 Hakimdən erməniləri sevindirən qərar Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın sədrliyi ilə keçirilən prosesdə belə bir hadisə baş verib Bu günlərdə vətəndaş Zahidə İsmayılova ilə Rəna Saakyan arasında mülki mübahisəyə baxılmışdır və hakim təəssüflər olsun ki, erməniləri sevindirən qərar çıxarmışdır... Bəlkə də belə davam etsə, bir gün ermənilərin Bakıdakı mülkləri olmuş əmlaklarının məhkəmələr vasitəsi ilə ələ keçirilməsinə təəccüblənməyəcəyik. özü də bilə-bilə ki, Qarabağda, İrəvanda milyardlarla manatlıq əmlakımız məhkəməsiz-filansız ermənilərin əlinə keçib... İndi həmin ermənilərin qohumları Bakıda boğazımıza keçiblər, əmlak davasına çıxıblar. Ən pisi də budur ki, bu yersiz dava məhkəmə müstəvisində aparılır və təəssüf ki, əleyhimizə işləyir... Bəzən hakimlər bunu insan haqlarının tərkib hissəsi kimi qəbul edib sonradan Avropa Məhkəməsində başımıza cəncəl açılmaması ilə izah edirlər. Amma həm də nəzərə almaq lazımdır ki, niyə həmin Avropa Məhkəməsi 1988-ci ilə kimi İrəvanda yaşamış soydaşlarımızın əmlakları barədə də oxşar düşüncədə və qərarda israrlı deyil? *** ...Nə isə. Azərbaycan oxucularına bir vaxtlar dərc edilmiş materiallardan Rəna Axundovanın(Saakyanın) kimliyi bəllidir. Hörmətli oxucularımıza bir daha xatırlatmaq istəyirəm ki, Rəna Axundova(Saakyan) son 10 ildə Azərbaycanın Kütləvi İnformasiya Vasitələrində adı kifayət qədər hallanan bir insandır. O, bir çox səsli-küylü qalmaqallarda adı hallanan (gələcək saylarımızda adlarını açıqlayacağımız müxtəlif vəzifə sahibləri ilə), vaxtilə çox yaxın münasibətdə olub, həm də qeyri-qanuni yollarla sənədlərini saxtalaşdıraraq özünü Axundova Rəna Kamalovna kimi qələmə verən Bakı ermənisidir. Hətta elə "Təzadlar"ın ötən saylarında Rəna Saakyan özü bunu fəxrlə etiraf da edib. Onu da deyim ki, Daxili İşlər Nazirliyinin Baş Təhqiqat İdarəsinin əməliyyatçıları tərəfindən toplanmış materiallar üzrə istintaqda çətin duruma düşəcəyindən qorxan və bu materiallar əsasında Respublika Baş Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2, 322 maddələri ilə ona qarşı açılan 699/08 saylı cinayət işinin istintaqından canını qurtarmaq istəyən R.Axundova bir günün içində xaricə qaça bilmişdir. Bakıda mülk davası? ...Rəna Axundova hələ 2001-ci ildə Bakı şəhərinin Nizami rayonunda Zahidə İsmayılovanın atasından miras qalan ticarət obyektinin birinci mərtəbəsindəki 223 kv.m. sahəni ələ keçirmiş və hətta mülkiyyət şəhadətnaməsi də əldə etməyə nail olmuşdur. Sabiq Bakı Merinin müavini Eldəniz Lahıcovun cinayət işi ilə əlaqədar adı məhkəmə hallandırıldığından təşvişə düşüb 2005-ci ilə qədər xaricdə yaşayan R.Saakyan yenidən Bakıya dönmüş və əlaltılarının köməyi ilə Zahidə İsmayılovanın tisarət obyektinin yerdə qalan hissəsini və mağazada olan bütün avadanlığı da zor tətbiq edərək qanunsuz ələ keçirmişdir. Ali Məhkəmə erməninin iddiasını rədd edir, amma... 2005-ci ilə qədər ələ keçirilən bu ticarət obyektinin fəaliyyətindən tamamilə uzaq olan, özünü yalnız qanunsuz yolla əldə etdiyi mülkiyyət şəhadətnaməsi ilə mülkiyyətçi sayan R. Saakyan 2005-ci ildən 2008-ci ilədək 35 ay (!) ərzində Z.İsmayılovaya məxsus ticarət obyektinin 350 kv.m anbarını, birinci mərtəbədə əlavə olaraq 120 kv.m., ikinci mərtəbədə isə 850 kv.m sahələrini və mağazaya məxsus olan bütün avadanlığı qanunsuz istismar etməklə küllü miqdarda pul qazanmışdır. Bütün bu haqsızlıqları kənardan izləyən biçarə Zahidə İsmayılova isə 3 il ərzində müxtəlif məhkəmə instansiyalarına müraciət edərək öz haqqını tələb edir və nəhayət ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bütün bu 3 il ərzində əldən verilmiş sahələr yenidən Zahidə İsmayılovaya geri qaytarılır. Lakin hələ də Z.İsmayılovanın atasından min bir əziyyətlə alıb gətirərək mağazada quraşdırdığı şəxsi avadanlıqlar isə R.Saakyanın əlində qalır... R.Saakyanın istifadəsində qalan halal əmlakını və 3 il ərzində itirilmiş qazancını tələb edən Z.İsmayılovanın haqlı iddialarını Nizami rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi də təmin edib və R.Saakyanın ticarət obyektinin bütün vəsaitlərini və avadanlıqlarını geri qaytarması, vurulmuş ziyanı isə Z.İsmayılovaya ödəməsi barədə Qətnamə çıxarılır. Lakin deyir, sən saydığını say, gör havadarlar nə sayır...Bütün bu qərarlara, Qətnamələrə məhəl qoymayan R.Axundova hələ vaxtilə Bakıda yaşayarkən Ali Məhkəmənin hakimlərindən biri ilə əlaqəsindən yararlanmaq istəyir... İş o yerə çatır ki, o, hakim Nigar Rəsulbəyovanı yəqinki köhnə münasibətləri müstəvisində çox şeylərə inandırır və nəhayət, 2008-ci ilin may ayında hətta bu münasibətlərin "xeyrini" də görür. çünki hakim Nigar Rəsulbəyova bu tarixdə R.Saakyanın xahişini yerinə yetirərək, onun xeyrinə hərəkət edir, yəni hüquqşünasların dili ilə desək, Zahidə İsmayılova ilə R.Saakyan arasındakı məhkəmə işini baxışdan çıxarır. *** Bu da nəticə: bu günlərdə isə Ali Məhkəmədə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə Zahidə İsmayılova və R. Saakyan arasındakı mübahisəyə baxılmışdır. Hakim Z.İsmayılovanın vəkilinin əsaslı amillərə və faktlara istinad edərək Ali Məhkəməyə onun bu işə baxılmasından kənarlaşdırılması barədə rəsmi etirazına məhəl qoymayaraq, işi özü aparmış və Rəna Saakyanın xeyrinə qərarını elan etmişdir. Görünür, R.Saakyan elə bir "arqumentlər"lə hakimi inandırıb ki, hakim də Azərbaycan Respublikası Ali Məhkəməsinin Zahidə İsmayılovanın 3 dəfə iddiasını təmin etməsinə baxmayaraq, qanunlarımızı, haqqı və ədaləti erməniliyə qurban verərək ədalətsiz qərar çıxarmışdır. Sual oluna bilər ki, bəlkə hakim "Rəna Axundova"- nın erməni olmasından, onun qanunsuz yolla vətəndaşlarımızın obyektlərini, əmlakını mənimsəməsindən, ona qarşı Azərbaycan Respublikası Baş Prokurorluğunda 699/08 saylı cinayət işinin açılmasından, Saakyanın artıq bir neçə aydır ki, istintaqdan yayınıb xaricdə qalmasından bixəbər imiş? Amma o da var ki, hakimin sədrliyi ilə baxılan bu işin materiallarında yuxarıda sadaladığımız dəlillərin və faktların hamısı mövcud olmuşdur. Bu gün Vətənimizin ermənilərlə müharibə vəziyyətində yaşadığı bir dövrdə Saakyan və onun havadarlarının Azərbaycan qadınının ticarət obyektinin böyük bir hissəsini qanunsuz yolla ələ keçirib başqasına icarəyə vermələrinə və vətəndaşlarımızdan yığılmış bu pulların erməninin firavan yaşamasından ötrü xaricə göndərmələrinə nə ad vermək olar? *** Bir sözlə, hakim məlum qərarı ilə daha bir keçmiş bakılı erməni R.Saakyanı sevindirib. Niyə də sevindirməsin, axı fevralın 25-də Rəna xanımın 50 yaşı tamam olurdu və Xocalının işğal gününə təsadüf edilən həmin gün o, xaricdə yubileyini təntənəli qeyd etməyində idi... Hər halda, məhkəmə çəkişməsi hələki bitməyib və inanırıq ki, gec-tez ədalət bərpa olunacaq. Məhsun QƏdirov
Bu xəbər 183 dəfə oxunub. |