TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Xətaidə 72 ailənin həyatı təhlükədədir ( 2010-03-06 )

Xətaidə 72 ailənin həyatı təhlükədədir

 

Keçmiş Lenin adına Toxuculuq Kombinatına məxsus yataqxananın sakinlərinin şikayətlərinə baxan yoxdur

 

Yataqxana binası elə vəziyyətdədir ki, hətta qəzet çapa gedəndən sonra uçduğunu belə eşidə bilərsiniz...

 

Dünən redaksiyamıza təcili yardım sayağı zəng daxil oldu...Dərhal aidiyyəti ünvana yollandıq. Gördüklərimiz bizi dəhşətə gətirdi...

***

Bakıda onlarla bina var ki, qəzalı vəziyyətdədir. Belə ki, 2000-ci ildə paytaxtda baş verən zəlzələ bir çox binaların yaşayış üçün təhlükəli olmasına gətirib çıxardı. Dövlət qurumları bir sıra binalarda təmir və tikinti işləri aparsalar da, yenə də qəzalı binalar qalmaqda davam edir.

Elə  Xətai rayonunda 400 nəfərə yaxın insan qəzalı vəziyyətdə olan yataqxanada yaşamağa məcburdur. Cavanşir küçəsi-10-da yerləşən 2 saylı yataqxana olduqca yararsız haldadır və hər an uçmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Binanın divarları və tavanı çatlayıb, bir tərəfinin özülü çöküb, zirzəmi isə çirkab suyu ilə dolub. Balkonlara çıxmaq da təhlükəlidir, binadan aralanmış vəziyyətdə olan balkonlar hər dəqiqə uça bilər. Artıq 4-cü mərtəbədə yaşayan Ziyafət İsayevin evinin balkonu uçub.

Yataqxana sakinləri bildirir ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir çox qurumlara dəfələrlə şikayət etsələr də onların müraciətlərinə məhəl qoyan, problemləri ilə maraqlanan olmayıb.

 

Uçmaq təhlükəsi ilə laqeydlik üz-üzədir...

 

...Sakinlərin şikayətindən sonra, sözügedən ünvanda olub   vəziyyətlə tanış olduq. Binanın fasadlarından görünür ki, bina hər an uça bilər. Divarlardakı çatlar uzaqdan belə müşahidə edilir. Yataqxananın mətbəx, tualet və hamam hissələrində gəzmək olduqca təhlükəlidir. Mətbəx, hamam və tualetin tavanındakı beton plitələr çürüyüb. Sakinlər yemək bişirən zaman beton qırıntıları, yuxarı mərtəbələrdən gələn su qazana belə tökülür. Bunu əyani olaraq müşahidə etdik. 3-cü mərtəbədəki tualetə girmək üçün sakinlər tavana sellofanlar vurublar ki, üstlərinə kanalizasiya suyu tökülməsin. Binanın kanalizasiya və su boruları da çuruyub.

 Binanın zirzəmisi 6 metrə yaxın dərinlikdə çirkab suyun içində qalıb. Binanın ətrafında üyünət iyindən qalmaq olmur. Elə binanın içində gəzərkən, üfünət və nəmişlikdən duruş gətirmək olmurdu. XXİ əsrdə belə bir vəziyyətdə 72 ailənin yaşaması ürəkağrıdıcı haldır. Nəzərə alaq ki, binada 9 qaçqın və şəhid ailəsi də yaşayır. Olduqca darısqal bir otaqlarda 5-6 nəfərə yaxın insan ömür çürüdür. 

 

ölümlə üz-üzə

 

Sakinlər yaşadıqları şəraitsizlikdən narahat olaraq, həyatları üçün təhlükə olduqlarını bildirdilər.

"Bu bina 50 ildən çoxdur tikilib. Hazırda yaşamaq üçün tamamilə yararsız vəziyyətdədir, burada yaşamaq təhlükəlidir. Hər an binanın başımıza uçmaq təhlükəsi var. Baxın, armaturlar da çürüyüb, yemək bişirəndə qabın içinə çürüntüləri tökülür" - deyə yataqxana sakini Ziyafət İsayev bildirir. Onun sözlərinə görə, bu beşmərtəbəli yataqxana keçmiş Lenin adına Toxuculuq Kombinatına məxsus olsa da bu müəssisədən gəlib binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy vermirlər: "Biz 30-40 il kombinatda işləmişik, amma qaldığımız kiçik otaqların təhlükəli olması ilə kimsə maraqlanmır. Aidiyyatı qurumlar problemi həll etməyə çalışmaq əvəzinə bir-birinin üstünə atır".

Ziyafət İsayev isə deyir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəfələrlə yataqxanaya baxış keçirib və onun qəza vəziyyətində, uçmaq ərəfəsində olduğunu bildiriblər: "1958-ci ildə tikilən bu binada 400 nəfərə yaxın insanın həyatı təhlükə qarşısındadır, amma FHN rəy vermir. 2000-ci ildə baş verən zəlzələ nəticəsində bina özüldən silkələnib və qəza vəziyyətinə düşüb. O vaxtdan bir çox yerlərə etdiyimiz müraciətlər cavabsız qalıb".

Sakinlərin sözlərinə görə, uzunmüddətli təmirsiz olaraq istismar edilmə nəticəsində binanın mühəndis-kommunikasiya xətləri də sıradan çıxıb. Kanalizasiya xətlərinin bəzilərini sakinlər özləri düzəltsə də əksər borular partlayıb, nəticədə çirkab su bütün mərtəbələri basıb.

 

"Yataqxana uçarsa, indidən ölənlərə rəhmət diləyirik!"

 

"Hamamdan, otaqlardan kanalizasiya suyu başımıza tökülür. Hər yerdən su damır. Divarlar çat-çatdır, çox yerdən aralanıb, pilləkənlər sürüşüb və divardan aralanıb. Pilləkənlərdən neçə nəfər yıxılıb, qıçı qırılıb. Divarları nəmişlikdən kif basıb, üfunətdən burada yaşamaq olmur. Gedəsi yerimiz yoxdur. Balalarımızı daşın altında qalıb ölməsinimi gözləyək?" - deyə Aybəniz Babayeva sual edir.

"Bu cür şəraitdə, ölümlə üz-üzə uşaq böyüdürük. Heç kim maraqlanmır, amma sabah deyəcəklər ki, ver, cəbhə bölgəsinə əsgər aparaq" - bunu da yaşamaq üçün təhlükəli binanın sakinləri bildirir.

"Aidiyyatı qurumların axır sözü bu olub ki, bina uçmasa, dağılıb-tökülməsə, rəy verməyəcəklər. Nə vaxt da uçsa, Allah daş altında qalana rəhmət etsin. Bax bizimlə bu cür danışırlar" - bunu da sakinlərdən biri bizə bildirdi.

 Binanın qəza vəziyyətində olması, burada yaşamağın mümkünsüzlüyü barədə dövlət başçısı İlham Əliyevə, FHN-nə, Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Milli Məclisə dəfələrlə etdikləri şikayət və müraciətlərin indiyədək biri də olsun araşdırılmayıb: "Bəlkə heç həmin məktubları açıb oxuyan da olmayıb. Sökmək istədikləri sağlam binaları qəzalı adlandırıb sökürlər, amma bu boyda qəzalı bina ilə maraqlanan yoxdur".

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti sakinlələrə yazdığı məktubunda bildirib ki, binanı təmir etməyə pulları yoxdur. Bu barədə Nazirlər Kabinetinə etdikləri müraciətlər nəticəsiz qalıb. Departamentdən bildiriblər ki, binanın vəziyyəti ilə bağlı Nazirlər Kabineti məlumatlandırılıb, ancaq bu məqsədlə vəsait ayrılmadığından, təmir işlərinə başlaya bilmirlər.

 

çıxılmazlığın sonu...

 

Qeyd edək ki, vəziyyət o həddə çatıb ki, binanı təmir etmək belə mümkün deyil. çünki sakinlər mənzillərinin divarlarına vurduqları suvaq qısa müddətə çat verir ki, bu da binanın getdikcə uçmasını göstərir. Beton plitələri bütövlükdə dəyişmək üçün, binanı söküb, yerində bina tikmək lazımdır.

Başqa tərəfdən isə binanın giriş pilləkənləri də sıradan çıxıb.

***

Ən çoxu, bu yataqxana binası  3-4 aya uçacaq. Bunu mən qeyri-tikinti mütəxəssisi kimi deyirəm...Yüzlərlə insanın  isə həyatı təhlükə altındadır. Bunun məsuliyyətini kimlər daşıyacaq və müvafiq qurumların buna görə nəyisə bəhanə gətirəcəyi müəmmalı olsa da, görünən odur ki, binada qəza baş versə, bunun altından nə Xətai rayon İcra Hakimiyyəti, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də  FHN rəhbərliyi  çıxa bilməyəcək. Görünənlər isə onu deməyə əsas verir ki, hələlik bu qurumların rəhbərliyi qəzanın tezliklə baş verməsini istəməsələr də, gözləyirlər... Belə olmasaydı, martın 4-də BŞİH əməkdaşları binaya baxış keçirəcəyini deyib, sakinləri aldatmazdı...

 

Elmidar Əliyev


      
Bu xəbər 146 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar