 Goranboyda fermerlə məmurların torpaq davası çoban Akif Rzayev: "Mənə məxsus olan 300 hektara yaxın yararlı torpağımı və tikili yatağımı Torpaq Komitəsində işləyən Lütfü Məhərrəmovun göstərişi ilə onun yaxın qohumunun dostuna - heç bir qeydiyyatda olmayan Məhərrəm Vəliyev adlı bir şəxsə külli məbləğdə pula satıblar" Respublika üzrə Daşkəsən rayonunda ilk fermer yaratmış, YAP üzvü, 63 yaşlı çoban Rzayev Akif Nağı oğlunun redaksiyamıza Azərbaycan Respublikasının Prezidenti İlham Əlivevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya, Torpaq Komitəsinin sədri Qərib Məmmədova və Goranboy RİH başçısı Nizaməddin Quliyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir: "Hörmətli sənab Prezident! Hörmətli Mehriban xanım Əliyeva! Hörmətli sədr Qərib Məmmədov! Hörmətli RİH başçısı Nizaməddin Quliyev! Məlumat üçün bildirim ki, mən respublikanın Daşkəsən rayonunda ilk fermer kimi 1992-ci ildən qışlağım Goranboy rayonunda, yaylağım Daşkəsən rayonunda 1 nömrəli Pirsultan yaylağı olmuş, hazırda həmin ərazilər başçılıq etdiyim fermer təsərrüfatına məxsusdur. Həmin ərazilər fermer yaranarkən ümummilli lider, mərhum prezident Heydər Əliyevin şəxsi göstərişi ilə verilmişdir. Bütün Goranboy əhli bilir ki, Ağa Əkbərov kimilər mənim başıma nə bəlalar gətirmiş, dəfələrlə ölümümə fərman versə də, mərhum H.Əliyevin fermerlərə və şəxsən mənə göstərdiyi qayğıdan sonra heç kim müdaxilə etməmiş, bütün təminatlarım dövlət səviyyəsində ödənilmişdir. Ancaq iki-üç ildir ki, torpaqlar dövlət tərəfindən ərazi baxımına görə Goranboy rayonuna verildikdən sonra torpaq alverçisinə çevrilən bir qrup məmurun şəxsi maraqları ucbatından təzyiqlərə, təhqirlərə məruz qalmışıq. Belə ki, həmin dövlət məmurları uzun illər istifadəmdə olan, mənə ınəxsus olan yataqları, torpaqları zorakılıqla, aldatma yolu ılə qanunsuz sənədləşdirərək, "yuxarının göstərişidir" adı ilə yüksək qiymətə satmışlar. Mənimsə gözümdən pərdə asaraq, mənlə ınüqavilə bağlanarkən lazım olmayan torpaqları - ot bitməyən yararsız dağları, uçurum qayaları 8-9 yüz hektar adıma yazıb xəritə çəkmişlər ki, səsimi çıxarmayım. Mənə məxsus olan 300 hektara yaxın yararlı torpağımı və tikili yatağımı Torpaq Komitəsində işləyən Lütfü Məhərrəmovun göstərişi ilə onun yaxın qohumunun dostuna - onunla şərik heyvan saxlayan, heç bir qeydiyyatda olmayan Məhərrəm Vəliyev adlı bir şəxsə külli məbləğdə pula satıblar. *** Əgər şikayətim araşdırılarsa əsaslarım kifayyət qadərdir. Müraciət etməkdə məqsədim odur ki, açıq yaza bilmirəm, Ziyad Əhmədov Lütfü Məhərrəmovun göstərişi ilə dünyada misli görünməyən qanunsuzluq edərək Prezident sərəncamlarına, dövlət qanunlarına məhəl qoymadan, rayon rəhbərlərinin məni aldadaraq xəritə çəkərkən razılaşdırılmış yerdən yox, yatağımın yaxınından çəkərək mənə məxsus torpağı öz tamahı və şəxsi marağı ucbatından aldığı külli məbləğdə pula vermişdir. Rayon rəhbərliyi həmin əraziyə yenidən baxış keçirmiş, Ziyad Əhmədovun onları və keçmiş başçını aldatması məlum olmuşdur. Sonradan guya sərəncam ləğv olunması barədə mənə nıəktub vermişlər ki, həmin sərəncam ləğv olunmuşdur. Hansı ki Məhərrəm Vəliyev pulla aldığı sənədlər, sərəncamlar onun əlindədir. İki ildir həmin sənədləri ondan ala bilmirdilər. Onu çağıran kimi o da verdiyi pulu tələb edir. Ona görə də getdikcə münaqişə genişlənir. ölüm, öldürüm davasına çıxılır. O deyir, yer mənimdir,. sənədim var. Mən dcyirəm, sənədin ləğv olunub və s. Ermənistan işğalçı dövlət kimi bütün dünyanın nifrətini qazanmışdır. ölkədə dünya tarixində misli görünməyən haqsızlıq, zorakılıq edən insanların talehini düşünməyən, prezident fərmanlarına, ölkə qanunlarına məhəl qoymayan, Allahını, imanını yaddan çıxaran, vəzifə taparkən xalqa qənim kəsilən Lütfü Məhərrəmov, Ziyat Əhmədov kimi vəzifə sahiblərinə nə ad vermək olar? Axı mənə edilmiş haqsızlıq, zorakarlıq öz vətənimdə erməni işğalından daha betərdir. Hörmətli cənablar! Sizlərdən xahişim odur ki, işğal olunmuş torpağımı və tikili yatağımın qaytarılmasına ədalət naminə haqq əlinizi uzadasınız". Müraciətdə toxunulan məsələlərə aydınlıq gətirmək məqsədilə onun dərcini bir həftə ləngidib qarşı tərəfin də münasibətini öyrənmək üçün edilən cəhdlərimiz alınmadı. Odur ki, qarşı tərəfin də münasibətinə hörmətlə yanaşıb, dərc etməyə hazırıq. E.ŞİRİNOV
Bu xəbər 161 dəfə oxunub. |