 Ramil haqqında dastan Hər bir cəsur və namuslu insan öz vətəninə şöhrət gətirir. R.Rolla Səfərov Ramil Sahib oğlu 25 avqust 1977-ci ildə Cəbrayıl şəhərində anadan olub. Məktəb yaşı çatanda M.Qorki adına Cəbrayıl şəhər orta məktəbinə gedib. IX sinfi başa vurduqdan sonra 1991-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Bir il sonra 1992-ci ildə əlaçı olduğuna, nizam-intizama, hərbi qaydalara yüksək səviyyədə əməl etdiyinə görə onu Türkiyənin İzmir şəhərindəki Maltəpə Hərbi lisefinə göndəriblər. İmtahan verdikdən sonra həmin liseyə qəbul olan Ramil oranı 1996-cı ildə müvəffəqiyyətlə bitirir.. Daha sonra Ramil Türkiyənin paytaxtı Ankara şəhərində Ali Hərbi Akademiyasına daxil olur. 2000-ci ildə Ramil Səfərov həmin Hərbi Akademiyanı müvəffəqiyyətlə başa vurur. Türkiyədə Quzey Kiprdə hərbi təlimlərdə iştirak edir. 2001-ci ildə Azərbaycana dönən Ramil baş leytenant kimi Gədəbəy rayonundakı "N" saylı hissədə xidmət etməyə başlayır. 2002-ci ildə o, Gədəbəydən dəyişdirilərək Heydər Əliyev adına Hərbi Akademiyaya gətirilir və taqım komandiri olur. 2004-cü il yanvarın 10-da Macarıstana - NATO çərçivəsində ingilis dili kursunda təhsil almaq üçün Budapeşt Milli Müdafiə Universitetinə oxumağa göndərilir. Ramil Səfərov üç aylıq kursda biliyini təkmilləşdirdikdən sonra, apreldə vətənə dönməliydi. Ancaq... Ramil Səfərov haqqında heç nə bilməyən, heç nə eşitməyən hər hansı bir insan onun tərcümeyi-halıyla tanış olduqdan sonra, şübhəsiz fikirləşərdi: erkən yaşında kapitan rütbəsinə yüksələn Azərbaycan zabiti elə çox gənc yaşlarında da general olacaq. Ancaq sən saydığını say, gör fələk nə sayır. *** Ramilin atası Sahib Səfərov Cəbrayılın Şəybəy kəndindən olsa da rayon mərkəzində yaşayıb, 4 övlad arasıdır: Vüqar, Samir, Ramil və İlqar. Vüqar onun böyük oğludur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Alitəhsilli iqtisadçıdır. Samir anadangəlmə yataq xəstəsidir. Ailənin kiçik övladı İlqardır. O da ali təhsillidir. Prezident Aparatı yanında Sosial İdarəetmə və Politologiya Akademiyasını bitirib. Sahib müəllim baba, Nübar xanım isə nənə idi. Vüqarın İbrahim adlı oğlu var, İlqarın isə Xədicə adlı qızı. Yeri gəlmişkən, 19 sentyabr 2006-cı ildə dünyaya gələn Xədicənin adını Ramil özü qoyub. Cəbrayıl şəhərindəki Aşıq Pəri küçəsi, 69 saylı evdə dünyaya göz açan Ramil Səfərov Cəbrayılın gözəlliyini görüb, doğma yurd-yuvaya bağlanmışdı. Cəbrayılın saf havası, təmiz suyu, uca çinarları, başı qarlı dağları, yaşıl bağları lap görpəlikdən balaca Ramilin qəlbini riqqətə gətirirdi. Ramil atası ilə birlikdə Cəbrayılı qarış-qarış gəzərdi. Əsrarəngiz Sirik meşelərinə, Teyin, Qalanın gözəlliklərinə baxmaqdan doymazdı. "Ayı bulağı"ndan, "Daş bulaq"dan, "Qozlu bulaq"dan su içəndə elə bil dünyanı ona bağışlayırdılar. İsaxlıda "Məlik bulağı"nın üstündə ağsaqqalların maraqlı nağıllarına qulaq asardı. Dağ Tumasda tanrının yaratdığı möcüzələrə tamaşa edərdi. Yaz vaxtı Gəyən düzündə açılan mənzərələr uşaq qəlbini riqqətə gətirərdi. Araz qırağı onun xəyallara daldığı ən mənzərəli yerlər idi. Diri dağından Arazın o biri sahilinə boylanar, Arazı kəməndə salan tikanlı məftillərə təəccüblə baxardı. Qoca Xudafərin körpülərinə heyrətlə tamaşa edərdi. Xudafərin körpüsündən keçmək, o tayda doğma dilimizdə mahnı oxuyan uşaqlara qoşulmaq istəyərdi. Dağ-aran yolu ilə yaylaqlara qalxan mərcanlı çobanlarının hay-harayı, dəvələrin üstündə yırğalana-yırğalana gedən uşaqların qartal baxışları balaca Ramilin yaddaşından çıxmırdı. Topcaq düzündə atasının kəsdiyi bal kimi qarpız-yemişlərin tamı heç vaxt damağından getməzdi. Balaca dostları ilə hərdən Ağoğlan dağına qalxar, buradakı müqəddəs Pirin seyrinə dalardı. Günəş qüruba enəndə əzəmətli Ziyarat dağı al-qırmızı buludların əhatəsində daha füsunkar görünərdi. Arzusu bu idi ki, bir gün Ziyaratın zirvəsinə qalxıb oradan Qarabağın füsunkar gözəlliklərini öz gözləri ilə görsün. Bir dəfə atası Ramili "Ağ yol" ilə Şişqayaya aparmışdı. Oradan baxanda adam özünü səmadakı quş kimi hiss edirdi. Balyand aşırımından baxanda isə adam elə bilirdi ki, yəhərli atın üstündə oturub sağına-soluna baxır. Daşkəsən, çərəkən bağlarında bitən gül-çiçəyin ətri insanı bihuş edərdi. Ramilin çinarlardan xoşu gələrdi. Cəbrayıldakı Xan çinarın əzəmətinə heyran qalardı. Bəzən dostları ilə birlikdə "Vəlixanov bulağı"nın üstünə gələr, burada sərin kəhriz suyunda yuyunardı. Doğma təbiətə baxmaqdan doymayan Ramil tez-tez atası ilə şəhərin görməli yerlərini gəzməyə çıxardı. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun heykəli önündə xəyala gedərdi. Qapılarında qızıl güllər açanda, onlardan dəstə bağlayıb Cəmil Əhmədovun heykəli önünə qoyardı. Xəyalında Cəmil kimi o da faşistlərlə döyüşüb onları qanına qəltan edərdi. Kiçik yaşlarında Ramilə deyəndə ki, böyüyəndə kim olacaqsan? "Mən Cəmil Əhmədov kimi qəhrəman olacağam" deyərdi. Bayram günlərində Cəmilin heykəli yanında fəxri qaraulda dayanan avtomatlı əsgərlərə heyranlıqla tamaşa edərdi. Məktəbdə oxuyarkən qəhrəmanların həyatına aid kitabları həvəslə mütaliə edərdi. Dərslərinə həmişə hazır gələrdi. Müəllimləri Ramili çox sevərdilər. Məktəbdə keçirilən tədbirlərdə odlu-alovlu şeirlər deyərdi. Ramil ən çox idmanı sevərdi. Yaxşı futbol oynayar, boksla məşğul olardı. Məktəbin direktoru, əməkdar müəllim İslam Məmmədov hər tədbirlən sonra Ramilin əlini sıxar, ona "məktəbimizin fəxrisən" deyərdi. Dostları ilə olduqca mehriban davranar, sinfin şərəf və ləyaqətini qoruyardı. Haqsızlığa qarşı barışmaz idi. Romantik xəyallarla yaşayırdı. Olduqca səliqəli və intizamlı şagird idi. Şəkli məktəbin şərəf lövhəsini bəzəyirdi. Ramilin dostları onunla fəxr edərdilər. Elə bu zamanlar ölkədə vəziyyət mürəkkəbləşməyə başladı. M.S.Qorbaçovun yeritdiyi yenidənqurma siyasəti milli azadlıq hərəkatını gücləndirməklə bərabər, ölkədə hərcmərcliklərə də səbəb olurdu. Bu siyasətin nəticəsində mənfur qonşularımız olan erməni faşistləri baş qaldırmağa başlamışdılar. İllərlə azərbaycanlıların qapısında nökərçilik edib, bağ-bostanımızın pencəri ilə dolanan ermənilər birdən-birə ürəklərində gizlətdikləri qisasçılıq siyasətini büruzə verməyə başlamışdılar. Onlar istər Ermənistanda, istərsə də Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatı aparırdılar. Artıq erməni kəndlərində, eləcə də azərbaycanlıların öz dədə-baba torpaqlarında təxribatlar aparır, soydaşlarımızı işgəncələrə məruz qoyurdular. öz havadarlarına arxalanan erməni dığaları ən qəddar işgəncələrə əl atırdılar. Hər gün neçə-neçə qanlı cinayət haqqında məlumatlar gəlirdi. Ermənistandan dəstə-dəstə qovulan azərbaycanlılar Azərbaycana üz tuturdular. Onlar necə vəhşiliklərlə üzləşdikləri barədə ürəkağrısı ilə danışırdılar. Var-dövlətləri əllərindən alınan, min bir təcavüzə məruz qalan qocalar, qadınlar, uşaqlar gecə-gündüz Cəbrayılın yollarından da keçirdilər. Bütün bu hadisələr Ramilin gözləri qarşısında baş verir, onun qəlbini yaralayırdı. Ramil belə vəhşilikləri heç kinolarda da görməmişdi. Qarabağda başlanan bu qanlı savaş tezliklə Aran Qarabağda da yayılmağa başladı. Dağlıq Qarabağın ətraf rayonları da tez-tez atəşə tutulmağa başladı. Cəbrayılın ermənilərlə sərhəd bölgələri işğala məruz qaldı. Artıq ermənilərin atdıqları "qradlar", "alazanlar" Cəbrayıl şəhərinə düşürdü. Evlər dağılır, adamlar şəhid olurdular. Yas mərasimləri ara vermirdi. Bütün bunlar Ramilin gözləri önündə baş verir, onun qəlbində sağalmaz izlər buraxırdı. öz doğma qohumları torpağa tapşırılanda Ramilin yumruqları qəzəblə sıxılırdı. Artıq qərarı qəti idi. 1991-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul edildi. İlk gündən biliyi və öyrənmək səyi ilə seçildi. Hətta bir neçə dəfə məktəb rəhbərliyinə müraciət edərək döyüşən ordu hissələrinə getməyə icazə istədi. Lakin hər dəfə də eyni cavabı eşitdi: "İndi bizə baha çox hərbi bilikləri bilən zabitlər, sərkərdələr lazımdır, hələlik oxu, öyrən". *** Ramil yaxşı bilirdi ki, xalqımı zın ərən igidləri, cəngavər oğulları, yenilməz sərkərdələri, şirbiləkli oğulları olub. Onu da bilirdi ki, biz Cavanşirlərin, Babəklərin, Koroğluların, Nəbilərin və neçə-neçə ərənlərin övladlarıyıq. Və buna görə də oxuduğu illərdə Şah babamız Xətainin bir vəsiyyətini daim xatırlayırdı: "Sizə üç şeyi əmanət qoyub gedirəm: dilimizi, qeyrətimizi, elimizi". Ramil Səfərov Budapeşt Milli Müdafiə Universitində ingilis dili kursunda oxuyurdu. Onunla birlikdə təhsil alan Ermənistandan gəlmiş zabitlərin həyasız davranışına, heysiyyata toxunan, təhqiredici hərəkətlərinə dözməyən Ramil 19 fevral 2004-cü il tarixində gecə saat 5-də erməni zabitlərindən birini layiqincə cəzalandırdı. Bu addımı atanda gözləri önünə təhqir edilən, təcavüzə məruz qalan qız-gəlinlər, süngülərlə deşik-deşik edilmiş körpələr, təhqir edilmiş qocalar, gözüyaşlı ağbirçək nənələr gəldi. Qulaqlarında Xocalı şəhidlərinin hay-harayı, ərşə qalxan ah-nalələr, Cəbrayılda bir gecədə başları kəsilən 22 igidin xırıltı səsləri ucaldı. Gözləri yeri-göyü görmürdü. Bir anda balta qalxdı və endi. Bu gün Macarıstan həbsxanasında bilərəkdən yatızdırılan igid eloğlumuz Ramil Səfərov Azərbaycan bayrağını təhqir edən və millətimizin ünvanına söyüşlər yağdıran bir erməni zabitinin cavabını beləcə verdi. Başda ermənilər olmaqla ermənipərəst qüvvələr dəridən-qabıqdan çıxaraq Ramilə ən yüksək cəza verilməsinə nail oldular. Ermənilər azərbaycanlılara illərlə xısın-xısın, əlaltından, xəlvətə düşəndə arxadan zərbə vurmaq üçün əllərindən gələni ediblər. Bir tərəfdən millətimizi qaniçən adlandırırlar, özlərini yazıq, əzabkeş bir millət kimi qələmə verməyə çalışırlar. "Fəryad" filmində belə bir məqam var. Erməni zabiti əsir düşmüş azəri balasını təhqir edib, ona ağır işgəncə verir, sonra da öz dediyini ondan təkrarlamağı tələb edir. Azəri balası da kinli dəvə tüpürən kimi, həyasız, sırtıq və amansız erməni zabitinin üzünə tüpürür. Həmin erməni isə heç nə olmayıbmış kimi üzünü silir və yalançı qələbələrini yeyib-içməklə davam etdirir. Vaxtilə Ermənistana, Mesopotomiyaya səyahət etmiş fransız qraf de-Solyeninin məşhur bir kəlamı yada düşür: "...Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrəncdir, alçaqlığı olduqca dözülməzdir, əclaflığı olduqca təəssüfləndiricidir". Fransız səyyahı "dövşanı gözündən" vurub. özlərini dünyaya humanist millət kimi təqdim edən ermənilər hiyləgərcəsinə göstərmək istəyirdilər ki, guya ermənilər nəcib və xeyirxah bir millətdirlər. Torpaqlarımızın iyirmi faizini işğal edən ermənilər Ramil Səfərov faktorundan istifadə edərək, özlərinə haqq qazandırmaq istəyir, gəbərmiş dığalarına heykəl ucaldırlar. 1988-ci ildən sonra Qarabağ ermənilərini Qarabağa qurban verməyə hazır olan və əslində də qurban verən Yerevan ermənilərinin bir ermənidən ötrü bu həngamələrini başa düşmək olmur. Dünya ermənilərinin katalikosu Vazgenin "İki milyon erməni qurban verməyə hazırıq, təki Qarabağ Ermənistana verilsin" çağırışını nə tez yaddan çıxardılar ermənilər? Bir erməni zabiti doğrudanmı onlar üçün bu qədər əziz oldu? üzümü Macarıstan həbsxanasında yatan igid eloğlumuza tutub deyirəm: Başını dik tut, vətən oğlu! Sən silah gücünə paltarları soyundurularaq ağaca sarınmış, sinələri dağlanmış, yaralarına odlu siqaret basılmış, çılpaq kürəklərinə isti samovar bağlanmış, əlləri, ayaqları kəsilmiş qardaş və bacılarımızın intiqamını almısan. Sən diri-diri tonqallara atılmış, ürəkləri çıxarılmış, qarda, şaxtada əl-ayaqları donmuş, süngülərə keçirilmiş körpələrin intiqamını almısan. Sənə dədə-baba torpaqlarımızdan qovulmuş, övlad dağı görmüş, cismani cəzalar verilmiş baba-nənələrimizin intiqamını almısan. Sən bu gün də gözləri yolda qalmış, ağlamaqdan gözlərinin yaşı qurumuş olan ata-analarımızın intiqamını almısan. Sən üstünə qan çilənmiş, sinəsi dağlanmış, var-dövləti talanmış, binələri dağıdılmış torpaqlarımızın, boynubükük, başıqarlı dağlarımızın intiqamını almısan. *** Bu gün dara düşən Azərbaycanın sənin kimi oğullara, vətən övladlarına böyük ehtiyacı var. Darıxma, səbirli ol, əlahəzrət zaman bütün haqsızlıqları yerinə qoyacaq, haqq nahaqqı üstələyəcək. Və yadda saxla ki, bu gün sənin kimi doğma Qarabağımız da qürbətdə qalıb. Başını dik tut, vətən oğlu! Ən ağır cəzaya layiq görülsən də, mərdi-mərdanə, qeyrətlə, qoç Koroğlunun nəvəsi kimi soyuq zindanda dözür, səbr edir, macar qanunlarına hörmətlə yanaşırsan. Sən qərib bir diyarda, soyuq zindan divarları arasında yaşasan da, bu gün hamımızın qəlbindəsən. Şəkillərin divarlamızı bəzəyir və igid vətən oğulları sənin şəkillərinə qeyrət və vüqarla baxırlar. Qərib bir məkanda Azərbaycanın üçrəngli bayrağını təhqir edən və sənin qətiyyətli addımına tuş gələn erməni dığasına bu gün erməni xalqı abidə ucaldıb. Hətta həmin dığanın ölüm gününü tarixi bir gün kimi qeyd edirlər. Bəs, biz niyə sənin qəhrəmanlağını uca tutmayaq? (Ardı var) Əziz Musa, pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Bu xəbər 182 dəfə oxunub. |