TƏZADLAR

                           
"Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Əflatun Amaşov "reket" dediyi qəzetlərə niyə həm də indi xəbərdarlıq edir? ( 2010-02-04 )

Əflatun Amaşov "reket" dediyi qəzetlərə niyə həm də indi xəbərdarlıq edir?

 

Asif Mərzili: "...Bu, şərəf məsələsidir və mən 30 illik yaradıcılıq və jurnalistlik fəaliyyətimə, həmçinin "Təzadlar" qəzetinin 17 illik şərəfli yoluna atılmış ləkəni yudurtmaq üçün sona qədər hüququmuzu müdafiə edəcəyəm..."

 

APA İA dünən Azərbaycan MŞ sədrinin bəyanatını yayıb. Bəyanatı aşağıda olduğu kimi dərc edirik. Həmin Bəyanatda bizə də üstüörtülü ünvanlanmış bəzi məqamlar vardır və həmin məqamlara aydınlıq gətirmək üçün "Təzadlar"ın baş redaktoru Asif Mərzilinin münasibətini öyrəndik. Baş redaktor bunları dedi:

- Əflatun bəyin bəyanat xarakterli həyəcanlı çıxışını diqqətlə oxudum və "Təzadlar"a aid olan bir məqam diqqətimi çəkdi... Bəyanatda  həyacan duyulur və istəməzdim ki, məhkəmə öncəsi kimsə həyacan içində olsun. Bu, bəzən məhkəməyə təsir vasitəsinə də çevrilə bilir...Ola bilsin kimin üçünsə bu ilkdir, amma hər kəsin hüquqlarını məhkəmədə müdafiə etmək hüququ vardır və şəxsən biz pozulmuş hüququmuzu sonadək qoruyacağıq. Lazım gələrsə, cənab Prezidentə də müraciətimiz olacaq...Məsələ ondadır ki, mənim 30 illik yaradıcılıq və jurnalistlik fəaliyyətimə ləkə vurulub. Sadəcə narahatam ondan ki, Ə.Amaşovla birgə keçdiyimiz mübarizə yolu çox şərəfli olub, biz müstəqil mətbuatın yolunda aclıq aksiyalarından keçmişik, biz məhkəmələr, piket və nümayişlər, küçə yürüşlərini görmüşük... Nəhayət, Mətbuat Şurasını təsis etmişik. İndi MŞ-a ağbirçəklik və ağsaqqallıq edənlər onda başqa işlərlə məşğul idilər... Belə çıxır ki, yaratdığımız qurum indi bizə qənim kəsilib... Qoy Ə.Amaşov da bilsin: mənim babam Alverdi bəy Məşədi Məmməd oğlu Məmmədov 1936-cı ildə Azərbaycançılıq ideyalarına, yəni anti-bolşevik mövqeyinə görə güllələnib. Bizim nəsil Böyükxanlı tirəsi adlanırdı və bu tirənin camaatı adını Qarabağ hakimi olmuş İbrahimxəlil Xanın nəvəsi olan Böyk Xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı Cavanşirdən alıb və bu barədə çoxsaylı tarixi mənbələr var... Mənim özümə gəlincə, 1991-ci ildə, babam kimi, müqəddəs Məşhədi ziyarət edib Məşədi dini titulu ilə təltif olunmuşam və diplomum var... Onda "Azərbaycan" qəzetində hərbi jurnalist idim, günüm barıt qoxusu iyləməkdə keçirdi, Bakıda oturub ətir-kirşan iyləmirdim. Nəslimizdən 6 şəhidimiz var. Bir qardaşım isə ikinci qrup Qarabağ əlilidir...Belə bir nəslə-kökə "reket" deyən adam əvvəlcə həmin nəslin böyük kişilərinin ruhu, sonra isə ölkənin qanunu qarşısında cavab verməlidir. Həmin adamlar şər-böhtan atdıqlarının fərqində olmalı idilər və belə hərəkətlərinin məsuliyyətini bilməli idilər... Amaşov və qeyriləri bilirdilər ki, mənim oğlum hüquqşünasdır və o, "reket" ləkəsinin nə olduğunu məndən təəccüblə soruşanda və bu addımı atmışların məsuliyyətsizliyini özü söyləyəndə, mən ona izah vermişəm...İstəyirəm ki, Amaşovun da hazırda xaricdə yaşayan oğlu Orxan da atasından soruşsun ki, başqasının nəslinin-kökünün şərəfi ilə zarafat etmək necə qiymətləndirilə bilər? Ona görə də biz məhkəmədə bu ləkənin yuyulmasını istəyirik və günahı olanlar cəzasını almalıdır.

Dostum-qardaşım Ə.Amaşov insanların şərəfi ilə zarafat edir. Mənim oğlum sabah kiminsə qızını alacaq. Ona desələr ki, Amaşovun dediyinə görə sənin atan reketçiliklə məşğul olub, onda mənim oğlum Amaşov haqqında nə düşünməlidir? Eyni sualı Amaşovun oğluna versələr, bu necə qarşılanar görəsən?

Əgər kiminləsə şəxsi qərəzçilikləri varsa, qoy bunu başqa yollarla icra etsinlər. Ailə və nəsil faktorunu mütləq nəzərə almaq lazımdır...Kim  hansısa məmurdan şantaj yolu ilə pul alırsa, bunun üçün polis var, qoy həmin məmur polisə, MTN-ə müraciət etsin, hüquq müstəvisində cəza verilsin... Axı, fakt, hüquqi rəy olmadan "Təzadlar"ı niyə şər atırsınız? Mətbuat Şurasının hansı səlahiyyətində var ki, ölkədə reketçiliklə, şantajçılarla, rüşvətxorluqla, korrupsiya ilə mübarizə aparan orqandır? Doğrudanmı MŞ rəsmiləri üçün bəzi korrupsioner məmurların hüquqları çox əzizdir! Dünya dövlətləri yüz  illərdir korrupsiyanın kökünü kəsə bilmir, indi Ə.Amaşov bu işi görəcək? Mətbuatın o qədər problemi var ki! Əgər bu problemlər həll edilib sona çatdırılıbsa, bu başqa məsələ...Son olaraq, vaxtilə dostumuz və qardaşımız olmuş Ə.Amaşovun son dövrlər başlanan məhkəmələrdən həyacanını da başa düşürəm, neyləmək olar, şəxsən mən arzulamazdım və ayıblı iş sayardım ki, illərlə çörək kəsib mübarizələrdən keçdiyim bir insanla nə vaxtsa məhkəmədə görüşə bilərik.

Allah şeytana lənət eləsin! Hansı ki, həmin şeytan indi xaricdə sanatoriyada dincəlir, kef edir, Amaşovla mən isə məhkəmələrdəyik...

Səbuhi

 

 


      
Bu xəbər 232 dəfə oxunub.
Ən son Yeniliklər
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətiniyə dayandırıldı?
 Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında ölüm hadisəsi
 Adnan Hacızadənin məhkəmə prosesi təxirə salınıb
 “Şəmkirli Saşa”ya silahlı hücum etmiş “Qoca” məhkəmə qarşısında
 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
 Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb
 Baş Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat açıqlayıb
 Xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olundu
 Təhsil Nazirliyi ABU tələbələrini başqa özəl ali məktəblərə paylayacaq
 Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...
 Göyçay Prokurorluğunun baş müstəntiqinin adı bazar qalmaqalında
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 
 
Copyright © 2006 Təzadlar