Bakının bəzi rayonlarının su təchizatında problemlər yaranıb ( 2010-02-07 )
Bakının bəzi rayonlarının su təchizatında problemlər yaranıb
Qarlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra rayonlarının su ilə təchizatında problemlər yaranıb. «APA-Economics»in məlumatına görə, Bakının Nizami, Səbail rayonları, Binəqədi rayonunun bir hissəsi, həmçinin Xırdalan şəhərində içməli suyun verilməsində problemlər yaranıb. Məsələ ilə bağlı “Azərsu” ASC-dən münasibət öyrənmək mümkün olmayıb.