TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Aşkarlanan saxta mallar satışa buraxılır ( 2010-03-04 )

Aşkarlanan saxta mallar satışa buraxılır

 

Ekspertlər bu barədə məlumatalara malik olduğunu deyir

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti demək olar ki, hər gün ticarət obyektlərində monitorinqlər aparır. Hər dəfə də külli miqdarda saxta mal aşkarlanır. Maraqlı olan odur ki, yoxlamaların miqyası, sahibkarlara tətbiq olunan inzibati cərimələrin məbləği artdıqca, aşkar olunan saxta məhsulların həcmi də çoxalır.

 

İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatlarda dəfələrlə təkrarlanıb ki, eyni mağazada bir neçə dəfə ardıcıl monitorinq keçirilib, hər dəfə də saxta mal aşkarlanıb. Xarici ölkələrdə belə bir təcrübə var ki, istehsal və ya idxal olunan məhsul yerində aidiyyəti qurumlar tərəfindən ciddi yoxlanılaraq, satışa buraxılır. Bu təcrübənin Azərbaycanda tətbiqi mümkün deyilmi?

Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Zahid İsayevin sözlərinə görə rəhbərlik etdiyi qurum əsasən istehlakçıların təmas olduğu bazar və ticarət obyektlərində monitorinq keçirmək səlahiyyətinə malikdir: "Bu səlahiyyətdən çıxış edərək satışa buraxılan məhsulların istifadə müddətinə, keyfiyyətinə, sertifikatlaşma sənədlərinin olub-olmamasına nəzarət funksiyası həyata keçirilir. İstehsal müəssisələrində monitorinq keçirmək səlahiyəti başqa dövlət qurumlarının funksiyalarına daxildir".

Xidmət rəisi keçirilən monitorinqlərin müsbət nəticə vermədiyi fikirlərilə razılaşmır: "Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb. Biz bir dəfə monitorinq aparmaqla işi bitmiş hesab etmirik. Təkrar yoxlamalar zamanı əvvəl keyfiyyətsiz mal satılan obyektlərə təkrar nəzarət tədbiri aparılır və əksəriyyətində verilən tapşırıqların yerinə yetirildiyi məlum olur, həmin obyektlərdə çox vaxt saxta mal tapılmır". Xidmət rəis əvəzi Azərbaycanda yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyini öyrənmək üçün müasir laboratoriya yaradıldığını, yüksək dəqiqliklə işləyən bu aparatlar vasitəsi ilə yeyinti məhsullarının bakteriyaların nəinki həcmini, hətta sayını da müəyyənləşdirməyin mümkün olacağını bildirdi: " İqtisadi İnkişaf Nazirliyinin laboratoriyasında Amerika, Almaniya və Yapon firmalarının ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu isə demək olar ki, bütün ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir. Bu nöqteyi-nəzərdən satışa çıxarılan saxta məhsulun həcmini minimuma endirmək mümkün olacaq".

***

Qeyd edək ki, mövcud qanunvericilikdə istehsal müəssisələrində monitorinq aparmaq səlahiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilib. Qurumun nəzarət tədbirləri haqda məlumat verən komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, komitənin mütəxəssisləri ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədilə 22 müəssisədə monitorinq aparıblar: "Aparılmış monitorinq nəticəsində kolbasa və sosiska məmulatları, tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan, qızardılmış çörək tikələri (suxarı) istehsal edən bu müəssisələrdə normativ sənədlərin tələblərinə cavab verməyən, sertifikatsız məhsulların istehsal olunduğu, istehsalda istifadə olunan ölçmə vasitələrinin dövlət yoxlamasından keçirilmədiyi aşkarlanıb. Bəzi müəssisələrdə məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda məhsulun üzərində 6 ay göstərilməsi aşkar olunan nöqsanlara aiddir".

 

"Ticarətdə çalışanların 70 faizinin savadı yoxdur"

 

Aidiyyəti dövlət qurumları tərəfindən aparılan yoxlamaların saxta məhsulların bazardan tam yığışdırılması üçün yetərli olmadığını bildirən Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, əvvəlcə aydınlıq gətirmək lazımdır ki, həmin dövlət qurumların aşkarladığı saxta mallar nədən ibarətdir: "Onların yaydığı məlumatdan da göründüyü kimi əksəriyyəti vaxtı ötmüş, sənədləri olmayan məhsullardır. Gizli sexdə istehsal olunan, mənşəyi bəlli olmayan və xaricdən qanunsuz yolla gətirilən məhsullar çox vaxt monitorinqlərin hədəfinə heç rast gəlmir. Amma satışda bu malların miqdarı daha çoxdur".

Ekspert hazırda topdan və pərakəndə satış obyektlərində satılan malların böyük əksəriyyətinin hesab fakturasının olmamasını da yol verilən qanun pozuntusu kimi xarakterizə edir: "Söhbət həmin malın haradan, necə, nə vaxt, kimdən alınmasını əks etdirən sənədlərdən gedir. Ola bilər ki, monitorinq zamanı tapılan malın keyfiyyətində problem yoxdur. Ancaq onun harada, kim tərəfindən istehsalı məlum deyil. Saxta malın mağazalardan tam yığışdırılmasının yolu malın hesab fakturasının tələb olunmasıdır. Xüsusən də idxal olunan malların əksəriyyətinin sənədi yoxdur. Hansıki onlar qaçaqmalçılıq yolu ilə gətirilən məhsullardır. Elə mallar var ki, qeydiyyata alınmır. Qeydiyyata alınan mallar da ümumi şəkildə adları və çəkisi ilə göstərilmir. Elə yerli mallar da var ki, istehsal olunduğu müəssisə heç bir yerdə qeydiyyata düşməyib".

S.Rəhmanov eyni zamanda ticarət fəaliyyəti ilə məşğul olanların maariflənməyə də böyük ehtiyacı olduğunu söylədi: "Ticarətdə çalışanların 70 faizinin ticarət savadları yoxdur, ticarət nədir bilmirlər. Yerindən duran ticrətlə məşğul olur".

***

İqtisadçı millət vəkili Vahid Əhmədov isə daxili bazarın saxta məhsullardan müdafiəsinin səmərəli mexanizmlərə əsaslanmalı olduğunu deyir: "Daxili bazarın müdafiəsi əsasən tarif və qeyri-tarif məhdudiyyətlərini əhatə edir. Bu normalar qanunvericilik qaydasında xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin hüququ əsasını formalaşdırmalıdır. Ayrı-ayrı məhsul növlərinə münasibətdə tənzimlənmə, müdafiə tədbirləri kimi nəzərdə tutulmalıdır. Məsələn, ixrac və idxalın kəmiyyət məhdudiyyətləri, ixrac və idxala dövlət inhisarı, idxalın məhdudlaşdırılması və ya qadağan edilməsi, idxala texniki, ekoloji, keyfiyyət və başqa tələblər, nəzarət və sair həyata keçirilməlidir. Nəzərdə tutulur ki, yerli istehsal və yerli istehlak həcmləri nəzərə alınmaqla, xarici mənşəli məhsulların daxili bazara daxilolma imkanları, həcmləri, çeşidləri, zəruri hallarda isə müddətləri tənzimlənməli, reqlamentləşdirilməli, nəticə etibarı ilə yerli məhsulların üstün rəqabət imkanları, idxalı əvəzləyən sahələrin inkişafı təmin edilməlidir. Bu tədbirlər müddətli xarakter daşımalı, konkret sahə üçün digər stimullaşdırıcı amillər də kompleks təşkil etməklə, nəticədə real inkişaf impulsu rolunu oynamalıdır. Bunları görməklə saxta məhsulların qarşısını almaq olar".

 

Elmidar


      
Bu xəbər 128 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar