 Gəncə şəhərində 52 yaşlı kişi özünü öldürüb
Gəncə şəhərində 52 yaşlı kişi özünü öldürüb. Bu barədə APA-ya Gəncə şəhər Prokurorluğundan məlumat verilib. Hadisə fevralın 3-də qeydə alınıb. Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Binəli Abbasov oğluna məxsus evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bu xəbər 132 dəfə oxunub. |