TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Bəşər bizim muğamatı musiqinin şahı sanır... ( 2010-03-06 )

Bəşər bizim muğamatı musiqinin şahı sanır...

 

Ekoloq alim İnqilab Nadirlinin "Muğamlı dünyam" kitabı barədə qısa qeydlər

"Yaradıcılıq böyük sevincdir" (Roman Rollan). Yaradıcılığı predmetik xüsusiyyət kimi səciyyələndirən isə düşüncə və fikirdir. Bunlar da məhz insana (təkcə yaradıcı şəxslərə deyil) məxsus ən yüksək nemətdir.

İnsan fikrinin və düşüncəsinin istiqamətləri çox hallarda yaradıcılıqda - ədəbiyyatda təzahür edir. "Ədəbiyyat xalqın şüurudur: ədəbiyyatda xalqın ruhu və həyatı güzgüdə olduğu kimi əks edir: bir fakt olmaq etibarilə xalqın rolu, yeri, bəşəriyyətin böyük ailəsində tutmuş olduğu mövqeyi, bəşər ruhunun ümumtarixi inkişafının müəyyən nöqtəsi ədəbiyyatın varlığında öz ifadəsini tapır". (V.Q.Belinski, Azərnəşr, 1961, səh.17).

 

İnsanlıq da insanın qeyri-adi xassələrində təzahür edir. İnsan özü çoxlu spesifik keyfiyyətlərə malikdir. Bəlkə də bu səbəbdən, şəxsiyyətinə və yaradıcılığına dərin rəğbət bəslədiyimiz İnqilab Nadirli insanı sırf sosioloji varlıq kimi qəbul etmir. Bəlkə də bioloji amillərə geniş rakursdan yanaşma fikri onun hissi düşüncəsində dürüst bir məntiq aşkarlayır. Bu baxımdan, canlı materiyada daxili dəyişmələrin spesifik əhəmiyyəti İnqilab Nadirlinin "Muğamlı dünyam" kitabının giriş hissəsindən özünü tam təfərrüatı ilə göstərir.

Canlı aləmlərdə təkamül bir neçə keçidlidir. Buna görə istedadlı şair fitrətən fazil olmağın yolunu əlahiddə xüsusiyyətlərə keçiddə görür. Belə düşünmək olar ki, təbiət insana heç nəyi diqtə etmir, insan onun qanunları üzərində öz subyektiv fikrini əsaslandırır, mahiyyət etibarilə paradoks yaradır. Əslində, təbiətin qeyri-şüuri xassələri, insanla təmasda onun daxili dəyişməsi insanla təbiət arasındakı xarakterlərin nisbətini müəyyən edə bilər. Bu sferada kainatın mahiyyət və mövcudluq məsələləri də aydın xarakterizə olunur.  Elə İnqilab müəllimin sevda yalqızlığına da məhz bu prinsip səbəb yaradır:

 

Əhli-hal məclisinə istərəm canan gəlsin,

Yarı vəfadarım, eşq oduna yanan gəlsin...

 

Əhli-hal məclisində eşqin labüdlüyü bir sıra xarakterik məsələlərə həyati don geyindirir. Bu həyatilik eşqin qəlbdə rahatlığına zəmin yaradır. Məhz bu ideal fikri-düşüncədən bəlli edirik ki, insanın şüuru ilə hərəkəti arasında keçid yaradan ürəyin unikal xassələrini İnqilab müəllim kimi az sayda qələm sahibi realizə edə bilər.

özünəməxsusluğun miqyasını hər şair müəyyən edə bilmir. İnqilab Nadirli isə həyatın praqmatik xassələrini təsviri mahiyyətdə miqyasa çatdırır, xəyali təsəvvürdə real gerçəklik hesab olunan fərdin (obyektin) zəka və təxəyyül qüvvəsinin formulunu təyin edir.

Hissi və intellektual dərketmə müəyyən məntiqi ardıcıllığa əsaslananda fikrin bədii mərkəzləşdirilmə prosesi təkcə həyati meyarları deyil, tarixi perspektivləri də özündə geniş ehtiva edir. "Muğamlı dünyam" kitabının bütövlükdə həyati, ictimai, bəşəri-fəlsəfi məziyyətləri oxucuya tarixi ənənələr aşılayır. Adəm-Həvva, Fərhad-Şirin, Leyli-Məcnun, Əsli-Kərəm, İlham-Fərizə qətiyyətində gerçəkləşmiş sevgi (məhəbbət) faktoru bir növ bu kitabın predmetini müəyyənləşdirir. çünki bu tarixi şəxsiyyətlərin son anları məhz mehr-məhəbbət - muğam üstündə əksini tapıb.

"Muğamlı dünyam" kitabının mayasını, süjet xəttini təşkil edən muğamlar həyatımızın bir parçasıdır. Hətta hayqırtımız da muğam üstündə bərqərardır:

 

...Göz açmışıq bəmi ilə bu dünyaya beşikdə biz,

Hücum çəkib zili ilə düşmən üstə ərlərimiz.

 

Göründüyü kimi, şairin zaman və məkan arasındakı əlaqələri ümumiləşdirə bilməsi, sevgidə güclü intuitiv həssaslıq nümayiş etdirməsi, tarixi ənənələri effektiv təkrarlaması kitabdakı bəşəri momentləri əhatəli panorama sığışdırmasına səbəb yaradır. Şübhəsiz, bu, evristik (yaradıcı) intuisiyadan doğur.

Əbəs yerə demirik ki, İnqilab müəllimin intuisiyası evristik (yaradıcı) intuisiyadır. Gerçəkdən onun fikir müstəvisində standartlaşdırılmış heç nə yoxdur. O, yeni obraz və anlayışlarda belə, müxtəlif ümumiləşmələr aparır, məzmun və mahiyyətcə orijinal məqsədlər hasil edir. Elə çılğın bir ifadan qəlbin sehrlənməsi orijinal məqsəddir və burada şairin təfəkkürü, bədii hiss və poetik duyğuları qovuşmuş şəkildədir. Əsas odur ki, istedadlı şairin bu kitabında biz bir məqsəddən digərinə intellektual sıçrayış görürük. Bu sıçrayışlar vasitəsilə kitabdakı qəzəllərdə bir fikrin digəri üzərində keçidi mümkün olur.

"Muğamlı dünyam" kitabının strukturu maraqlı quruluşdadır və bu kitabda bəşəri momentlərə meyl çoxdur. V.Hüqonun, T.Drayzerin, Puşkinin, Lermontovun, Nekrasovun, A.Axmatovanın, Yeseninin yaradıcılığında biz bu keçidi aydın görə bilirik. Onlardan fərqli olaraq İnqilab Nadirlinin poeziyasında milli xüsusiyyətlər daha qabarıqdır və diqqətli oxucu şairin məkanxarici təsirlərində bunu aydın sezir. Şair bu xüsusiyyət üzrə ayrı bir məqam izhar edir və ziddiyyətləri praktiki təcrübə əsasında bir-birindən ayırır.

Fikrin məqsədlə nisbəti bərabər olmasa da, hissi qabiliyyətin mahiyyətdə semantik məzmun kəsb etməsi eyni keçiddən qaynaqlanır. Lakin İnqilab müəllimin bu keçiddə ustalıqla fikir oynatması bədii fikrin poetik məqsədlə nisbətini mümkünləşdirir:

 

Muğamatı xalqımıza bəxş eləyib Tanrı özü,

Cəvahirdən qiymətlidir hər guşəsi, hər bir sözü...

 

Zənnimizcə, bu fikir muğam sevdası barədə buçağacan deyilmiş fikirlərin ən gözəlidir. Bax, bu, yeni hava, müasir ədəbi mühitə yeni keçiddir. Məhz bu fikirlə bu keçidin yolunu müəyyənləşdirmək mümkündür. Elə bu rakursdan yanaşaraq deyə bilərik ki, İnqilab Nadirlinin "Muğamlı dünyam" kitabında ədəbi rasionala zidd xarakter daşıyan fikir yoxdur.

Kitabda müşahidə etdiyimiz fərqli cəhətlərdən biri də bədii və elmi yaradıcılığın bir-birində inikasıdır. çünki buradakı poetik fikirlərin çoxu elmi mahiyyət kəsb edir. İki ayrı-ayrı sahənin eyni müstəvidə təzahürü də İnqilab müəllimin uğurudur. Müəllif kitab boyu həm hissi təsəvvürlərini, həm də ədəbi-bədii düşüncələrini ayrı-ayrı məqsəd üzrə mənalandırır, nəticə etibarilə əsl sənət nümunələri yaradır.

***

Kitabdakı qəzəllər oxucuda muğamlarımız qədər rəngarəng estetik hisslər oyadır, məna dəyəri ilə diqqət çəkir. Bir sıra qəzəllərdə şair məqsədinə yetmək istədiyi fikri ədəbi-bədii tədqiqə cəlb edib, beytlərdəki ritm və səsin mexanizmini ustalıqla qurub, sözlərin fonetik xassələrinə xüsusi diqqət yetirib, ən əsası, bədii ümumiləşmələr aparmaqla, kitaba həyati siqlət bəxş edib. İ.Nadirlinin Rast", "Şur", "Zabul-Segah", "Bayatı-Şiraz", "çahargah", "Humayun", "Şüştər" kimi möhtəşəm muğamlarımızı özündə həyati səciyyə və poetik lövhələrlə əks etdirən qəzəllərinin hər biri ayrı-ayrılıqda xüsusi mahiyyət kəsb edir, həyati-məntiqi qaydalara əsaslanır.

Kitab gənc nəslin mənəvi-estetik tərbiyəsinə çox ciddi təsir göstərir, həmçinin, milli-mənəvi ənənələri, milli-etik dəyərləri yüksək mənəviyyat ruhunda başa düşmək üçün onlara köməkçi vasitədir. Buradakı qəzəlləri oxuduqca vacib bir mətləbi aşkara çıxarırıq; muğamlarımıza sadiqlik milli kökə sadiqlikdir. Təbii ki, yüksək mənəvi dəyərlərin tədqiqi istiqamətində Azərbaycan xalq yaradıcılığı ənənələri - xüsusilə muğamlarımız mühüm əhəmiyyət kəsb edir. Məhz İ.Nadirlinin də oxuculara anlatmaq istədiyi konsepsiya elə budur. O, poetik dillə deyir ki, bəşəriyyətin ruhunu ovudan muğamlarımız xalqımızın mənəviyyat aləmində geniş yer tutur, fəlsəfi-estetik mahiyyətinə görə diqqəti cəlb edir.

Sırf ritmik musiqi təsiri bağışlayan kitab hər cür məziyyəti ilə oxucunun bədii-estetik hiss və zövqünü oxşayır. Və kitabı bütövlükdə oxuyub başa çatandan sonra bir daha əmin oluruq ki, İ.Nadirli təkcə şair deyil, həm də musiqişünasdır. Bu fikri əbəs yerə demirik. çünki o, bu kitabda muğamın spesifik xüsusiyyətlərini, fəlsəfi məzmun və quruluşunu, qəzəlin muğam - musiqi ilə əlaqəsini real şəkildə göstərə bilib.

İnqilab Nadirlinin "Muğamlı dünyam" ktabında diqqəti cəlb edən əsas məqamlardan biri də Azərbaycan musiqi folklorunun çox mühüm sahəsi olan muğamlara poetik-bədii münasibətdir. Şübhəsiz, möhtəşəm sənət incisi, xalq yaradıcılığının didaktik vasitəsi olan muğamlara bu cür münasibət müəllifin musiqiqavrama qabiliyyətinin güclü olması ilə əlaqədardır. Müəllifin musiqiqavrama qabiliyyətini əlavə olaraq bir də onunla təsdiqləyirik ki, o, kitabda hər bir muğamı öz milli zəmini üzərində cilalayıb.

Kitabda "Rast", "Şur", "Zabul-Segah", "Bayatı-Şiraz", "çahargah", "Humayun", "Şüştər" muğamları və onların muvafiq şöbələri, rəng və dəraməndləri barədə poetik-fikri sıralamalar əksini tapır. Diqqətəlayiq haldır ki, sırf əruz janrında yazılmış "Muğamlı dünyam" kitabında müəllif muğam ifaçılığında az təsaduf olunan "Pəhləvi", "Mənəvi", "Gəbri", "Cüdayi", "Suzi-Güdaz", "Şövqi-Əfza" kimi unikal muğam guşələrinin adlarını sadalayır, onların "rəmzi və sətiraltı mənalarını ustalıqla açır".

"Doğma muğamatım" poemasında müəllif böyük cəsarətlə muğamların məna dəyərləri, estetik mahiyyəti, muğamların quruluş və şöbələri, ifa xüsusiyyətləri barədə mükəmməl məna əxz edir, oxucusunu bu məna ətrafında toplamağı bacarır. Əlbəttə, hər hansı bir dəyər haqqında oxucuda təsəvvür formalaşdırmaq mühüm məsələdir. Bu mənada, İ.Nadirli xüsusi minnətdarlıq qazanır.

Həmçinin, poemanı oxuduqca bir qənaətə də gəlirik ki, özbək və taciklərə makomlar, hindlilərə raqalar, qazax və qırğızlara küylər, əlcəzairlilər və mərakeşlilərə nubular nə qədər əzizdirsə, azərbaycanlılara da muğamlar bir o qədər əzizdir. Əgər belə olmasaydı, İ.Nadirli "Muğamlı dünyam" kimi odlu-alovlu bir kitab yaza bilməzdi.

Bilirik ki, bədii-ruhi təsir cəhətdən "Rast" muğamı insanlarda mərdlik və gümrahlıq, "Şur" şən lirik əhval-ruhiyyə, "Segah" məhəbbət, "Şüştər" dərin kədər, "çahargah" həyəcan və ehtiras, "Bayatı-Şiraz" qəmginlik, "Humayun" isə daha dərin kədər hissi oyadır. Bu məxsusi keyfiyyətləri İ.Nadirli də bəhs etdiyimiz kitabında doğru-dürüst verə bilib. Onun muğamlarımıza həsr etdiyi bədii lövhələrdə xalqın bu sənət incilərinin mürəkkəb ideya-emosional məna daşıdığı, bitkin təfəkkür, bədii həyəcan kəsb etdiyi açıq-aydın aşkar-izhar olur.

"Muğamlı dünyam" kitabında struktur bədii dəyişkənlik məhz bədii zövqdür. Bu zövqün yüksələn xətt üzrə dəyişilmə trayektoriyasını İ.Nadirli zərgər dəqiqliyi ilə cızıb. Diqqət yetirək: "Rast" qəzəlində o, eyni adlı bu muğamın üşşaq, Hüseyni, Raki-Hindi, Novruz-Xara, Vilayəti, Dilkəş, Kürdü, Xocəstə, Əraq, Xavəran, Pəncgah, Rəvah, Yegah, "Şur" qəzəlində eyni adlı bu muğamın Bərdaşt, Şur-Şahnaz, Bayatı-Türk, Bayatı-Qacar, Zəminxarə, Şikəsteyi-Fars, Hicaz, Fəraz, "Zabul-Segah" qəzəlində eyni adlı bu muğamın Manəndi, Zil-Zabul, Manəndi-Hisar, Manəndi-Müxalif və eləcə də digərlərində ecazkar muğamlarımızın müxtəlif şöbələrinin adlarını çəkir, onların sistem ardıcıllığını, mənəvi-estetik təsir gücünü təsnifi mahiyyətdə idealizə edir. Həmçinin, müəllif bu şöbələrin xarakterini açır, onların bütün təfərrüatlarını doğru-dürüst göstərir.

Kitab bütün cəhətləri ilə oxucuda estetik təəssürat oyadır, muğamla bağlı bəzi təsnifi məsələlərə aydınlıq gətirir. Tam cəsarətlə deyə bilərik ki, İ.Nadirlinin qüdrətli estetik təsir vasitəsi olan muğamlara vurğunluğu onun əsl azərbaycanlı olması faktı ilə təsdiqini tapır.

Kitabdakı fəlsəfi fikri sıralamalar həm tərbiyəvi, həm də müalicəvi əhəmiyyəti ilə diqqət çəkir. Onları musiqi üstündə kökləyəndə, bu əhəmiyyət özünü göstərir. Necə də göstərməsin, çünki müəllif bu sıralamaları xalq mənəviyyatının mayası, hisslərin tərcümanı kimi təsbit edib.

***

İnqilab müəllimin bu kitabı da əvvəlkilər kimi mexaniki anlayışımızı gücləndirir. Bu kitabın ritmik fəaliyyəti ruhumuzu ekstaz vəziyyətinə gətirir. Və nəhayət, bu kitab şüurumuzu cəzb (meditasiya) edir. Xüsusi maraq kəsb edən haldır ki, müəllif kitab boyu təkcə etik prinsipləri gözləmir, eyni zamanda ictimai-əxlaqi, mədəni-sosial və s. amillərə də böyük önəm verir. Bəşəri meyarlara ciddi mənbə kimi baxan şairin təfəkküründə müsbətlə mənfinin hüdudları bəlli formul təsiri bağışlayır. Bu da ona kitab boyu ictimai gerçəkliyi ədəbi-bədii sistem üzrə tamamlamağa imkan verir.

öz nurlu kitabı ilə oxucu zövqünün ideyalılığını təmin edən İnqilab müəllimə Tanrıdan möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Hikmət Məlikzadə


      
Bu xəbər 152 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar