TƏZADLAR

                           
"Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Hacıqabulda nə baş verir? ( 2010-02-04 )

Hacıqabulda nə baş verir?

Şikayətçi polis orqanı əməkdaşlarının yarıtmaz işindən və laqeydliyindən yazır...

 

Redaksiyaya Hacıqabul rayonundan şikayət məktubu daxil olub. Maraqlı məqamlarını və hər kəs üçün düşündürücü olan bu məktubu olduğu kimi dərc edirik:

Hörmətli redaksiya!

Məzmunu etibarilə birbaşa hüquqi, dolayısı ilə isə inzibati insanlara aid olan bu məktub-müraciəti sizlərə istiqamətləndirməyimin tək-bircə səbəbi var: bu ölkədə mətbuat həm özünün, həm də özgələrin işilə məşğul olmağa məcbur və məhkumdur. Bu sırada "Təzadlar" qəzeti də var.

Bu məktubun surətini çıxarıb eyni vaxtda müxalifətli-hakimiyyətli 10 qəzetə göndərməyimin kökündə isə bir səbəb və bir məqsəd durur. Səbəb belədir: bir aydır ki, aşağısı rayon polis şöbəsinin rəisi, yuxarısı isə ölkə başçısı olmaqla iyirmiyə yaxın adresata göndərdiyim və bir o qədər sayda yazıların və zənglərin eyni məzmunundan o qədər bezmişəm ki, onu yenə də dəfələrlə təkrar etmək istəyirəm. Məqsədimsə sizlərdən heç olmasa birinin səsimə səs verməsinə nail olmaqdır.

Məktubumun mövzusu şəxsi xarakterli, məişət səviyyəli kimi görünsə də, onun daha çox ictimai əhəmiyyəti var və elə bu barədə yazmaq istəyirəm.

Beləliklə, müraciətimin zahiri tərəfi ondan ibarətdir ki, bu yaxınlarda kürəkənimə məxsus avtomobil qarət olunaraq yandırılıb. Vacib olan budur ki, ölkədə vətəndaşların mülkiyyətinin qorunmaması bir yana, heç o vətəndaşın özunə etina və etibar da edilmir.

Kod nömrələri 101, 102, 103 olan orqanların fəaliyyətində nəinki fövqəladəlik, təcililik, tələskənlik, heç təmkinlik də olmadığını öz üzərində başa düşməkdən ötrü gərək bu ünvanlara işin düşə.

Bizim məsələdə hər şey yanğın söndürənlərin daha çox tüstüləyəni söndürməsilə başladı, polisin Arif Quliyev sayağı, "Kimdən şübhələnirsiniz?" sualı ilə davam etdi, əhəmiyyətsiz izahatlardan o yana keçməyərək yerindəcə saymaqdadır..

Maşından bəzi şeylərin götürüldüyünü polisə heç cür inandıra bilmədiyimizdən, 9 gün sonra, bizimki də daxil olmaqla, xeyli maşında oğurluq etmiş şəxsin tutulmasını möcüzə kimi qəbul etdik. Həmin şəxsin məşhur residivistlər kimi ölkə telekanallarına çıxarılması isə tragikomediya oldu. çünki kiçik cinayəti (oğurluq) açmasını qəhrəmanlıq kimi gözə soxan polis, böyük cinayətdən -avtomobil yandırılmasından "çepe" (FV) iyi gəldiyindən onu ört-basdır etməklə gözlərə kül üfürmüş oldu...

***

Beləcə, tam bir ay ərzində bu işlə bağlı polisin nə iş gördüyü sadəcə anlaşılmır, hadisənin nəticəsi isə budur ki, kürəkənim maşından taksi kimi istifadə etdiyindən işsiz, dolanışıqsız və sənədsiz (onlar da maşında yanıb) qalıb. Həm onun, həm də mənim ailəmiz kimə, nəyə və haraya üz tutacağını kəsdirə bilmir. O ki qaldı biçarə maşına, bir aya qədər həyətin ortasında, gözdağı və cəzasızlığın simvolu kimi qaldıqdan sonra polis onu bir kənara sürüyüb atdı, gözdən uzaq, \könüldən iraq olsun deyə...

Hörmətli baş redaktor!

Birinci üç hakimiyyətimizin yerli qollarına inamı itirdiyimdən, dördüncünün təmsilçiləri kimi sizə müraciət etdim. Beşinci isə, sadəcə, olmadığından bütün ümidim sizədir...

Hörmətlə:

Məhəmməd Hüseyn oğlu İsayev

Hacıqabul

Telefonlar: 0518362641,

0703125932, 0506437313.


      
Bu xəbər 190 dəfə oxunub.
Ən son Yeniliklər
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətiniyə dayandırıldı?
 Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında ölüm hadisəsi
 Adnan Hacızadənin məhkəmə prosesi təxirə salınıb
 “Şəmkirli Saşa”ya silahlı hücum etmiş “Qoca” məhkəmə qarşısında
 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
 Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb
 Baş Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat açıqlayıb
 Xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olundu
 Təhsil Nazirliyi ABU tələbələrini başqa özəl ali məktəblərə paylayacaq
 Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...
 Göyçay Prokurorluğunun baş müstəntiqinin adı bazar qalmaqalında
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 
 
Copyright © 2006 Təzadlar