TƏZADLAR

                           
O, başqasına quyu qazdı, axırda... türməyə düşdü...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
Tezadlar@tezadlar.az tezadlar@mail.ru

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


"Şərədil"də nə baş verir? ( 2010-03-06 )

"Şərədil"də nə baş verir?

 

Şamaxı və Ağsu sakinləri ayağa qalxdı...

 

Artıq neçənci dəfədir ki, redaksiyamıza Şamaxı rayonunun Şərədil kəndinin və Ağsu rayonunun bir qrup  sakinləri tərəfindən olduqca ciddi məsələdən bəhs edən şikayət məktubu daxil olur. Düzü, hər dəfə də məlum müraciətdə qeyd olunanları araşdırıb sonra qəzet səhifəsinə çıxarmaq istəmişik. Təbii ki, daxil olmuş müraciəti aidiyyəti ünvanlara göndərmişik ki, şikayət məktubunda göstərilənlər araşdırılsın və nəticəsi barədə redaksiyaya məlumat verilsin. Amma nədənsə, ikinci dəfədir ki, göndərdiyimiz məktubu sükutla qarşılayırlar... Bu dəfə də oxşar ünvan, oxşar şikayət və oxşar da münasibət...

 

Söhbət Şamaxı rayonunda Ağsu dolayı kimi tanınan ərazidəki qalmaqallı məsələdən gedir. Və qalmaqqalı şikayətə səbəb isə Şamaxı rayonunun Şərədil kəndi ərazisində, Ağsu dolayında yerləşən "Şərədil" İstirahət Mərkəzində baş verən olaylardır. Məktubda olduqca ciddi ittihamlar səsləndiyindən, xüsusən də ARDNŞ prezidenti Rövnəq Abdullayevin adı hallandığından dünən ARDNŞ-nin Mətbuat Xidmətinin rəhbəri Nizaməddin müəllimlə telefon əlaqəsi saxladıq. Məktubda bəhs edilənlər barədə, həmçinin Ağsu dolayında yerləşən "Şərədil" İstirahət Mərkəzinin ARDNŞ prezidentinə məxsusluğu, buranın rəhbəri Nazim Həsənovla digərlərinin nə işlə məşğul olmaları və s. barədə onu məlumatlandırdıq... Qarşı tərəf şifahi sorğuya cavab verməkdən dolayısı ilə imtina etməklə, həmin şikayət məktubunun ARDNŞ-yə rəsmi qaydada göndərilməsini təklif etdi.

Təbii ki, biz də həmin təklifi qəbul etdik, amma həm də məlumat verməyi vacib sayırıq ki, artıq ikinci dəfədir oxşar məzmunlu məktubu məlum ünvana göndəririk, amma cavab gəlib çıxmır ki, çıxmır...

***

Beləliklə, həm də qəzetimizin bölgə müxbiri Allahverdi Zamanlıya məlum şikayət məktubunda qeyd edilənlərin araşdırılması tövsiyyə olunub.

Qeyd edək ki, Şamaxı rayonunun sakinləri X.Əliyevin, H.Kamalovun və başqalarının imzası ilə daxil olmuş Prezident İlham Əliyevə ünvanlı məktubda Ağsu dolayındakı "Şərədil" İstirahət Mərkəzində baş verən biabırçılıqlar qeyd olunur... Şikayətçilər bu istirahət mərkəzinin "əxlaqsızlıq yuvası" kimi fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, həm də mərkəzin rəhbəri Nazim Həsənov və Sərxan adlı şəxslərin pis əməllərindən, kəndin adını rüsvay etdiklərindən və s. bəhs edirlər. Hətta onu da qeyd edirlər ki, ola bilsin adı çəkilənlərin əməllərindən Rövnəq Abdullayevin xəbəri yoxdur...

***

Bəli, biz də elə hesab edirik ki, ARDNŞ prezidenti R.Abdullayevin çətin ki, bu qeyd olunanlardan xəbəri olsun. Cənab R.Abdullayevin başı daha ciddi məsələlərə, o cümlədən ölkənin neft və qaz siyasətinə qarışdığı bir vaxtda onun hansısa "Şərədil" adlı istirahət mərkəzində baş verənlərdən necə xəbəri olmalıdır?

Bir sözlə, araşdırmamız davam edir və həmin şikayəti aidiyyəti üzrə ARDNŞ-ya göndərdik. Yəqin ki, tezliklə nəticəsi barədə redaksiyaya cavab veriləcək və sadə insanları-kənd sakinlərini narahat edən məsələlərə son qoyulacaq, "Şərədil" pis-pis işlərə deyil, gerçəkdən vətəndaşların istirahətinə xidmət edəcək.

Əməkdaşımızın araşdırma yazısını isə növbəti sayımızda təqdim etməyə çalışacağıq.

 

M.Aydın


      
Bu xəbər 171 dəfə oxunub.
Ən son Yeniliklər
 Xanış Məmmədovun söz dünyası...
 Keçmişimiz -tariximiz...
 Hilal Xəlilovun "baş-ayaq" qərardadı
 Cəbhə xəttindəki döyüşdə yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib
 Azərbaycan Müdafiə Nazirliyi şəhid olan hərbçilərin adlarını açıqlayıb
 Ombudsman İmişli və Beyləqan rayonlarında ictimai dinləmələr keçirib
 İstanbul-Bakı reysi ilə hərəkət edən avtobus qəzaya uğrayıb
 Tapdıq Abbas: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı namizədliyimi müdafiə edir”
 Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb
 “Qarabağ” Seçki Bloku rəsmən təsis olunub
 Dövlət Bayrağı Meydanında partlayıcı aşkarlanıb
 “ABU-nun qanuni tələbələri sentyabrın 15-dək müvafiq özəl məktəblərə köçürüləcəklər”
 Misir Mərdanov özəl ali məktəblərə xəbərdarlıq etdi
 Təhsil İşçilərinin Respublika Konfransı keçirildi
 Erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını istəmir
 NATO Parlament Assambleyasının payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirilə bilər
 "Təzadlar" - haqqı tapdalayanların yox, haqqı tapdalananların qəzeti!
 Asif Mərzili "Ramazan və İslam dünyasının birliyi" adlı beynəlxalq konfransda iştirak etdi
 "Həzrəti Yusif" filmi, SÖZ-ün qüdrəti
 Səsin də sehri, sirri var
 Sel qurbanları "Təzadlar"dan kömək istəyir
 ABU müəllimləri "Təzadlar"da oldu
 Azərbaycanda ilk dəfə - tələbələrin onlayn qəzeti təsis olunub
 Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşından qanunsuz hərəkət
 Gəncəbasar aşıq sənətində musiqi ifaçılığı
 
 
Copyright © 2006 Təzadlar