TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


üç məlumlu tənlik" ( 2010-03-05 )

üç məlumlu tənlik"

 

Aldadan Nazim Dəmirov, aldanan istintaq, itirənsə dövlətdir...

 

Azərbaycan oxucusunun həssas mövzulara impulsiv reaksiyası normal və başadüşüləndir. Bu cür mövzuların üzə çıxarılıb ərsəyə gətirilməsi isə, heç şübhəsiz, konkret qəzetin peşəkarlığı, dövlətçilik mövqeyi ilə bağlı məsələlərdəndir.

"Təzadlar"ın 27 fevral tarixli sayında işıq üzü görmüş "Rəsul Quliyevin bağ evini almış moskvalı iş adamı kimdir?" sərlövhəli yazını səhifəyə qoyanda  təsəvvürümüzə belə gətirməzdik ki, bu mövzu belə bir ciddi ictimai ajiotaja səbəb olacaq, redaksiyaya zənglərin ardı-arası kəsilməyəcək. Etiraf edək ki, zənglərin əksəriyyəti məhz ikinci tərəflə- 25 ildən bəri Moskvada məskunlaşıb işləyən Nazim Dəmirov, onun fəaliyyətinin ilginc məqamları, Moskvada və Bakıda iş birliyinə girdiyi adamlara, bir qədər yumşaq ifadə etsək, necə kələk gəlməsi, digər qanunsuz əməlləri və s. barədə idi.

 

Nazim Dəmirov baş nazir olacaqmış?

 

Bütün bunlar haqqında oxucularımıza ətraflı məlumat verəcəyik. çünki bizim moskvalı qəhrəmanımız Rusiya paytaxtındakı digər sahibkar soydaşlarımızdan yaxşı heç nəyi ilə fərqlənməsə də, adı bir neçə il əvvəl Bakıda çox peşəkarcasına qurulmuş təbliğat nəticəsində ölkənin baş nazirliyinə gətiriləcək şəxslərin sırasında hallanırdı. Bu barədə hətta Rusiya mətbuatı da yazmışdı. İndiliksə biz haqqında dələduzluqla və Rusiya Federasiyası cinayət məcəlləsinin bütöv bir maddələr "çələngi" ilə Moskva Vilayət Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və çox güman ki, yaxın perspektivdə bir dəfə qonağı olduğu həbsxana barmaqlıqları arasına yenidən dönəcəyi gözlənilən Nazim Dəmirovun Bakıdakı biznes sərgüzəştlərindən bəhs edəcəyik.

Beləliklə, Rəsul Quliyev və Nazim Dəmirov arasında baş tutan bağ sövdələşməsində ilginc məqam nədən ibarətdir?

Nədən hər gün qiyməti milyonlarla dollarla ölçülən daşınmaz əmlak alqı-satqısının getdiyi bir vaxtda diqqəti məhz bu iki şəxsin arasında baş tutmuş bazarlığa yönəltməkdə bu qədər israr göstəririk. Cavabı çox sadədir. Belə ki, bu gün də ortalıqda keçmiş spikerə qarşı qaldırılmış cinayət işində dövlətin ona dəymiş maddi ziyanın təminatı ilə bağlı iddia tələbi var. Və bu tələbə uyğun olaraq R.Quliyevin istintaqa məlum əmlakına həbs qoyulub. Ancaq bu da sirr deyil ki, Azərbaycanda "de-fakto" onlarca mülk, bağ, villa, fabrik-zavod sahibi olan bircə vəzifəli məmur belə tapa bilməzsən ki, adına "de-yure" mikrorayonlardan birində iki-üç otaqlı "xruşşovka"dan başqa hər hansı bir əmlak olsun. Bu qəbildən Rəsul Quliyev də istisna deyil və onun malik olduğu əmlakın böyük bir qismi, heç şübhəsiz, başqalarının adına sənədləşdirilib. Bəs bütün bunları bildiyi halda, Nazim Dəmirovu belə bir müəmmalı və sağlam məntiqə sığmayan addım atmağa vadar edən hansı nəsnələr olmuşdur?

 

 

Dövlət orqanları ilə ¸çiling-ağac" oyunu

 

Yəni bu adam özünü Azərbaycanda o qədərmi sərbəst hiss edirmiş ki, hətta dövlətlə "çiling-ağac" oynamaqdan belə çəkinmirmişE Görünəni odur ki, bu adamın "Hacı Qara" xarakterli biznesmenlərə xas ¸damarı" güc gəlib və hələ spiker olduğu vaxtlardan sıcaq münasibətlərdə olduğu iddia edilən Rəsul Quliyevin çıxılmaz vəziyyətindən sui-istifadə edərək axırıncının əmlakını dəyər-dəyməzinə almaq qərarına gəlib.

"Təzadlar" mövzunun anonsunu verdikdən sonra özünü moskvalı personajımızın vəkili (artıq neçənci - ?)  kimi təqdim edən Eyvaz Məmmədov adlı şəxs isə telefon açaraq müvəkkili olduğu şəxsin adından qəti şəkildə bildirmişdi ki, axırıncı Rəsul Quliyevi tanımır, onunla heç bir əmlak söhbəti olmayıb və s. Təbii ki, qəzet olaraq  həmişə qarşı tərəfin, opponentlərin fikirlərinə sayqı ilə yanaşmışıq və mövqelərini işıqlandırmağa hazır olduğumuzu bildirmişik. Bu bizim bir məslək prinsipimizdir.

 

 

Bakıda bağ ¸əməliiyatı"

 

Eyni fəlsəfədən çıxış edərək bu dəfə də "narazı tərəfə" əks arqumentlərini dərc etməyə hazır olduğumuzu bildirdik və əfsuslar olsun ki, qarşılıq görməyən həmin təklifimiz bu gün də öz qüvvəsindədir.

Əslində, görünən dağa nə bələdçi?! Əlimizdəki sənədlər hər şeyi yerli-yataqlı sübut edir. Beləliklə, 2005-ci il mart ayının əvvəllərində Nazim Dəmirov Bakıdakı nümayəndəsinə Bilgə qəsəbəsində yerləşən bağ evinin alqı-satqısının sənədləşdirilməsini tapşırır. Bu o vaxt idi ki, Moskvaətrafı Ximkidə "Rusiyanın ulduzları" adlı yaşayış kompleksinin tikintisini aparan Dəmirov ev almaq üçün nəyi varsa satıb-sovurub pulunu ona etibar etmiş zavallı insanların hesabına qiyməti bir neçə yüz min dollarla ölçülən incəsənət əsərləri, əntiq əşyalar alırdı (bu faktı istintaq sənədləri də təsdiq edir. Bu barədə növbəti yazılarda). Nədən həmin "küləklə sovrulmuş" pulların bir qismini də Bakıda daşınmaz əmlaka yatırmayasan?! Əslində, bunlar "çirkli" pullar idi və bu pullarla istintaqdan gizlədilmiş əmlak alınrdı.

Əlimizdəki sənədlərdən məlum olur ki, 2005-ci il aprelin 14-də N.Dəmirovun tapşırığı ilə onun Bakıdakı nümayəndəsi Xanlar Qasımov və N.Dəmirovun baldızı oğlu Anar Mustafayev Xətai rayonunda yerləşən 30 saylı dövlət notariat kontoruna gedərək alqı-sənədlərinə imza etmişlər.

 

Xətai rayonundakı 30 saylı notariat kontorunda müəmmalı sənədləşdirmə

 

ENotariat kontorunun da bu, yumşaq desək, müəmmalı alverdə ən azından tərəf kimi iştirak etməsi təəccüb doğurmaya bilmir. Belə ki, əslində, X.Qasımov vəkalətnamə əsasında təmsil etdiyi adamların heç birini, yəni R.Quliyevin qohumlarını tanımamışdır. 0.48 hektar bağ sahəsinin A.Mustafayevə satılması nəticəsində axırıncıdan guya 120 milyon manatın  alınması da "fiksa"dan başqa bir şey olmamışdır. Həmin sənədlərin ümumiyyətlə, kimin tərəfindən notariusa gətirilməsi də bu əməliyyata "sirr" qatan məqamlardandır. Yəqinki istintaq nə vaxtsa bu suala da cavab verəcəkEHəqiqətdə isə, içində üç mərtəbəli əsas yaşayış və çoxlu sayda köməkçi binalardan, qapalı və açıq hovuzdan ibarət bağ evi üçün təxminən 1 milyon ABŞ dollarına yaxın vəsaiti Nazim Dəmirov Rəsul Quliyevə birbaşa Moskvadan göndərmişdir.

 

 

¸Bermud üçbucağı"nın ¸dördüncü" bucağı

 

Beləliklə, Nazim Dəmirovun Bilgəhdəki bağdan və Rəsul Quliyevlə hər hansı bir tanışlıqdan cidd-cəhdlə imtinasına rəğmən aşağıdakı faktları açıqlayırıq:

Notarial qaydada hərəyə 0.12 ha olmaqla torpağını satan şəxslərin - Quliyeva Ceyran Bayram qızı, Quliyev Nemət İdris oğlu, Quliyeva Nəsibə Sultan qızı və Tağızadə Natiq Namiq oğlunun keçmiş spikerin qohumları olduğunu sübut etməyə ehtiyac yoxdur. çünki bunu inkar edən də yoxdur.

 

Anar Mustafayev də Nazim Dəmirovun vəkilinin dediklərini təkzib edir

 

ötən sayımızda qeyd etmişdik ki, bu qalmaqallı məsələ ilə bağlı anonslar dərc ediləndən sonra özünü moskvalı iş adamı Nazim Dəmirovun vəkili kimi təqdim edən Eyvaz Məmmədov redaksiyamıza zəng etdi, adı çəkilən bağın Rəsul Quliyevə məxsus olması və sonradan Nazim Dəmirov tərəfindən alınmasını inkar etdi. Hətta cənab E. Məmmədova belə olan halda təkzib yazıb göndərməsini təklif etsək də o, bunu etmədiEAmma həm də ötən sayımızdakı yazıda bildirdiyimiz kimi, adı çəkilən Anar Mustafayevlə əlaqə yaratdıq. Aşağıda Anar Mustafayevlə eksklüziv müsahibəni təqdim edirik:

- Anar bəy, bir məsələyə görə sizi narahat etmək istəyirdik. Bilgəhdəki vaxtilə Rəsul Quliyevin olmuş bağ evi sizin adınıza olub, eləmi?

- Bəli, mənim adımadırE

- Siz ümumiyyətlə, həmin bağ evində yaşamısınızmı? Yəni sizə məxsusduğu nə dərəcədədir? Yoxsa, elə Nazim Dəmirovundur?

- Yox, elə Dəmirovundur, mən orada yaşamamışam, sadəcə mənim adımadırE

- Sadəcə sizin adınıza olub, bəs alqı-satqıda və s. sizə pul verilibmi?

- Yox, yox, elə şey olmayıbE

- Deməli, həmin bağ evinin faktiki sənədlə sizin adınıza olmaqdan başqa heç bir mənsubiyyəti yoxdur?

-  Heç bir, heç birE

- İndi Nazim Dəmirov özü, yaxud qohumlarından kimsə  orada yaşayırmı, yəni istifadə edirmi?

- Hazırda qohumları var ordaE

- Bizdə olan məlumata görə atası orada yaşayırE

- Bəli, bəli, atası yaşayırE

***

Aşağıda həm də Bağ sahələrinin adına rəsmiləşdirildiyi şəxs - Anar Mustafayevlə Nazim Dəmirovun birgə foto-şəkillərini təqdim edimrik. özünüz nəticə çıxarınE

***

Təqdim etdiyimiz digər foto-şəkillərdən da görünür ki, Nazim Dəmirov 5 il əvvəl almış olduğu bağ evinə konstruktiv dəyişikliklər etməklə əməlli-başlı qəsr ucaldıb. Əgər 7-8 ildir Nazim Dəmirov tərəfindən aldadılaraq ev-eşiyə həsrət qalmış biçarə Moskvanın Ximki sakinləri bilsə idilər ki, onların pulu ilə Bilgəhdə nə cah-calal qurulub, bu başabəla "sahibkar"ı parçalayardılar. Yəqin ki, bu adamın Bakı şəhərində aldığı bütün mülkləin "tarixi-Nadiri" açıqlanandan sonra onların da, elə Rusiya Baş Prokurorluğunun da xəbər tutmaq imkanları olacaqdır. İndiki internet əsrində bu nə çətin işdir ki?..

P.S. Bu məsələdə Azərbaycanın hüquq-mühafizə orqanlarının da söz deyəcəyi şəksizdir. Görünəni budur ki, Rəsul Quliyevə məxsus Bilgəhdəki bağ evi istintaqdan gizlədilib.

 

 

- Bədnam ssenari davam edir. Bılgəhdəki bağda aparılan tikinti işlərində Nazım  Dəmirov inşaatçıları  necə aldatdı? Faktlar zərərçəkənlərin dili ilə...

- Rəsul Quliyevin Bakıdakı mülklərinin siyahısı Nazim Dəmirovun əlinə necə keçib?

- İçərişəhərdə, Qoqol küçəsində, Nobel bağındakı obyektlər uğrunda savaşın pərdəarxası məqamlarıE

- Nazim Dəmirovun "kriminal razborkaları". Marneuli sakini Uğurlu Şərifovu 20 günlüyə kim "azadlıqdan məhrum etdi"?

- 2009-cu ilin təkcə bir ayında hərəsi 20 ton olmaqla Bakıya yola salınan 10 vaqonun içində nə vardı?

- Qiyməti təxminən 4 milyon dollar olan həmin yük sənədlərdə hansı qiymətlə bəyan edilmişdi?

- N.Dəmirov ələ aldığı istintaq rəisinin təzyiqi ilə X.Qasımovun adına olan əmlaka necə sahib çıxdı?

 

Bu və daha maraqlı sualların cavabı ilə növbəti yazılarımızda tanış ola biləcəksiniz.

Foto: allı-güllü köynəkdəki Nazim Dəmirov baldızı oğlu Anar Mustafayevlə

 

(Davamı var)

 

Maqsud Səmədzadə

 


      
Bu xəbər 224 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar