TƏZADLAR

                           
Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


KİV-lərin peşəkarlığı na mane olan nədir? ( 2009-10-29 )

KİV-lərin peşəkarlığı na mane olan nədir?

 

"Kütləvi İnformasiya Vasitələrində peşəkarlıq problemini yaradan səbəblər" mövzusunda dəyirmi masa keçirildi

 

Srağagün xalq şairi Musa Yaqubun sədri olduğu Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə "Kütləvi İnformasiya Vasitələrində peşəkarlıq probleminin yaradan səbəblər" mövzusunda dəyirmi masa keçirildi.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən fondun layihə üzrə koordinatoru Nəzirməmməd Quliyev bildirib ki, son zamanlar "reket"çiliklə məşğul olan mətbuatı ölkədən yığışdırmaq nəinki mümkün olub, əksinə, bu kimi media orqanlarının fəaliyyət çərçivəsi daha da genişlənib, hətta belə şəxslərin qəzetlər şəbəkəsi yaradıb. çünki reketçiliklə təkcə jurnalistlər deyil (onlar dilənçilərdir), vəzifəlilər məşğul olurlar... N.Quliyevin sözlərinə görə, KİV-lərdə qeyri-peşəkarlığın yaranmasının səbəblərindən biri də reklam uğrunda aparılan qeyri-sağlam mübarizənin yaratdığı fəsadlardır.

Sonra tanınmış vəkil Adil Minbaşı mətbuatın peşəkarlıq problemlərinə toxunaraq, həm də bunun lazımi tələblər səviyyəsində olması üçün mediaya peşəkar münasibətin olmasını vacib saydı. A.Minbaşı misal olaraq "Təzadlar" qəzetinin başına gətirilənləri misal çəkdi. O, Mətbuat Şurasının rəhbərliyinin bəzi məsələrə subyektivlikdən daha çox, araşdırmalar aparılaraq hüquqi rəy ortaya qoyulduqdan sonra KİV-lər barədə tədbirlər görməsini arzuladı. Natiq istər ABU, istərsə də Türkiyənin Azərbaycandakı səfiri barədə yazılanlara görə "Təzadlar"a reket damğası vurulmasının absurd olduğunu dilə gətirdi: "...Hadisələrin də sonrakı gedişi sübut etdi ki, "Təzadlar" yazdıqlarında haqlı imiş". üstəlik, məhkəmə qərarı ilə rədd edilmiş şikayət əsasında qəzetin "reket" adlandırılmasını da ədalətsizlik adlandırdı".

APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı çıxışında bildirdi ki, ölkədə "reket" mətbuatın qarşısını almaq üçün Ədliyyə Nazirliyində müntəzəm monitorinqlər aparılmalıdır: "Bu istiqamətdə dövlətin və Mətbuat Şurasının birgə işinə ehtiyac var. ümumilikdə isə mən "reket" mətbuatı peşəkarlıq problemi ilə qarışdırmaq istəməzdim. Peşəkarlıq tirajlı, sanballı, ictimai fikrə az-çox təsir edən mətbuata aid olan bir şeydir".

V.Mahirqızının sözlərinə görə, hazırda Azərbaycan mediasında reklam uğrunda mübarizə getmir: "Televiziyalara bəzi şərtlərlə reklamlar verilir. İnternet saytları arasında az və ya çox dərəcə bu rəqabət gedir. Yazılı mediada isə ümumiyyətlə reklam qazanmaq uğrunda mübarizə getmir. Əgər Azərbaycan mətbuatında reklam uğrunda mübarizə getsəydi, mətbuata biznes vasitəsi kimi baxılardı".

V.Mahirqızının sözlərinə görə, peşəkarlıq probleminin əsas həll yolu kadr hazırlığından keçir: "Media orqanları ən müxtəlif təkliflər verib, tezislər təklif edə bilərlər. Amma bu tezisləri işləməyi bacaran jurnalistlər olmalıdır. Bizim elə jurnalistlərimiz yoxdur".

Hüquqşünas-ekspert Ələsgər Məmmədli də məlum problemə toxundu və "Təzadlar"a dair məsələdə tələskənliyə yol verildiyini qeyd etdi, həmçinin ölkədə peşəkarlığın artırılması və peşəkarlara dəyər verilməsi sahəsində problemlərin hələ çox olduğunu dedi...

"Təzadlar"ın baş redaktoru Asif Mərzili də məsələyə konkret münasibətini bildirdi: "Peşəkarlıq" - ifadəsini iki yerə bölmək olar: birincisi- peşənin kara gəlməsi, ikincisi - peşədə kara gəlmə!

Əgər biz öz peşəmizdə kara gələ bilmiriksə, peşəmizi necə kara gətirə bilərik?.. Baxın, indi ən tanınmış, oxunaqlı qəzetlərdə tənqid və araşdırma yazıları yoxdur. Niyə? çünki tənqid yazan kimi dərhal Mətbuat Şurasına müraciət edilir, nəticədə isə qəzet birtərəfli qaydada təzyiq və ya təpki ilə üz-üzə qalır. Məsələn, "Təzadlar"ın timsalında belə bir vəziyyət yaranıb... İnanıram ki, Mətbuat Şurasının rəhbərliyi bundan sonra məsələyə peşəkar yanaşacaq, obyektiv qərarlar qəbul ediləcək. Axı sərhəd açılımından yazmağa, məhkəmə qərarı ilə rədd edilmiş şikayətə görə sonradan qəzetə xəbərdarlıq etmək nə dərəcədə qanunidir?"

***

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə bildirib ki, ölkədə kifayət qədər peşəkar jurnalistlər var. Amma onların əksəriyyəti mətbuatdan uzaqlaşıblar: "Nəyə görə peşəkarlar mətbuatdan gedirlər? Azərbaycan mətbuatının peşəkarlıq problemi yoxdur, peşəkarı saxlamaq və onların potensialından istifadə etmək problemi var".

***

Bəli, mətbuatımızın da, mətbuatımızda çalışanlarımızın da problemləri hələ çoxdur və elə onların aradan qaldırılması prblemləri var.

 

Qələndər Xaçınçaylı


      
Bu xəbər 307 dəfə oxunub.
Ən son Yeniliklər
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 Ali Məhkəmənin adındakı "Ali" sözü hüquqi məntiqlə nə dərəcədə düzgündür?
 Moskvada spirtli içkilərin gecə vaxtı satışı qadağan olundu
 Ağır daşlar altında
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı
 Sabunçu məhkəməsində böyük qanunsuzluq
 Müsəlmanların ilk qibləsi
 Şərqin böyük, bənzərsiz xanəndəsi
 Dünya Miyatoviç Bakıya niyə gəlmədi?
 Təhsil Nazirliyindən sərt qərar
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı
 Biz müharibədə uduzmadıq, müharibəni uduzduq...
  Arif Alışanov İTV-nin bayram tədbirinə dəvət olunmayıb?
 Bəlkə Mübarizin ruhu oyada bizi
 "Azərbaycan elmi, sanki məddahlıq piramidasına dönüb"
 Səlahiyyətinə xitam verilmiş hakimlər kimlərdir?
 Doğma diyar, bir az da döz...
 Bölünmüş xalqlar ssenarisi
 Bir partiya qarpız
 Üfüqdən Qüruba
 Ölüm sevinməsin qoy
 Qazaxlılar dərd əlindən "dağa çıxıb"
 Biz rüşvətə satılmırıq, rüşvətdə satılırıq...
 Təbrik!
 
 
Copyright © 2006 Təzadlar