TƏZADLAR

                           
Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Ölkə kriminallaşır ( 2009-09-03 )

ölkə kriminallaşır

 

Cinayətkarlıq artır, açılma faizi azalır

 

Son illər ölkədə cinayətkarlıq səviyyəsi ilbəil artmaqdadır. Rəsmilərin kriminal vəziyyətin nəzarətdə olması barədə dediklərinə baxmayaraq, ölkədə mütəşəkkil kriminal dəstələrin peyda olması vəziyyətin heç də ürəkaçan olmadığını deyir. Hüquq mühafizə orqanları cinayətlərin açılması sahəsində ilbəil geriləyir.

 Daxili İşlər Nazirliyinin  son illər üzrə ölkədə kriminal vəziyyətlə bağlı hazırladığı hesabatlar cinayətlərin artdığını göstərir. Məsələn 2006-cı ildə ölkədə 19045 ( 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə +996 və ya 5,5% çox), o cümlədən daxili işlər orqanları tərəfindən 18267 (+1012 və ya 5,9%) cinayət qeydə alınıb.

Hesabatda deyilir: "Dövriyyədən 251 kiloqramdan çox narkotik vasitə götürülüb, 38 kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. Keçirilmiş tədbirlər nəticəsində 510 kiloqrama qədər yaşıl kütlə şəklində narkotik xassəli bitki məhv edilib. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2008 nəfərdən 1920 (95,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 590 (29,4%) əvvəllər cinayət törətmiş şəxslər, 75 (3,7%) qadınlar, 6 (0,3%) yetkinlik yaşına çatmayanlardır".

***

 2007-ci ildə isə ölkədə 18667 cinayət hadisəsi qeydə alınıb. Həmin il daxili işlər orqanları tərəfindən dövriyyədən 337 kiloqrama qədər (hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 537 kq) narkotik vasitə götürülüb,  140 kiloqram (323 kq) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilərək yayılmasının qarşısı alınıb. 2008-ci ilin yekunları ilə bağlı DİN tərəfindən hazırlanan təhlil xarakterli hesabatda deyilir: "Hesabat dövründə respublikada 21692 (2007-ci illə müqayisədə +3025 və ya 16,2% çox), o cümlədən daxili işlər orqanları tərəfindən 20799 (+2732; 15,1%) cinayət qeydə alınıb. DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 9532-i (45,8%) böyük ictimai təhlükə törətməyən, 9001-i (43,3%) az ağır, 2266-ı (10,9%) ağır və xüsusilə ağır cinayətlər olub.

 Qeydə alınmış cinayətlərin strukturunda 7689 (2007-ci illə müqayisədə +556 və ya 7.8%) şəxsiyyət əleyhinə, 5880 (+1722; 41,4%) iqtisadi sahədə törədilən cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-cısı oğurluq, hər 7-cisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub".

 Hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% (+111; 394-283) artıb. O cümlədən fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama 100 fakt (300-200), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin 15,2 % (+359; 2723-2364) artdığı bildirilir. DİN-in son üç ilin hesabatlarının təhlili göstərir ki, əməliyyat orqanları ilbəil cinayətlərin açılma faizində geriləyib. Belə ki, 2008-ci ildə daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 88,3 %-i açılıb. 2006-cı ildə isə bu göstərici 90,2, 2007-ci ildə isə 92,2 faiz olub.

Həmçinin hesabat illərində narkotik maddələrə görə, cinayət hallarının da artdığının şahidi oluruq. MTN tərəfindən Narkotik Maddələrin Dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatların sayında ilbəil artımlar müşahidə olunur. Xüsusilə son illər MTN tərəfindən narkotik maddələrin satışı ilə məşğul olan cinayətkar dəstələrin zərərsizləşdirilməsi halları artıb. MTN tərəfindən həbs olunanlar içərisində polis əməkdaşlarının narkotik maddələrin satışı ilə məşğul olması ancaq təəssüf doğuran məqamdır. Başqa tərəfdən isə Maliyyə böhranı başlayandan ölkədə minlərlə insan iş yerini itirib, ilin sonuna kimi bu rəqəmin daha da çoxalacağı proqnozlaşdırılır. Həmçinin Rusiyada iqtisadi vəziyyətin pisləşməsi səbəbindən bu ölkədə işləyən azərbaycanlıların kütləvi şəkildə vətənə dönməyə başlaması da ölkədə kriminal vəziyyətə mənfi təsir göstərə bilər.

Nəzərə almaq lazımdır ki, azərbaycanlı kriminal ünsürlərin əksəriyyəti Rusiyada yaşayırdılar və indi onların ölkəyə qayıtması vəziyyəti mənfiyə doğru dəyişir. Bir sözlə, ölkədə sosial vəziyyətin o qədər də yaxşı olmaması, ölkədə kəskin təbəqələşmənin getməsi, orta təbəqənin əhalinin ümumi sayında cüzi faiz təşkil etməsi prespektivdə  Azərbaycanda kriminal vəziyyətin getdikcə pisləşməsini deməyə əsas verir.   Son illərin rəsmi statistik göstəriciləri də Azərbaycanda kriminal vəziyyətin getdikcə pisləşməsini göstərir. Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, eləcə də prokurorluq orqanlarının hesabatları belə deməyə əsas verir. ölkədə kriminal vəziyyətin pisləşməyə doğru getməsi sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıra bilər. Belə ki, iş adamları kriminal şəraitin hökm sürdüyü ölkəyə sərmayə yatırmağı məhdudlaşdırır. Mütəşəkkil cinayətkar dəstələrinin formalaşması isə bu təhlükəni daha da artırır. Xarici ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycanda kriminal vəziyyəti gərginləşdirməyə çalışması heç kimə sirr deyil. Rəsmilər də mətuata açıqlamasında bu təhlükənin mövcud olduğunu açıqlayırlar.

 Cinayət faktlarının vaxtında açılmaması cəmiyyətdə cinayətkar meyllərə əlavə təkan verir. Xüsusi ilə bu baxımdan hüquq mühavizə orqanlarının üzərinə böyük məsuliyyət düşür.

 

Elmidar


      
Bu xəbər 226 dəfə oxunub.
Ən son Yeniliklər
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 Ali Məhkəmənin adındakı "Ali" sözü hüquqi məntiqlə nə dərəcədə düzgündür?
 Moskvada spirtli içkilərin gecə vaxtı satışı qadağan olundu
 Ağır daşlar altında
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı
 Sabunçu məhkəməsində böyük qanunsuzluq
 Müsəlmanların ilk qibləsi
 Şərqin böyük, bənzərsiz xanəndəsi
 Dünya Miyatoviç Bakıya niyə gəlmədi?
 Təhsil Nazirliyindən sərt qərar
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı
 Biz müharibədə uduzmadıq, müharibəni uduzduq...
  Arif Alışanov İTV-nin bayram tədbirinə dəvət olunmayıb?
 Bəlkə Mübarizin ruhu oyada bizi
 "Azərbaycan elmi, sanki məddahlıq piramidasına dönüb"
 Səlahiyyətinə xitam verilmiş hakimlər kimlərdir?
 Doğma diyar, bir az da döz...
 Bölünmüş xalqlar ssenarisi
 Bir partiya qarpız
 Üfüqdən Qüruba
 Ölüm sevinməsin qoy
 Qazaxlılar dərd əlindən "dağa çıxıb"
 Biz rüşvətə satılmırıq, rüşvətdə satılırıq...
 Təbrik!
 
 
Copyright © 2006 Təzadlar