-
21:17
“Azərbaycanda maksimum 6 güclü siyasi partiya olmalıdır”
- 20:39 Gürcüstanda din xadimləri və Yeparxiya nümayəndələri arasında qarşıdurma
- 11:04 Bakıda Badamdar qəsəbəsində sürüşmə baş verib- FOTO
-
13:13
Ermənilərin viran qoyduğu Füzuli rayonunun Qarakollu kəndi-VİDEO
- 18:22 Ermənistanda ara qarışdı - polis hasar kimi canlı sədd qurdu...
- 23:07 "Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir"
- 14:01 "Baklift-2”nin sabiq rəisinə hökm oxundu-6 İL!
-
21:29
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
-
20:01
Türkiyədə helikopter qəzaya uğrayıb, 9 hərbçi şəhid olub
-
14:26
"Ədalətsiz sülh"ə görə müharibə, Qarabağın "statusu" - Köçəryan yenə öz ampluasında
- 13:31 İsrail səfiri Bakıda müalicə alan qazilərlə görüşdü və...
- 12:43 "Rus peyvəndinə etibar yoxdur, Çin peyvəndini isə..."

10:32
Uşaq atasından ayrılacaqmı?
Tarix: 27/1/2021
Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseynin məhkəmə qətnaməsi ilə uşağını görmə hüququna malik olan Qurban Mikayılovu yəqin ki, anlayışla qəbul edərək, Həsənovlar ailəsinin iddasını təmin etməyəcək
Xalqımız üçün toy nə qədər sevimli bir hadisədirsə, boşanma bir o qədər də kədərlidir. Bir ailənin dağılması neçə-neçə uşağın atasız və ya anasız böyüməsi deməkdir ki, bu da həmin uşaqlara böyük psixi zərbədir. Böyüklər bu barədə dönə-dönə fikirləşməlidirlər. Çox təəssüf ki, bəzən məhz böyüklərin şəxsi maraqları naminə uşaqların psixologiyası korlanır. Axı onların heç bir günahı yoxdur. Məsələn, 5 yaşlı Ümid kimi.
Vaxtilə uzun müddət dostluq edən Nüsrəddin və Ümidvar kişi qərara gəlirlər ki, nəhayət, bu dostluğu qohumluğa çevirsinlər. Nüsrəddin kişinin qızı Səbinə ilə Ümidvar kişinin oğlu Qurban da bir-birilərini bəyənirlər və elimizin adəti ilə ailə qururlar. Bir müddət sonra Ümid dünyaya gəlir. Görünür, Ümidvar Mikayılovun ailəsi ilə qohumluq Nüsrəddin Həsənovun ailəsinə düşərli olur və yaratdığı kiçik biznes xeyir verməyə başlayır. Nəticədə, az müddətdə Nüsrəddin Həsənov xeyli maddi sərvətə nail olur. Gələn pul isə N.Həsənovun ailəsini el dili ilə desək, dəyişdirir və bunun da nəticəsində həyat yoldaşı Aygün xanım artıq kasıb Ümidvar kişi ilə qohumluğu özünə sığışdırmır. Uzun mübahisələrdən sonra Ümidvar kişi və oğlu Qurban Mikayılov bunu istəməsə də, qızgilin ailəsinin təkidli tələbi ilə ayrılmalı olurlar. 5 yaşlı Ümid isə böyüklərin şəxsi tamahının güdazına gedərək, hər gün atası Qurban və babası Ümidvar kişi ilə ümsiyyət qurmaqdan məhrum olur.
Yasamal Rayon Məhkəməsinin 12.02.2020-ci il tarixdə Səbinə Mikayılovanın iddiası əsasında hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasında belə qətnamə qəbul edilir: “İddia tələbi təmin edilsin. 4 iyul 2015-ci il təvəllüdlü Mikayılov Ümid Qurban oğlu ilə atası Mikayılov Qurban Ümidvar oğlunun hər həftənin bazar günləri saat 10:00-dan axşam 19:00-dək ünsiyyətdə olma vaxtı müəyyən edilsin”.
Qətnamə bir ay ərzində heç bir tərəfdən şikayət verilmədiyi üçün qüvvəyə minir. Lakin Səbinə və anası Aygün xanımın hikkəsi sayəsində bir ilə yaxındır məhkəmə qərarı demək olar ki, icra olunmur. Dəfələrlə Qurban Mikayılov keçmiş həyat yoldaşının Xətai rayonunda yaşadığı mənzilin həyətinə gələrək uşağı ona verməsini xahiş edib ki, ata-bala kimi ünsiyyətdə ola bilsinlər. Lakin bu xahiş demək olar ki, yerinə yetirilməyib. Növbəti belə gəlişin birində Q.Mikayılov həyətdə gözləməkdən bezərək uşağı görmək üçün mənzilə qalxmaq istəyir. Onu da diqqətə çatdıraq ki, bu dəfəki dəvət Səbinə xanımgil tərəfdən olub.
Bildiriblər ki, gəlib uşağı apara bilərsən. Müxtəlif bəhanələrlə Qurbanı həyətdə 3 saat gözlədiblər. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün Qurban mənzilin qapısını döyür. Çölə çıxan Səbinə və anası Aygün xanım, həmçinin qardaşı Məhət Qurbanın üstünə hücum çəkirlər. Məhət hətta Qurbanı ölümlə hədələyir, ona hücum çəkərək üzünü cırmaqlayır və deyir gözlə, bu saat gəlirəm. Bu sözdən sonra cəld evə keçir. Bunu görən ana və bala tez Qurbanı itələyib liftə salırlar ki, get, yoxsa, qan düşəcək. Beləliklə, Qurban 2 dəqiqəlik qucağına ala bildiyi uşağını doyunca görə bilmir və üzü çırmaqlanmış vəziyyətdə hadisə yerindən uzaqlaşır. «Qara məni basınca, mən qaranı basım» prinsipi ilə Həsənovlar ailəsi hansı yollasa Qurbanın ana və balaya xəsarət yetirməsi haqqında arayış əldə edərək polisə müraciət edirlər. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin təhqiqatçısı Budaq Budaqov vəziyyəti anlayaraq, hər iki tərəfi barışmağa dəvət edir. Lakin Həsənovlar ailəsi bu təklifdən imtina edir və hətta təhqiqatçını hansısa marağa görə işə düzgün yanaşmadığı barədə ittiham irəli sürürlər.
Məsələni belə görən Qurban Mikayılov hücuma məruz qalmasını bildirir və bu barədə polisə yazılı ərizə verir. Lakin birinci Həsənovlar ailəsi şikayət verdiyindən iş araşdırılaraq məhkəməyə göndərilir. Yanvarın 28-də Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseynin sədrliyi ilə məhkəmə iclası keçiriləcək. Cavid Hüseyn barədə obyektiv hakim kimi xoş sözlər eşitmişik. İnanırıq ki, həmin məhkəmədə hakim Həsənovlar ailəsinə dövlətin adından çıxarılmış məhkəmə qətnaməsinin 1 ilə yaxındır niyə icra olunmadığını soruşacaq. Bəs görəsən, bu suala necə cavab verəcəklər? Axı böyüklərin öz şəxsi maraqları naminə balaca Ümidi atasız qoymaq istəyini nə qanun, nə də Allah bağışlayar. Qanundan qorxmursunuzsa, heç olmasa, Allahdan qorxun. Balaca Ümid yazıqdır.
Məhkəmə qərarının icra olunmaması barədə Ümidvar kişi redaksiyamıza müraciət etmişdi. Bizim araşdırmamızdan sonra ötən bazar, yəni 24 yanvar 2021-ci il tarixdə Səbinə xanım icraçıların tələbi ilə uşağı Yasamal rayon İcra və Probasiya Şöbəsinə gətirir. Lakin uşaq necə öyrədilibsə, həmişə atasını görən kimi boynuna atılan balaca Ümid bu dəfə belə etmir. “Anamı döymüsən, buna görə səndən küsmüşəm”. Atası Qurban balaca Ümidə nə qədər and-aman eləsə də ki, elə şey heç vaxt olmayıb, uşaq “məni heç kəs öyrətməyib, özüm belə istəyirəm” deməklə xoruzun quyruğunun görünməsinə səbəb olur. İşi belə görən icraçılar qərara gəlirlər ki, növbəti görüş zamanı psixoloq dəvət eləsinlər və uşaqla ayrıca söhbət aparılsın. Psixoloq rəy versə ki, uşaq öyrədilib, onda Həsənovlar barədə qanunun tələbi ilə ciddi tədbir görüləcək. Biz inanırıq ki, məsələ doğrudan da belə olub. Səbinə xanım və anası Aygün xanım Qurbana nifrət edə bilərlər, bu onların şəxsi işləridir. Amma uşağı atasından ayırmaq ən azından insafsızlıqdır. İnanırıq ki, qanunlardan əvvəl Həsənovlar ailəsinin ürəyinə Allah insaf salacaq, inadlarından əl çəkərək, ata-balanı bir-birindən ayrımayacaqlar.
Bir yazar olaraq isə mən hesab edirəm ki, ailə, ümumiyyətlə, barışsa yaxşıdır. Uşağa ata da, ana da hədsiz dərəcədə lazımdır. İstərdim ki, bu həqiqəti hər iki tərəf anlasın.
Hazırladı: Elçin Məmmədli

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər