“Azərenerji”: Azərbaycanda güclü qar və külək nəticəsində sıradan çıxmış elektrik verilişi xətləri bərpa olunub ( 2010-02-07 )
“Azərenerji”: Azərbaycanda güclü qar və külək nəticəsində sıradan çıxmış elektrik verilişi xətləri bərpa olunub
Azərbaycanda iki gün davam edən güclü qar və külək nəticəsində sıradan çıxmış elektrik verilişi xətləri bərpa olunub. Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev məlumat verib.
Onun sözlərinə görə, Mingəçevir və Şirvandan Bakı, Abşeron və respublikanın digər bölgələrinə enerjinin ötürülməsi üçün şəbəkə və elektrik enerjisinin verilişi bərpa olunub: “Hazırda regionların enerji ilə təchizatındakı problem aradan qaldırılır. Bu sahədə tədbirlər davam etdirilir”.