«Bakıeletrikşəbəkə» ASC: Paytaxtın Xətai və Nizami rayonları elektrik enerjisi ilə tam təmin edilib ( 2010-02-07 )
«Bakıeletrikşəbəkə» ASC: Paytaxtın Xətai və Nizami rayonları elektrik enerjisi ilə tam təmin edilib
Hava şəraiti ilə əlaqədar Bakının bir sıra rayonlarının enerji təchizatında yaranmış problemlər bu günün sonunadək tam həll olunacaq. Bu barədə «APA-Economics»ə «Bakıeletrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, Bakının Əzizbəyov rayonunun Buzovna və Maştağa, Sabunçu rayonunun Bakıxanov, Suraxanı rayonunun Hövsan və Qaradağ rayonun Sahil qəsəbələrində elektrik enerjisinin verilişində problemlər yaranıb: «Hazırda həmin rayonların enerji təchizatının bərpası ilə bağlı təmir işləri aparılır. Bu günün sonunadək həmin rayonların müvafiq qəsəbələri elektrik enerjisi ilə təmin ediləcək».
T.Mustafayev bildirib ki, Bakının Xətai və Nizami rayonları elektrik enerjisi tam təmin edilib və hazırda rayonlara enerjinin verilməsində problem yoxdur.