TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


İran qədimdən çoxmillətli ölkə olub ( 2010-03-04 )

İran qədimdən çoxmillətli ölkə olub

 

Burada qədimdə farslardan əlavə, azəri-türkləri, kürd, bəluc, ərəb, türkmən, gilək və lor tayfaları da yaşayıb

 

"İran türklərinin qədim tarixi" kitabı fars dilindən tərcümə edən İntiqam Əsədovun sayca ikinci böyük tərcüməsidir. Ağdam rayonu, Mahrızlı kənd orta məktəbinin tarix müəllimi, vətən müharibəsi veteranı İntiqam Əsədovun böyük zəhməti hesabına ərsəyə gətirdiyi Məhəmməd Təqi Zəhtabinin bu tarixi mənbəsi xalqının qədimliyi ilə öyünməyə haqqı olanlar, tariximizin tədris olunduğu təhsil ocaqlarında oxuyan tələbə və dərs deyən müəllimlər tərəfindən maraqla qarşılanacaq.

 

Tarix elmi

 

Dünya məmləkətlərinin əksinə olaraq İranda tarix elminin yolu nahamar, faciəli, çox vaxt da həqiqətdən uzaq olmuşdur. İran tarixinin işlənilməsində bu cür səhv üslub Əhmənilər dövründən, xüsusilə də Sasani sülaləsinin əsasını qoyan Ərdəşir Babəkanın dövründən başlanır. Ərdəşir Babəkan İran tarixinin səhifələrindən türk sülalələrinə dair məlumatları silmək, onları yaddaşlardan yox etmək üçün öz dövrünə qədərki bütün tarixi sənədləri məhv etdirmiş və möbədan-möbədlərinin uydurduğu "milli fars" qəbilə əfsanələrini İranın həqiqi tarixinin əvəzində yerləşdirmişdir. Ərdəşirdən sonra digər sasani hökmdarları və möbidləri də bu yolu davam etdirərək İranın qədim tarixini bu cür saxtalaşdırıb möbədan-möbədlərin mənasız və uydurma dastanları ilə Sasani sülaləsinin tarixini "yaratdılar". İran tarixinə bu ciir yanaşma hətta islamiyyət dövrünün tədqiqatçılarını da çaşdırdı və onları İran tarixinin həqiqi köklərini araşdırmaqdan yayındırdı. Müasir İran indi müxtəlif tayfaların vətəni olduğu kimi, qədim İran da çoxsaylı tayfaların məskəni olmuş, o baxımdan da İran tarixinin təhrifı və saxtalaşdırılması bu diyarın hal-hazıradək mövcud olan qədim tayfalarının da tarixinin üzərinə qara ləkə salınması deməkdir. Ərdəşir tərəfindən saxtalaşdırılmış tarixə əsasən, guya onun dövrünədək İranda türk tayfalarının nə dövləti olmuş, nə də hakimiyyətdə olmuşlar. Sakin və hakim ancaq farslar olmuşlar. Baxmayaraq ki, İran müxtəlif tayfaların məskəni olmuşdur. Buna misal yüzlərcə türksoylunun şərqdən, arilərin şimaldan, cənub-qərbdən isə sami tayfalarının İran ərazisinə axaşıb gəlməsini göstərə bilərik.

Təbii ki, bu yürüş və mühacirətin davamçıları müxtəlif tayfa və qəbilələrin timsalında bu ərazidə məskunlaşdılar və kök saldılar. Bu isə yerli aborigenin tədricən dəyişməsinə və müxtəlif mədəniyyətlərin yaranmasına gətirib çıxardı. Nəticədə isə yerli tayfaların tərkibi dəyişmiş, həmin 3 tayfadan - türk, ari və sami tayfalarından formalaşmış İran xalqı təşəkkül tapmışdır. Sasani padşahları və Zərdüşt maqlarının İranın qədim tarixi barəsində mənbələri aradan götürmələrinə baxmayaraq, o dövrün tarixi Roma və yunan tədqiqatçılarının əsərlərində qorunub saxlanmışdı. Avropa xalqları Roma imperiyasının dağılmasından sonra orta əsrlərin ilk dövrlərindən milli istiqlaliyyətlərini qazandıqdan sonra öz qədim tarixlərini işləyib tərtib etdilər. Avropa xalqlarının hər biri öz keçmiş tarixlərini Roma və Yunan tarixi içərisində axtarmışlar. Məhz bu araşdırma və tədqiqatların cərəyanında onlar təbii olaraq İran və Yaxın Şərqin tarixi ilə də tanış olmuşlar. Bu baxımdan, çoxlu tədqiqat əsərləri yaranmışdır. Lakin Avropa müstəmləkəçiləri bilərəkdən irqi ayrı-seçkiliyi gücləndirmək və müstəmləkə idarəçiliyini asanlaşdırmaq məqsədilə Rza xanların "irqini" hakim və üstün tutmuş, şovinizmi təbliğ etmişlər. Belə ki, "ari irqi", böyük Rza şah, böyük Kir guya ən qədim zamanlardan İranda mövcud olmuş, türklər isə son əsrlərdən etibarən İrana gəlməyə başlamışlar. Bu təbliğatın nəticəsində ölkənin qeyri-fars tayfaları milli hüquqlarından, hətta ana dilində təhsil almaq hüququndan belə məhrum olmuş, onların ədəbi və mədəni əsərləri, abidələri bu və ya digər bəhanələrlə aradan götürülmüş, yox edilmişdir.

Həmin dövrdə Pəhləvi rejimində tərbiyə almış tarix yazarlar Avropa alimlərinin qədim İran barəsində yazdıqları əsərləri iranlı oxuculara təqdim edərkən yanlış faktlarla İranın ən qədiın sakinləri ilə Ərdəşir Babəkan arasında süni və saxta bağlılıq yaratdılar.

Tarixi faktların bu cür saxtalaşdırılması və təhrifı əyanların mənafeyinə xidmət edəm şovinizmin əsasını qoydu və onun kök atmasına imkan yaratdı. Onlar xalq qiyamçılarının və qəhrəmanlarının əleyhinə töhmət və hədyanlar söyləyərək onları gözdən salırdılar. O qəhrəmanlar ki, bu ölkədə, bu cəmiyyətin içərisində doğulub böyümüşdülər - tənqid hədəfınə çevrildilər. İranın müxtəlif tayfaları içərisindən çıxmış bu qəhrəman və şəxsiyyətlərin sayı onlarladır. Lakin əfsus ki, onlar qərəzli tarix yazarların məkrli məqsədləri ucbatından unudulmuşlar.

***

Bu "tarixçilər"in iddiasına, görə guya Azərbaycanın (Cənubi Azərbaycan nəzərdə tutulur - tərc.İ.Ə) qərbində qədim Ərtətə (Aratta), Xuzistanda elam, Luristanda Kassu, Həmədan ətrafmda quti və lullubi, A/zərbaycanda Manna qədim mədəniyyətləri yalnız arilərin gəlişindən sonra yaranmışdır. Son 60-70 il müddətində İranın qədim tarixi barəsində yazılan kitabların demək olar ki, hamısı bir-birinə bənzərdir və eyni mahiyyət daşıyır. Yəni İranın qədim tayfaları barəsində heç nə yazılmamış və ya yazılmışsa da təhrif olunmuş, həqiqətdən çox uzaq olmuşdur. Bu cür nadürüst tarix yazarlar imperialist mənbələri və Pəhləvi rejiminə köklənərək həmin tayfa və xalqların, ümumilikdə isə ölkənin elm və mədəniyyətinin inkişafı və tərəqqisinə mane olmuşlar. Yeri gəlmişkən qeyd edək ki, kommunist ideologiyasının təsiri altında bir çox sovet tarixçiləri də İranın qədim və müasir tarixi barəsində düzgün olmayan şərhlər vermişlər. O nəzəriyyələrdən biri "Qədim dövrlərdən bu günədək İranın tarixi" kitabının 20-ci səhifəsində sovet tarixçiləri tərəfındən şərh edilmişdir. Burada göstərilir ki, guya İranda Əhmənilər dövründən Sasanilər hakimiyyətinin əvvəllərinədək darilər qanuni hakimiyyətə malik olmuşlar. Tamamilə həqiqətdən kənar fıkirdir. Yenə həmin kitabın 20-ci səhifəsində göstərilir ki, İran Məşrutə İnqilabı öz qidasını Rusiyadakı 1905-ci il inqilabından götürmüşdür. Amma tarixi hadisələrin dəqiq və hərtərəfli araşdırılması göstərir ki, İranda Məşrutə İnqilabı öz mayasını Osmanlı imperiyasında 19-cu əsrin ikinci yarısında başlanmış "Tənzimat" hərəkatından götürmüş, Rusiyada 1905-ci il inqilabı isə İranda Məşrutə inqilabının təsiri ilə başlanmışdır. Bu təbiidir, çünki coğrafi-ictimai və intibah mədəniyyətinin yayılması baxımından, bütün bunlara əlavə vahid dil nöqteyi-nəzərindən Osmanlı imperiyası İrana, xüsusilə də hadisələrin coşqun dövrünü özündə yaşadan Azərbaycana daha çox yaxındır, nəinki Rusiya, Hətta Məşrutə inqilabının məğlubiyyəti və geri çəkilməsindən sonra da inqilab fədailərinin fəaliyyətlərini davam etdirmək üçün pənah apardıqları ölkə də İstanbul olmuşdur, Moskva, yaxud Petroqrad yox. Ruslar uzun müddət (200 ildən çox) türksoylu Qızıl Orda dövlətinin tabeliyi altında olmuş və türklər tərəfındən rus knyazlarına verilən ləqəblərlə fəxr etmişlər. Mədəni inkişaf nöqteyi-nəzərindən xeyli geri olan ruslar bir çox yüzilliklər boyu müxtəlif türk tayfalarından mədəniyyət nümunələri əxz etmişlər. Amma çox təəssüf ki, türklərlə olan bütün bu mədəni-iqtisadi əlaqələr Oktyabr çevrilişindən sonra sovet tarixçiləri tərəfındən qəsdən təhrif olunmuş və unutdulmuşdur. Allaha şükür ki, bu gün həm də İran tarixçilərinin üzündən şovinizm və qərəz pərdəsi götürülmüşdür. Artıq indi məlum olmuşdur ki, onlar qədim türklərin və qədim İranın tarixi barəsində nə qədər təhriflərə yol vermişlər. Keçmiş sovet rejimi dağıldıqdan sonra tarix yazarlar həqiqəti etiraf etməyə başlamışlar.

***

İran türk dillərinin, xüsusilə də azəri-türklərinin əsrlər boyu məskunlaşdığı coğrafı məntəqələr barəsində təsəvvür yaradarkən hər şeydən əvvəl, Məhəmməd Rza Şəarın 1326 şəmsi ilində yazdığı "Azərbaycan dili haqqında" kitabına nəzər salmaq lazımdır. özü türk və Təbriz əhli olan Ağayi Məhəmməd Şəarın bu kitabı İran türklərinin sayı və məskunlaşdığı ərazilər barəsində mükəmməl məlumat verən ilkin mənbə hesab olunur. O, yazır: "Cahillikdən kənar, ağıl və təmiz qəlblə qəbul etmək lazımdır ki, islamdan sonra bugünədək İrandakı sülalələr - Tahirilər, Səffarilər, Samanilər, Qəznəvilər, Qurilər, Qarakitaylar, Buyilər, Xarəzmşahlar, çingizlər, Hülakilər, Teymurilər, Fars və Azərbaycan Atabəyləri, Qaraqoyunlar, Ağqoyunlar, Kirman Atabəyləri, Səfəvilər, Əfşarlar, Zəndlər, Qacarlar və Pəhləvilərin bir neçəsini çıxmaq şərtilə qalanlan hamısı türkdilli olmuşlar. İndi İran əhalisinin təqribən 22 milyonunu, yəni 1 hissəsini türkdillilər təşkil edirlər. Əsrin əvvəlindən başlamış islamdan sonrakı dövrdən ta indiyədək türk ünsürlərinin ictimai, siyasi və mədəni həyatda təsiri o dərəcədə böyükdür ki, ölkənin bütün ərazilərində əhali arasında türkcə danışıq və söhbətlər eşidilir, hətta bəzi rəsmi və dini yazıların da tərcüməsi və anlamı moğol, cığatay, tatar və osmanlı türkcəsində verilir. Bəzən türk kəlmələrini Tehran, Şiraz ləhcələrində də eşidirik ki, Azərbaycanda bu kəlmə və sözlər hələ işlənməyib. Beləliklə, bu dil iranlıların ləhcələrinə o dərəcədə daxil olmuşdur ki, Azərbaycana məxsusluğu hətta unudulmuşdur. Mötəbər qədim

***

Kitablar - xüsusilə VII əsrdən bəri İran alimləri tərəfindən işlənilmiş Nadirin dövrü; "Aləm-arayi Abbasi", "Təcziyətül əmsar və Təcziyətül əsar" (Ərəbcə ölkələrin və dövrlərin təhlili - tərc. İ.Ə.), "Ruzətis-səfa (orucluğun səfası)", "Nasex ət-təvarix (tarixləri köçürən)" və yüzlərlə buna bənzər elmi, ədəbi, tarixi və sözlük kitabları türk dilində olmuşlar ki, bu da bu gün dediklərimizə bir daha sübutdur". (Şəar Məhəmməd Rza: "Azərbaycan dili haqqında". səh. 39-40). Müəllif fars mətnlərində istifadə edilmiş təmiz türk sözlərini oxuculara təqdim edir, sözünə davam edərək türkdillilərin yaşayış məntəqələri barədə fars mətnlərində aşağıdakılan göstərir:

"...İranın daha abad və əhalisi sıx ostanlarından olan Şərqi və Qərbi Azərbaycanda və əvvəllər Gürgan çölündəki Gümüştəpə, Günbəd Qabus, İmçəli, Hacılar, Ramiyan və Xəmsə adlanan 5 şəhərin - Zəncan, Əbhər, Xürrəmdərə, Tarım və Aşağı Məşruhə şəhərlərinin əhalisinin adi danışıq dili türk dilidir və s."

Qədimdə İran ərazisində farslardan əlavə, azəri-türkləri, kürd, bəluc, ərəb, türkmən, gilək və lor tayfaları da yaşamışlar. Yəni İran qədimdən çoxmillətli olmuşdur.

 

E.ŞİRİNOV


      
Bu xəbər 212 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar