 Sabah Nəsimi rayon Məhkəməsində Asif Mərzilinin Əflatun Amaşova qarşı məhkəmə prosesi başlayır Məhkəmə istintaqında Mətbuat Şurasının sədrinin bəzi KİV-lərdə dərc olunmuş və "Təzadlar" qəzeti, həmçinin qəzetin baş redaktoru barədə işgüzar nüfuza xələl gətirən ifadələrinə hüquqi aydınlıq gətiriləcək... ölkə KİV-lərində "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu məhkəməyə verməsi barədə məlumat verilib. Məhkəmə çəkişməsinə səbəb MŞ-ın şikayətlər komissiyasının 16 sentyabr 2009-cu il tarixli rəyinin MŞ İdarə Heyətinin iclasında müzakirəyə çıxarılmadan KİV-lərdə dərc edilməsi, sonradan isə heç bir hüquqi araşdırma, məhkəmə qərarı, ekspert rəyi olmadan yazılı KİV-lərdə və elektron mediada Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qəzetin barəsində işgüzar nüfuzu ləkələyən ifadələr işlətməsidir. Asif Mərzili məhkəmədən MŞ sədri Ə.Amaşovun barəsində onun şərəf və ləyaqətini ləkələyən ifadələri işlətmiş KİV-də təkzib verilərək üzr istəməsini, cavabdehdən vurulmuş mənəvi ziyana görə onun xeyrinə 50 min manat tutularaq "Təzadlar" qəzetinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Xatırladırıq ki, hakim İkram Şirinovun icraatında olan iddianın məhkəmə baxışı sabah- fevralın 5-də, saat 16-00-da Nəsimi rayon Məhkəməsində keçiriləcək. Tufan
Bu xəbər 208 dəfə oxunub. |