 |
Menyular |
|
 |
Foto Albom |
|
 |
Axtarış
|
|
 |
Xəbər arxivi |
|
| « | 2010 | » |
| « | September | » |
| |
|
01 |
02 |
03 |
04 |
05 |
| 06 |
07 |
08 |
09 |
10 |
11 |
12 |
| 13 |
14 |
15 |
16 |
17 |
18 |
19 |
| 20 |
21 |
22 |
23 |
24 |
25 |
26 |
| 27 |
28 |
29 |
30 |
|
|
|
| |
|
|
|
|
|
|
|
 |
Səsvermə
|
|
 |
Redaksiya |
|
| | Redaksiya Heyəti | | Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu
|
| |
|
 |
Qan Yaddaşı |
|
 |
Linklər |
|
|
| Türkiyə XİN: Kimsə bizim Qarabağ məsələsinə qarışmağımıza etiraz edə bilməz ( 2010-02-04 ) |
Türkiyə XİN: Kimsə bizim Qarabağ məsələsinə qarışmağımıza etiraz edə bilməz Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak özügərgin Ermənistanla münasibətləri normallaşdırmağı səmimi olaraq istədiklərini bəyan edib. “Anadolu” agentliyinin yaydığı məlumata görə, B. özügərgin keçirdiyi brifinqdə Ermənistan Konstitusiya Məhkəməsinin qərarından sonra Türkiyə XİN-in verdiyi bəyanatı xatırladıb. O bildirib ki, erməni tərəfi Türkiyənin öz fikrini dəyişdiyinə dair kampaniya aparır: “Xeyr, Türkiyə fikrini dəyişməyib. Biz əvvəlki mövqeyimizdə qalırıq. Türkiyənin Ermənistan siyasətində bir problem yoxdur, Ermənistanın Türkiyə siyasətində problem var”.
B. özügərgin Türkiyə XİN-in aparat rəhbəri Firudin Sinirlioğlunun yaxın günlərdə ABŞ və İsveçrəyə gedərək Ermənistan Konstitusiya Məhkəməsinin qərarından Ankaranın duyduğu narahatlığı onlara ətraflı şərh edəcəyini açıqlayıb. O, son vaxtlar Dağlıq Qarabağ münaqişəsini həlli prosesində də müəyyən irəliləyişlər olduğunu söyləyib: “Tərəflər arasındakı müzakirələrdə az da olsa bir irəliləyiş görürük. önümüzdəki mərhələdə həll yönündə konkret addımlar atılması üçün ümid işığı var. Bizim məqsədimiz təkcə Türkiyə-Ermənistan münasibətlərində irəliləyiş əldə etmək deyil, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində də irəliləyişə zəmin hazırlamaq olub. çünki bütün çarxlar eyni anda hərəkətə gəlməsə, Qafqazda sülh və sabitlik yaranmayacaq. Bunu hər kəs bilir”.
B. özügərgin Türkiyə XİN-in aparat rəhbərinin müavini ünal çeviközün ötən cümə günü Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşərək uzun müzakirələr apardığını açıqlayıb. O, Türkiyənin Minsk Qrupunun üzvü olduğunu xatırladıb: “Bu səbəblə kimsə bizə “orada nə edirsiniz” deyə bilməz”.
Bu xəbər 165 dəfə oxunub. |
 |
|
 |
Ən son Yeniliklər
|
|
|