TƏZADLAR

                           
"Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Mətbuat Şurasının sədri "reket" qəzetlərin rəhbərlərinə xəbərdarlıq edib ( 2010-02-04 )

Mətbuat Şurasının sədri "reket" qəzetlərin rəhbərlərinə xəbərdarlıq edib

 

"Son günlər Azərbaycan Mətbuat Şurasının açıqladığı "qara siyahı"larda yer alan bəzi qəzetlər məhkəmələrə üz tutur. Əksəriyyətinin iddiasında yüksək məbləğdə pul təzminatı və adlarının "qara siyahı"dan çıxarılması tələbi yer alır.

Mətbuat Şurasının iş prinsipləri, məqsəd və məramları cəmiyyətə kifayət qədər yaxşı bəlli olduğundan məhkəmələrin ədalətli qərar çıxaracağına inanıram". Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov "qara siyahı"dakı bəzi nəşrlərin MŞ-nı məhkəməyə verməklə yanaşı, Şuranın İdarə Heyəti üzvlərinə qarşı kampaniyaya başladıqlarını da bildirib: "Onlar İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Bizi hədələyənlər, məhkəmədə iddia qaldıranlar, demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinsiplərini qoruyurlarmış kimi imitasiya edənlər, bu yolla həqiqi simalarını pərdələməyə çalışanlar da, köhnə şakərlərini yeni adla qeydiyyatdan keçirdikləri qəzetlərdə davam etdirənlər də var. Arxalarında kimlərin, hansı məqsədlə dayandığı, hansı sifarişləri yerinə yetirdikləri yaxşı məlumdur. Qələminə və jurnalist adına hörmətlə yanaşdığımız bəzi həmkarlarımızın isə onların müsahiblərinin, rubrikalarının iştirakçısına çevrilmələri, fikirlərinin hansı tribunadan səsləndiyinin fərqinə varmamaları təəssüf və təəccüb doğurur".

MŞ-nın "reket" nəşrlərə qarşı mübarizəsini daha da gücləndirəcəyini deyən Ə.Amaşov bildirib ki, Şuranın imicinə kölgə salmaq cəhdlərinin genişlənməsi yolverilməzdir və qurum mövcud istiqamətdə qanunvericiliklə müəyyənləşdirilən bütün mümkün vasitələrdən yararlanacaq: "Mətbuat Şurası təsis edilərkən rəhbər tutduğu prinsiplərə sadiqdir. Şura media məkanımızın saflaşması, təmiz adını özünə qaytarması uğrunda mübarizədə bu söz sənətinin həqiqi daşıyıcısı olan hər bir şəxsin dəstəyinə, inam və etimadına güvənir. "Qara siyahı"da yer alan bütün KİV-ləri isə ölkənin media ailəsinin üzvü olmaq üçün peşə prinsiplərinə sadiqliyə səsləyirik. Fəaliyyətini sivil mətbu dəyərlər əsasında qurmayanlara qarşı ciddi tədbirlər görüləcək".


      
Bu xəbər 217 dəfə oxunub.
Ən son Yeniliklər
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətiniyə dayandırıldı?
 Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında ölüm hadisəsi
 Adnan Hacızadənin məhkəmə prosesi təxirə salınıb
 “Şəmkirli Saşa”ya silahlı hücum etmiş “Qoca” məhkəmə qarşısında
 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
 Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb
 Baş Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat açıqlayıb
 Xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olundu
 Təhsil Nazirliyi ABU tələbələrini başqa özəl ali məktəblərə paylayacaq
 Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...
 Göyçay Prokurorluğunun baş müstəntiqinin adı bazar qalmaqalında
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 
 
Copyright © 2006 Təzadlar