TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Üçüncü bucaq ( 2010-03-06 )

üçüncü bucaq

 

Nə olumun, nə ölümün yaşı dəqiq bilinməyib, tarixi deyilməyib. Ancaq olum və ölüm qütbü ilə dünya ikili fəlsəfənin-dualizmin orbitində  dayanıb. Yer firlanıb, planetlər onun ətrafinda öz cazibə qüvvəsində  Allahın yaratdıqlarını enerjinin bu və ya digər forması və şəkli ilə təmin edib, onlara həyat verib. Gələnlər gəlib, gedənlər yolundan qalmayıb. Fırlanıb göy də, səma da. İnsanlar da ki, öz növbəsində bəşərin ən ali varlığı kimi dinamikliklə kosmik aləmin mərkəzində - sevgilərinin fövqündə sözlə əbədi yaşamağa, olanlara, olacaqlara tən gələn gerçək gərdişinə izlərini qatmağa çalışıb. Ən kəskini isə olumun və ölümün düz nüvəsində şeytanın və iblisin taxta oturdulması göz dağına çevrilmə kimi beyinləri, fikirləri məşgul etmə dayanıb. Xeyir-şər, yaxşı-yaman, mənfi- müsbət, haqq və nahaq kimi çarpışmalardan keçib, nə qədər canli və həyat var keçəcək də.

 

Dünyanın bir tərəfində fəlakətlərlə zəruri canlıların ölümlərinə, bir tərəfində isə insanların iblisə, seytana uyub bir-birini məhv etmələrinə  tuş gəlirsən. çaşırsan. Dadına yenə incə-incə, zərif-zərif və bəzən kəskin-qırğın ifadə edilmiş sözlər çatır. Nə yaxşı ki, kainatda sözdən  yoğrulmuş gözəlliklər, özəlliklər və məhəbbətlər var - deyb özünə   təsəlli aşılayırsan, ümid verirsən.

Bu bəşəri fikirlər şair Şəmsi Vəfadarın "Məni çoxdan öldürüblər" kitabını  əlimə alarkən qəlbimdə cərəyan etməyə başladi. O qərib fikirlər ta bu yazıya ömür bəxş edənə qədər məni tərk etmədilər. çünki hər şeyin  zərurətindən boylanaraq insan müəyyən mənada öz taleyini yazır, bəxtini    yaşayır. Kitabı əlimə alarkən məhz, bu taleyin səhifələrini vərəqlədim. Bu gündən sabaha körpü olan Tanrı qismətinin və insanlığın pillələrində   irəlilədim.

Mən də əbədi həyatın və fəlsəfənin gerçəkliyində cərəyan edən gəlimlə-gedimin, var olmağın arasindakı çarpışmaların antikliyinə varmadan bu günümüzün söz sənətinin, poeziya poetikasının incəliklərində "Məni   çoxdan öldürüblər" kitabı yazılarına, yaradıcılığına, ən əsası isə humanizminə və xeyirxahlığına bələd olduğum Şəmsi Vəfadarın söz  dünyasına baş vurmağıma təkan oldu. Ən əvvəl "ürəyim dərddən   qırışıb" deyimi dərdin, qəmin, ələmin obrazını qarşımda canlandırdı.

Həmin kəlmələrin izinə düşüb getdim irəli. Gözlərimdə sanki insan və  zaman ikiliyinin-dualizminin üçüncü bucağı tamamlandı. İnsan dərdlərin   fonunda kamilliyə çatırmış kəlmələri bir daha təsdiqini tapdı. özlüyündə  üçüncü bucaqda kamillik dayanırmış. Sən demə, az yaşın sərhədlərində   də müdrükləşmək - "ölmək"lə yanaşı, "dirilmək" olurmuş. 40 yasını geridə buraxmasına baxmayaraq, bu gənc adam ölümün düz gözünün icinə baxaraq dünyanı qəminə sığışdırır. özü də şair bunları ürəyinin bir  siminədə kökləyib ürəklərə su, diləklərə əməl səpir:

Dünya qəmimə sığışıb,

ürəyim dərddən qırışıb,

Bütün dərdlərim yığışıb

Bir qəmli simin üstündə.

 

ölümə meydan oxumaga calisanları bu yerdə bir araya toplayan Şəmsi Vəfadar 100 illər bundan əvvəl də, elə 1988-ci ildən üzü bəri, 22 illik   vaxt çərçivəsində də dərdlərin qovşağında torpaq, el-oba həsrətindən heç çıxmadığını, nə qədər qız-gəlinlər əsirlikdən qurtarmayib, nə vaxtadək şəhidlərin qanı yerdə qalib, bu vətənpərvər oğul yanıb-yaxıldığını  qəlbindən gələn yanğı ilə, od-alovla sözlərin sehrinə bürüyərək söyləməyində davam edəcəyini bildirir.

Bəlkə elə erkən ölümün məxrəcində itkin yurdlarımız, bütöv olmayan vətənimiz dayanir?!:

Nə vaxtdır əlimdə titrəyir qələm,

Mən şəhid önündə şahid dururam.

Bəlkə mən ölmüşəm - ayağı üstə?!

Şəhid məzarına dönmüşəm mən də?

 

Erməni faşizminin - Xocalı qətliamının qurbanlarının da, qəsb olunan və  itirilən gözəl bir yurd yerimizin də 18 illiyini andığımız bu günlərdə   növbəti dəfə səhvlərimizi təhlil etmənin, yaddaş təzələnməsinin   zərurətindən bir igidlik və bir şəhidlik boylanır - gördüm. Burda yer də, göy də qan rənginə bürünür:

Harda oğul var, güllə var demək.

Oğul sinəsində güllələr açır çiçək,

Harda oğul var, səngər gözləyir onu,

Onu ölüm axtarır, sevgi izləyir onu.

 

Vətənlə bütövləşmək, azad olmaq üçün hökmən silahlarla və güllələrlə eşq-məhəbbət yaşamalısan. Şəmsinin şeirlərinin axarında məhz bu sevdanın bir daha şahidi olursan.

...Hər güllə ağrısında bir "can" sözü yaşayır.

Hər oğul sinəsində güllə ömrü daşıyır.

 

Dünyəvi fəlsəfədən əks-səda verən bir kəlam da bunları təsdiqləyir: - Ey  dünya, mən  öləndə öz sükutun içərisində mənim üçün bircə xatirə saxla - "sevirdim"...

İnsan ölməyi bacarmasa yaşamaz - deyiblər. Şəmsi Vəfadar ölməyi  də, yaşamağı da bacaran qələm sahibidir. "Məni çoxdan öldürüblər"   kəlməsində dünyanı idarə edənlərə - mən ölümdən qorxmuramsa, sənin   oyunlarından niyə çəkinim? Niyə qorxum haqqımızın, əzəli-əbədi   torpaqlarımızın azad edilməsi istəyindən? Şəmsi Vəfadar onlara -ermənilərin dəyirmanına su tökən sizlərə öz ölümsüzlüyümüzlə qalib   gələcəyik - ismarıcını edir:

Araz çəpər olmayacaq,

Təbriz qəhər olmayacaq,

Dünya belə qalmayacaq,

Gözlə, görərsən-görərsən!

 

- söyləyib bizi ayıranlara, torpağımızı zəbt edənlərə. Bu da üçüncü   bucaq. Dünya, zaman və şəxsiyyət... Şəmsi dünyası, az yaşın kamilliyi   və insanlıq ölçüləri... və bir də "Məni çoxdan öldürüblər" kitabındakı mətləblər. Kitabdaki, şeirlər və poemalar haqq və həqiqətlərimizin doğuluşu ilə yanaşı, həm də millətimizin hayqıran səsidir. Orda bir   qəlbin qanı ilə yazılan haqsızlıqlara üsyan, haray və ən son ölən ümidlər dayanır...

***

Qoy, ölüm sevinməsin - ölüm çarəsizlik deyil - haqqın qələbəsidir - elə sonunda bizim də Qələbəmiz olacağı həqiqətidir!

Həqiqətimiz mübarək!

 

Sülhiyyə Musaqızı,

yazıçı-jurnalist


      
Bu xəbər 106 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar