TƏZADLAR

                           
"Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Orduya qarşı təxribatların arxasında nələr dayanır? ( 2010-02-04 )

Orduya qarşı təxribatların arxasında nələr dayanır?

 

Əksər analitiklərin fikrincə, Azərbaycan dövlətinin zəiflədilməsinə qarşı regionda maraqları olan güclər müxtəlif forma və məzmunda ənənəvi metodlardan istifadə etməyə başlayıblar. İran, Əfqanıstan, Livan, Oman, Misir, Əlcəzair, Tunis, Fələstin, İraq, Suriya və digər dövlətlərdə müntəzəm şəkildə gündəmə gətirilən terrorlar və terraktların anatomiyasına diqqət yetirdikdə bu gün Azərbaycanı da həmin burulğanlara salmaq cəhdləri müşahidə olunur. Bunun əsas səbəblərindən biri də ölkəni "marginal" dövlətlər səviyyəsinə endirməkdir.

 

Halbuki Azərbaycanda insanların mentaliteti, etnokulturoloji, sosioloji və etnopsixoloji dəyərləri bu dövlətlərdən xeyli fərqlidir. Zəngin təbii sərvətlərilə yanaşı, Azərbaycan əhalisinin böyük əksəriyyəti həmin xalqlardan fəqrli olaraq yüksək savadlı, ixtisaslaşmış səviyyədədir. Müşahidələrə görə, özlərinin korporativ maraqlarına görə bəzi daxili qüvvələr də ölkənin marginallaşması yönündə bu sırada yer almaqdadırlar. Bu gün Azərbaycanı tədricən terror dalğalarının tüğyan edildiyi regionlara çevrilməsi siyasətinin ardında duran əsas strategiya isə ölkənin iqtisadi, geosiyasi müstəvidə ən riskli regionlardan birinə çevirməkdən ibarətdir. Güney Qafqazda ən güclü iqtisadi, hərbi, mədəni gücə çevrilən Azərbaycanı daxildən və xaricdən çökdürmək istəyən güclər bunun marağındadırlar.

 

Terror rəzaləti

 

Azərbaycanın illik milli gəlirlərinin artması və iqtisadi baxımdan tədricən inkişaf etməkdə olan ölkələrin sırasına daxil olması regionda əsas söz sahibi olan dövlətə çevrilməsilə müşahidə olunur. Eyni zamanda Orta Asiya-Qafqaz-Avropa üçbucağında inkişaf mərhələsinin əsas strateji hədəf seçilməsi Azərbaycanın strateji dəyərini daha da artırır. Bu yöndə üstün mövqelərə nail olmaq üçün ilk sırada regionun təhlükəsizliyi strateji hədəflərdən biri kimi qəbul edilir. Buna görə də Azərbaycan öz Milli Ordusunun güclənməsi qayğısına qalmağa borcludur. Başda Ermənistan olmaqla, bir sıra dövlətlər Azərbaycanda iqtisadi yüksəlişlə yanaşı, milli dəyərlərin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsinin təzahürlərinin də şahidinə çevriliblər. Artıq Azərbaycan dövlətçiliyinin milli və strateji gücünə dayaq olan yeni nəsil formalaşmaqdadır. Bu mənada, milli ənənələr və modern dünya anlayışlarının sintezi bir-birini tamamlayır. Prosesin yüksəlişinə qarşı xarici güclər və ölkədaxili korporotaiv maraqlara söykənən bir sıra mərkəzlər ideoloji, siyasi, ictimai, mənəvi terrorları zaman-zaman gündəmə gətirməklə Azərbaycanın inkişafına zərbələr vurmaqdadırlar.        

                                                                                                                  

1995-ci ildən bu günə qədər Azərbaycanda baş vermiş terror olaylarını diqqətlə təhlil etdikdə daxili və xarici güclərin bu yöndə apardıqları strategiyanın mahiyyətini çox asanlıqla görmək mümkündür. Bu il yanvar ayının 9-da Qazax rayonunun Qızılhacılı kəndində qəbiristanlığın naməlum şəxslər tərəfindən dağıdılması nəticəsində əhalinin orduya qarşı inamsızlığını gündəmə gətirmək istəyən gizli bir qrupun əməlləri üzə çıxdı. Yanvar ayının 28-də isə Daşkəsəndə hərbi hissədə 6 nəfər hərbçi qətlə yetirilib. Artilleriya diviziyasının komandiri polkovnik-leytenant Yusif Cumayev, diviziya komandirinin müavini kapitan Yusif Sadıqov, bölük komandiri Anar Quliyev, tağım komandirləri Elgün Səmədov və Elxan Əzizov, əsgər Sadiq Məmmədov ölüblər.

İndi bu rəzalətin üzərinə gedən güclər ölkədə siyasi, ictimai böhran yaratmaqla prosesləri daha da dərinləşdirmək taktikasını seçiblər. Baş vermiş bu müdhiş faciəni, sadəcə, ordu rəhbərliyinin əleyhinə yönlətməklə ölkənin müdafiəsinə sorumlu olan komandanlığın zəiflədilməsinə, ordu daxilində dərin çatların yaradılmasına ümid edirlər. Hər hansı bir ölkənin ordusunda psixoloji və mənəvi baxımdan belə bir prosesin yaranması artıq həmin dövlətin müdafiə qüdrətinin azalması, hərbi hissələrin dövlətin deyil, müxtəlif xarizmalara bağlı olan şəxsiyyətlərin iradəsinə keçməsinə gətirib çıxarır.

Bu yöndə incə şəkildə düşünülümüş və həyata keçirilən proyektlər uzun müddətdir Livan, Nigeriya, Somali, Sudan, Yəmən tipli ölkələrdə tətbiq olunur. ölkəni başdan-başa terror dalğalarına bürümək istəyən güclər məhz bunu istəyirlər.

Son zamanlar ölkənin güc nazirliklərinin vəhhabi, nurçu, ceyşullah, hezbollah, cundullah, riyadus-salihin və digər ekstremist qruplara qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Azərbaycanın hər qarışında terror rəzalətləri planlarının icraçısı kimi planlar hazırlayıblar. Bununla yanaşı, əsas hədəflərdən biri də dini qruplaşmalar xaricində digər planlar da başqa qüvvələr tərəfindən ortaya qoyulmaqdadır.

 

Strateji hədəf orduya yönəlib

 

Daşkəsəndə baş vermiş terror olayı ilə bağlı sanki bu rəzaləti fürsət kimi gözləyən güclər hal-hazırda neçə gündür "antiordu koalisiyası"nın ölkəni bir-birinə qatmaq təbliğatının poliqonunu yaradıblar. Bu psixoloji savaşda öncədən planlaşdırıldığı kimi əsas strateji hədəf orduya qarşı yönəldilib. Bu təbliğatın cəmiyyətin bütün qatlarına sirayət etməsini hədəf seçənlər sanki dövlətdən və ordudan intiqam almaq yarışına çıxıblar. Halbuki ordu ölkənin müdafiə qüdrətinin simvoludur. Burada mövcud olan hər bir problem, ağrı hamımızın ümumi dərdi kimi qəbul edilməlidir. Güney Qafqazla bağlı strateji araşdırma mərkəzlərinin mütəxəssislərinin fikrincə, Azərbaycan və Ermənistan 20 ildir davam edən müharibə şəraitində olsalar da, iki dövlət arasında bəzi şirkətlər, vətəndaşlar müntəzəm şəkildə biznes fəaliyyətlərini davam etdirirlər. Bununla da Ermənistan düşmüş olduğu ağır iqtisadi böhranlardan birtəhər yaxa qurtarmağa çalışır. Xüsusilə qış aylarında güclü qarın yağması və yolların buz bağlaması nəticəsində İran-Ermənistan sərhədinin bağlanmasına səbəb olur.

Məhz belə bir şəraitdən yararlanan işbazlar Azərbaycandakı şirkətlərlə ortaq biznesə üz tuturlar. Hal-hazırda Ermənistanın benzin, kerosin, dizel yanacaqları, sürtgü yağları ilə təchiz edilməsi sayəsində külli miqdarda gəlir götürən şirkətlər mövcuddur. İrəvan bunun qarşılığında Azərbaycan Ordusuna qarşı təbliğatın aparılmasını bu şirkətlərin qarşısında bir şərt kimi irəli sürüb. Azərbaycan rəsmilərinin, eləcə də Ordu rəhbərliyinin dəfələrlə etiraf etdikləri kimi, Milli Ordunun tədricən NATO standartlarına uyğunlaşdırılması prosesi inkişaf edir. Buraya yüksək hərbi intizam, döyüş təlimləri, hərbi strateji tədqiqatlar, sosial problemlərin həlli, hərbi texnikanın dünya standrtlarına uyğunlaşdırılması, hərbi təlimlər, döyüş hazırlığı və s-lər daxildir. İndi hərbi strateji təhlilçilər də etiraf edirlər ki, bu gün Azərbaycan ordusunun hərbi hazırlıq səviyyəsi ötən 15 ildən xeyli fərqlənir. Cəbhə bölgələrində yerləşən hərbi hissələrdə daha çox NATO standartlarına uyğun hazırlığı olan zabitlər xidmət edirlər. Bu proseslərin inkişafından əndişələnən güclər təbii olaraq narahat olmaqdadırlar. Orduya qarşı hər kiçicik olaydan belə yararlanaraq geniş təbliğat şəbəkəsi quran mərkəzlərin, xüsusilə "antiordu koalisiyası"nın maraqları məhz bu strategiyanın tərkib hissəsinə çevrilib.

 

KİV və Ordu münasibətlərində problemlərin səbəbləri

 

Heç də sirr deyil ki, Azərbaycanda bir sıra KİV-lər müəyyən komprador maraqları olan güclərin, eləcə də xarici dövlətlərə məxsus fondların qeyri-rəsmi maliyyə dəstəyilə fəaliyyət göstərir. öz gücünə və iradəsinə malik olan KİV-lər isə sadəcə, milli və dövlətçilik maraqlarına uyğun şəkildə ağır şərtlər daxilində mövcudluqlarını qoruya bilirlər. Bir sıra KİV-lər Daşkəsəndə yaşanan faciənın fərqinə varmadan müxtəlif "versiyalar"la psixoloji cəhətdən soyuq savaşı alovlandırırlar. Guya hərbi hissədə əsgərlər "seksual zorakılığa" məruz qalıblar. Halbuki ölən əsgər idmançı Sadiq Məmmədov idi. Onun fiziki gücü, savadı, hərbi istedadı daim komandanlıq tərəfindən yüksək dəyərləndirilibdir. Onun atası Etibar Məmmədov və eləcə də İmişli rayonunun Göbəktala kəndinin bütün sakinləri S.Məmmədovla bağlı KİV-də yayılan həqiqətə uyğun olmayan informasiyaların geniş şəkildə tirajlanmasından çox narahatdırlar. Digər əsgər Elxan Əzizov da hərbi hissədə ən nümunəvi şəxs hesab olunub. Belə ki, onun spirtli içki içməməsi, siqaret çəkməməsi, hər hansı bir dini təmayülə malik olmaması, 6 ay öncə zabit rütbəsi alması da bunu təsdiq edir. Ancaq olayları yerində araşdırmayan bir sıra KİV-lər onlara "antiordu kolasiyası" tərəfindən təlimatlandırılmış tutumda dezinformasiya yükü ilə ötürülənləri gündəmə gətirməklə yetinirlər. Bu da öz növbəsində ölkədə cərəyan edən prosesləri dərindən təhlil etmədən ordunun əleyhinə getmək birbaşa dövləti maraqlara xidmət edən bir strategiyadır. S.Məmmədovla bərabər Daşkəsəndəki hərbi hissədə ölən hərbçilərin nümunəvi xidmətə görə nüfuzlu şəxslər olmaları barədə olan bilgilərin özü olayın mahiyyətinin gizlədilməsinə xidmət edir.                     

                                                                                                    

***

Ordunun yanında durmaqla Azərbaycan dövlətçiliyinə qarşı məqsədli şəkildə aparılan soyuq müharibənin təzahürlərinin qarşısının alınmasında KİV-in çox böyük rolu ola bilər. Bu gün Türkiyədə və Azərbaycanda orduya qarşı aparılan təbliğatları diqqətlə araşdırdıqda bəlli olur ki, bu proses antitürk mərkəzlərinin, eləcə də bir sıra komprador maraqları uğrunda fəaliyyət göstərən ciddi fiqurların strategiyası çərçivəsində cızılmış xüsusi ssenarilər mövcuddur. Məhz buna görə də "orduya ictimai nəzarət", "orduya vətəndaş nəzarəti" tipli qurumlar yaratmaqla, əslində "antiordu" siyasətinin ictimailəşdirilməsi kimi proseslər dərinləşdirilir. çox təəssüflər olsun ki, bu qurumlar və KİV-lər bir sıra qrant layihələrinin tərkib hissəsinə çevrilərək gizli mətləblərin icraçısına çevrilirlər. Daşkəsəndə baş verən faciə təbii olaraq hər bir azərbaycanlının ən ağrılı yeridir. çünki Murovdağ kimi  strateji regionda bu olay baş verməməli idi. Gəncəbasar mahalı tarixən Azərbaycanın ən alovlu vətənpərvər regionu hesab olunub. İndi baş verən bu faciədən sonra regionda vətənpərvərlik duyğularının öləziməsinə hesablanmış bir hədəf gündəmə gətirilməkdədir. Amma unudulur ki, millətin genefondu, qan yaddaşı heç zaman dəyişən deyil. Azərbaycanı bu sınaqlara cəlb etmək istəyənlərə "dur!" deməyin zamanıdır.

 

Ənvər BöRüSOY,

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM) eksperti


      
Bu xəbər 229 dəfə oxunub.
Ən son Yeniliklər
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətiniyə dayandırıldı?
 Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında ölüm hadisəsi
 Adnan Hacızadənin məhkəmə prosesi təxirə salınıb
 “Şəmkirli Saşa”ya silahlı hücum etmiş “Qoca” məhkəmə qarşısında
 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
 Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayıb
 Baş Prokurorluq Sumqayıtda törədilən qətllə bağlı məlumat açıqlayıb
 Xalq şairi Zəlimxan Yaqub Türkiyədə əməliyyat olundu
 Təhsil Nazirliyi ABU tələbələrini başqa özəl ali məktəblərə paylayacaq
 Mübariz İbrahimov Azərbaycana həm də diriləri ağlamağın yolunu göstərdi...
 Göyçay Prokurorluğunun baş müstəntiqinin adı bazar qalmaqalında
 "Rusiya siyasətçiləri Azərbaycanın gücləndiyini görməyə biləcək kor deyillər"
 Ölüləri deyil, diriləri ağlamaq vaxtı...
 
 
Copyright © 2006 Təzadlar