TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Türk dünyasının böyük itkisi ( 2010-03-04 )

Türk dünyasının böyük itkisi

 

Türkiyənin dahi şəxsiyyətlərindən biri məşhur maarifçi və islahatçı, elm və təhsil təşkilatçısı, ictimai və siyasi xadim, böyük xeyriyyəçi Professor İhsan Doğramaçı fevralın 25-də 95 yaşında dünyasını dəyişdi. İxtisasca həkim olan İ. Doğramaçı bütün dünyada tanınan bir şəxsiyyət idi. Onun Türkiyədə və digər ölkələrdə gördüyü işləri sadalamaqla qurtarmaq olmaz. O, Yüksək öyrətim Kuralının (YöK) yaradıcısı olmaqla Türkiyədə ali təhsil sistemində islahatlar aparmış və Avropa təhsil modeli əsasında Ankarada ilk özəl universitet olan məşhur Bilkənt Universitetini yaratmışdır.

 

Əslən İrak türkmanlarından olan Prof. İ.Doğramaçı 1915-ci ildə Ərbildə doğulmuş, Osmanlı İmperatorluğunun çökdüyü zaman ailəsi ilə birlikdə Türkiyəyə köçmüşdür. İstanbul Universitetinin Tibb Fakültəsini və Amerikanın Harvard Universitetini bitirmişdir. O, ABŞ-ın, Fransanın, İngiltərənin, Türkiyənin müxtəlif universitetlərinin professoru kimi çalışmışdır. Onun ictimai-siyasi fəaliyyəti, təhsildə apardığı islahatlar və gördüyü xeyriyyə işləri Türkiyənin və digər ölkələrin dövlət başçıları tərəfindən hər zaman yüksək qiymətləndirilmiş və ona xüsusi münasibət göstərilmişdir.

***

1995-ci ildə İhsan Doğramaçı Azərbaycandan 15 nəfər ali məktəb əməkdaşlarından ibarət qrupu Bilkənt Universitetinə dəvət etmiş, onların bu və digər universitetlərlə tanış olmalarına geniş imkan yaratmışdır. Həmin vaxt mən də bu qrupun tərkibində Ankarada Bilkənt Universitetində 40 gün elmi-təcrübi ezamiyyətdə Prof. İ. Doğramaçı ilə yaxın təmasda olmuşam. O, bizi bir gün öz evinə- villasına dəvət etdi, bizimlə yaxından tanış oldu, xeyli söhbət etdi. Eyni vaxtda o, Kərkükdən və Ərbildən də 20-30 müəllimi, vəkilləri, həkimləri, ziyalıları dəvət etmişdi. Onlar da bizimlə eyni hoteldə yaşayır, eyni vaxtda universitetdə təcrübə mübadiləsi keçirdilər. İ.Doğramaçı bizə dedi ki, Kərkük türkmanları ilə sizi bir vaxtda dəvət etməyimin səbəbi odur ki, sizlərlə İrak türkmanlarının eyni kökdən olduğunuzu özünüz əyani görəsiniz. Biz ona Azərbaycan Texniki Universitetinin adından bəzi hədiyyələr təqdim etdik. O, hədiyyəyə görə bizə təşəkkür edib dedi: "Bəs mənə Azərbaycandan Bülbülün kasetini niyə gətirməmisiniz?" Sonra o, Füzulinin bir neçə qəzəlini əzbər dedi, bizdən Azərbaycan türkcəsi ilə danışmağımızı və şer deməyimizi xahiş etdi. Mən Füzulinin "Məni candan usandırdı..." qəzəlini dedim və bacardığım qədər şərh etdim, onun çox xoşuna gəldi. üzünü məclisdə iştirak edən Bilkənt Universitetinin rəhbərlərinə və əməkdaşlarına tutub dedi: "Azərbaycan türkcəsi ən təmiz türk dilidir, siz onlardan düzgün danışmağı öyrənin".

***

Həmin görüşdə o, 7-8 xariji dildə, o jümlədən ərəb, ingilis, fransız, rus, fars və s. dillərdə sərbəst danışdığını və müxtəlif türk ləhcələrini araşdırdığını dedi. O, keçən əsrin 60-cı illərində Moskvada elmi konfransda rus dilində çıxış etdib, orada özbəkistandan, Türkmənistandan, Qazaxstandan, Azəraycandan olan alimlərlə öz ləhcələrində danışarkən bir Yunanıstanlı alim ondan bu insanlarla hansı dildə danışdığını soruşub. O isə cavabında deyib: "Mən bu insanlarla türk dilində danışırdım, bilin ki, türklər təkcə Türkiyədə yaşayan 65 milyon insandan (keçən əsrin 60-cı illəri nəzərdə tutulur) ibarət deyil, biz türklərin sayı dünyada 200 milyondan çoxdur".

İhsan Doğramaçı deyirdi: "Mən Füzuli nəslindənəm". Onun bütün fəaliyyəti bu fikri sübut edir. Dünyanın bir çox yerlərində xeyriyyəçilik işləri ilə məşğul olan İ. Doğramaçının Azərbaycana xüsusi münasibəti var idi. O, bizə həm Əbülfəz Elçibəylə, həm də Heydər Əliyevlə çox yaxın, isti münasibətlərinin olduğunu demişdi.

İhsan Doğramaçı dahi şəxsiyyət olması ilə bərabər, çox sadə, səmimi və zarafatcıl bir insan idi. Onun qeyd etdiyim görüş zamanı öz əməkdaşlarına bizim keçmiş rus təbəəsi olduğumuzu deyib, bizə "vodka" gətirilmələrini tələb etməsinin hamının xoş təbəssümünə səbəb olduğunu xatırlayıram...

***

 Biz Bakıya qayıdarkən o bizə- Azərbaycan Texniki Universitetinə 3 kompüter bağışladı (bu o dövr üçün qiymətli hədiyyə idi).

Qeyd etməliyəm ki, Azəraycanda da İ.Doğramaçıya həmişə doğma münasibət olmuşdur. Onun 85 illik yubileyi Bakıda dövlət səviyyəsində qeyd edilmişdi. Bilkənt Universitetinin rektoru prof. Əli Doğramaçı (İ. Doğramaçının oğlu) Azərbaycan Texniki Universitetinin fəxri professoru seçilmişdir.

***

Bu gün türk dünyası, o cümlədən Azərbaycan özünün ən ləyaqətli, vətənpərvər və sözün həqiqi mənasında fenomen şəxsiyyətlərindən birini itirmişdir. Allah rəhmət eləsin!

 

Valeh Baxşəli,

texnika elmləri doktoru, professor


      
Bu xəbər 153 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar