunmuş müstəqilliyin əbədi və dönməz olduğunu vurğulayıb. O, səfirliyin təşkil etdiyi müsabiqənin əhəmiyyətindən danışaraq, yarışda iştirak edən iştirakçılara öz təşəkkürünü bildirib.
Müsabiqənin təşkilinə görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirən Aleksandr Xvtisiaşvili nəzərə çatdırıb ki, məhz bu cür tədbirlər gənc nəslin öz tarixini unutmasına yol vermir, onun milli ruhunun yüksəlməsində mühüm rol oynayır. Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır.
Daha sonra müsabiqənin qalibləri elan edilib. Qeyd edilib ki, rəsm və inşa nominasiyaları üzrə müsabiqəyə 52 iş təqdim olunub. Rəsm nominasiyasının qalibləri Aysu Həmzəyeva, Yelena Məmmədova, Şenay Sadıqova (I yer), Qəşəm Süleymanov (II yer), Xəyalə Mustafayeva (III yer), inşa nonimasiyasının qalibləri Gülgəz Əhmədova, Qela Mamulaşvili, Mədinə Özləm Məmmədova (I yer), Esmira Ələkbərli (II yer), Nurdanə Xansultanlı (III yer) olublar.
F.Quliyev və A.Xvtisiaşvili qalibləri təbrik edərək onlara diplom və hədiyyələr təqdim ediblər. Eyni zamanda, müsabiqədə fərqlənən 4 iştirakçıya sertifikat və hədiyyə, bütün müsabiqə iştirakçılarına isə təşəkkürnamələr verilib.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər