TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


Dr.Nazilə Abbaslı: "Güneydə mübarizə aparan insanlarımız gələcək nəsil üçün mərdlik simvoludurlar" ( 2010-03-06 )

Dr.Nazilə Abbaslı: "Güneydə mübarizə aparan insanlarımız gələcək nəsil üçün mərdlik simvoludurlar"

 

Türkiyədə fəaliyyət göstərən Türk Müzik Birliyi kanalının xarici əlaqələr üzrə şöbə müdüri və Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının Türkiyə təmsilcisi, araşdırmaçı-junalist dr. Nazilə Abbaslının müsahibəsini oxucularımıza təqdim edirik:

 

- Nazilə xanım, təmsil etdiyiniz kanal haqqında oxucularımıza bilgi vermənizi istərdik...

- Türk Muzik Birliyi (TMB) Türkiyə, Azərbayan, Qazaxıstan, Qırğıstanıstan, Türkmənistan, özbəkistan, Tatarıstan və s. türk diyarlarında ortaq yayımı gerçəkləşdirən bir kanal olacaq. Məqsədimiz müasir türk musiqisini dünya səviyyəsində tanıtdırmaqdır. İstəyir ki, hər bir türk insanı öz sənətkarını tanısın və ona qulaq assın. Yəni ortaq müasir türk musiqisini yayımını ortaya gətirməkdir. çünki türk ölkələrinin heç birində müsiqi yayımını təmin edən sırf musiqi kanalı yoxdur. İnanırıq ki, başladığımız missiyanı uğurla gerçəkləşdirə biləçəyik.

- ümumiyyətlə, Azərbaycan musiqisinə maraq neçədir?

- Bizim kanalın missiyası yuxarıda qeyd etdiyim kimi bütün türk dünyasını müasir musiqisini yaymaqdır. Ayrıca olaraq onu demək istərdim ki, Azərbaycan musiqisinə maraq və sevgi sonsuzdur. Mənim şəxsi fikrimə görə bu gün Türkiyə sənətkarlarının oxuduqları mahnıların xəmirinin  kökü Azərbaycan musiqisindən yoğrulduğu aydın olur. Azərbaycan musiqisində həyatın hər yönü var, sevgi-kədər bunlar çulğalaşaraq özünə məxsus forma alaraq indiyə kimi davam etməkdədir. Dünyanın hər yerində Azərbaycan musiqisinə qulaq asan insanlar cox zövqlə dinləyirlər və onu asanlıqla improvizə edə bilərlər. Bir millətin ruhsullağı, daha doğrusu,  o milləti təsdiq edən faktor onun milli musiqisidir.

- Kanalı indiyə kimi nə qədər insan izləyib? Dəqiq də olmasa, təxmini bir rəqəm deyə bilərsiniz?

- Sizə tək bir rəqəm söyləyəcəm. İki aydır ki, fəaliyyət göstəririk artıq kanala baxanların sayı 30 mini keçib. Hazırda, ən çox kanalı izləyən ölkələr içərisində Azərbaycan, özbəkistan, İran, İraq öndədir. Başqa sözlə desək, Türkün ayaq basdığı hər yerdə varıq.

- Azərbaycanda nümayəndəliyiniz fəaliyyyət göstərirmi və ya belə bir nümayəndəliyin açılmasını planlaşdırırsınızmı?

- çox gözəl bir sual verdiniz. Bütün türk cümhuriyyətlərində təmsilçiliklərimiz açılıb və Azərbaycanda işlərimizlə "Xalq qəzeti"nin əməkdaşı Aydın Tahiroğlu məşğuldur. Eyni zamanda kabel sisteminə daxil olmuşuq. KATV-1 də fəaliyyət göstəririk. Onu deyək ki, böyük izləyici auditoriyamız var. Gündə 50-60 dəfə türk ölkələrinin bayraqları dalğalanır. Başqa bir kanalda Azərbaycan bayrağının dalğalanması üçün nə qədər maliyyə xərcləmək lazımdır. Bu kanalda demək olar ki, hər gün Azərbaycan bayrağı dalğalanır.

- Siz həmdə Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının Türkiyə təmsilçisiniz. Azərbaycan diasporu haqqında fikirlərinizi bimək maraqlı olardı...

- Bu çox çətin məsələdir. Bu gün biz dünyada ən güclü diaspor olaraq erməni və yəhudilərin malik olduğu diasporunu göstəririk. Bəs, bizim niyə güclü və vahid bir diasporumuz olmasın? Biz Azərbaycan diasporunun güclü olmasını ancaq arzulayırıq. çox təəssüflər, bizdə bəzən iş görməkdənsə danışmağa üstünlük verirlər. Hazırda mənasız yerə danışmaqla yox, ağıllı iş ortaya qoymaqla nəyəsə nail olmaq mümkündür. Erməni diasporunun ən güclü fəaliyyət göstərdiyi ölkələrdən biri də Türkiyədir. Biz dünyanın hər yerində yaşayan insanlarımızı təşkilatlandırmağı bacarmalıyıq. İnanıram ki, mənə tapşırılan vəzifəni məsuliyyətlə həyata keçirə biləcəyəm. çünki mən hər hansı bir işə yanaşıram ki, ilk öncə onu məsuliyyətini hiss edərək bir işin altına girirəm. Atdığım hər hansı bir addımda yanlışlıq baş verirsə, onu başqasında yox, özümdə axtarıram. Məsuliyyət, intizam mənim iş prinsipimin ana xəttidir.

- Sizcə, Türkiyə Ermənistanla sərhədləri açacaqmı?

- Mənim şəxsi fikrimi soruşsanız, deyə bilərəm ki, bəli, açacaq. Burada kimsə kimsəni aldadmasın. İki üstə gəl iki, bərabərdir dörd. Yəni bunun beş olması mümkün deyil. Bu məsələdə düymə Amerika və bu işin arxasında duran qüvvələrin əlindədir. Ssenarini onlar cızmışlar və proseslər də onların istədiyi şəkildə davam edir.

- Nazilə xanım, Guney Azərbaycan Milli Hərakatı haqqında fikirləniz nədən ibarətdir?

- Baxın, Guney Azərbaycan mövzüsu hamımızın yaralı yeridir. Kim nə deyir desin, bugün dünyada iki hissəyə bölünmüş xalqlar birləşmək üçün mücadilə aparırlar və bunu qürurla da bildirirlər. Biz isə canımız bir olan qardaş və bacılarımızın yaşadıqlarını ürəklərimizdə daşıyırıq. Bir zamanlar mədəniyyəti və güclü iqtisadiyyatı olan, tarixi- coğrafiyyası ilə özünə məxsus yerlərdən birini tutan Azərbaycan hansısa böyük qüvvələrin senarisinin qurbanı oldu. İndi də azadlıq və müstəqillik uğrunda durmadan mübarizə aparan insanlarımız müasir dünyanın sərt üzü ilə baş-başa qalmışlar. Bundan sonra nə etməli, nəyi nə zaman hansı şəraitdə gercəkləşdirməyin yolu düşünülməlidir. Buna uyğun addım atılmalıdır.

- Fikirlərinizdən aydın olur ki, Sizin Milli Hərakatla bağlı baxışlarınız müsbət tondadır...

- Böyük Millətimizin bütünlüyü və bərabərliyi üçün tarixi fürsəti nikbinsiz deyil, ağılla dəyərləndirmək lazımdır. Mən heç bir şeyə ümidsiz baxmadım və bundan sonra da milli dava məsələsində ümidlə addımlayacam. Mənim mübarizəmin əsas qayası ümiddir. Tarixi təkamül davam edir və millətimiz bunun fonunda inkişaf edir. Əminəm ki,  yaxın tarixdə hər şey öz yerini tutacaq və ədalət qalib gələcəkdir.

 

Elnur Eltürk,

GunAz.TV-nin xüsusi müxbiri

Xüsusi olaraq "Təzadlar" üçün 


      
Bu xəbər 138 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar