 Türkiyədə Bəxtiyar Vahabzadə günləri keçirildi Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin vəfatından bir il ötdü. ötən müddət bir daha göstərdi ki, Bəxtiyar Vahabzadə cismən aramızda olmasa da, onun adı və ruhu daimidir, həmişəyaşardır. Bu qənaətimizi yaxın günlərdə Türkiyədə keçirilən Bəxtiyar Vahabzadə günləri bir daha təsdiqləmiş oldu. Bu dəyərli tədbir barədə "Elm" qəzetində ötən həftə dərc olunmuş bir yazını olduğu kimi təqdim etməklə, böyük ədibin ruhuna Allahdan rəhmət diləyir, Bəxtiyar Vahabzadə dünyasının nə qədər əhatəli olduğu barədə bilgiləri bir daha cilalamaq istəyirik: XX əsr Azərbaycan poeziyasının ən görkəmli yaradıcılarından olan xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərmişdir. Böyük istiqlal şairinin adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında ehtiramla anılır, ardıcıl olaraq onun yaradıcılığına həsr olunmuş müxtəlif məzmunlu tədbirlər keçirilir. Görkəmli Azərbaycan şairinin dünyasını dəyişməsinin ildönümü günündə qardaş Türkiyənin Ərdəhan şəhərində keçirilən "Azadlığın səsi Bəxtiyar Vahabzadə" Beynəlxalq Simpoziumu da belə tədbirlərdən biri idi. Atatürk kültür Mərkəzinin, Ərdəhan Valiliyinin, Ərdəhan Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri beynəlxalq simpoziumda, həmçinin Azərbaycanın, Türkiyənin, Gürcüstanın və Şimali Kipr Türk Respublikasının bir sıra nüfuzlu elm ocaqları təmsil olunurdu. *** Fevralın 13-də Türkiyənin Ərdəhan şəhərindəki Xalq Maarif Mərkəzinin böyük konfrans salonunda açılış mərasimi ilə öz işinə başlayan simpoziumda böyük Atatürkün xatirəsi sayğı duruşu və İstiqlal marşı ilə yad olundu. Beynəlxalq simpoziuma ev sahibliyi edən Ərdəhan Universitetinin rektoru prof.-dr. Ramazan Korkmaz simpoziuma gələn qonaqları və iştirakçıları salamlayandan sonra qürur hissi ilə qeyd etdi ki, Ərdəhan Universitetinin yaranma tarixinin iki ili tamam olmasa da, universitetdə keçirilən ikinci böyük tədbirin - beynəlxalq simpoziumun Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunması təbii haldır. çünki Bəxtiyar Vahabzadə Azərbaycanla yanaşı, həm də Qafqazın, Orta Asiyanın, bütün Türk dünyasının, bütün insanlığın şairidir, Bəxtiyar Vahabzadə kimi zirvədə duran böyük sənətkarların özlərinin xatırlanmağa, yada salınmağa ehtiyacı olmasa da, bizim onları xatırlayıb yada salmağa, onlardan öyrənməyə ehtiyacımız var. Simpoziumun taşkilində və keçirilməsində iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatı tarixində Bəxtiyar Vahabzadənin rolundan, onun bəşəri mövzulu və milli ruhlu poeziyasının milyonlarla insan şüuruna nüfuz etməsindən, sərt sovet rejimi dövründə şairin azərbaycançılıq məfkurəsini inkişaf etdirməsindən danışdı. Akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş beynəlxalq simpoziumun bir neçə yönümdən faydalı olub mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. İlk növbədə simpoziumun Azərbaycan ədəbiyyatının, onun görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığının qardaş Türkiyədə daha dərindən təbliğ olunmasına xidmət edəcəyinə və bundan sonra Naxçıvan Dövlət üniversiteti ilə Ərdəhan Universiteti arasında elmi-mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Simpoziumun açılış mərasimindəki çıxışının sonunda akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublikası-Əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi Bəxtiyar Vahabza-dənin portretini Ərdəhan Universitetinin rektoru, prof.-dr. Ramazan Korkmaza təqdim etdı. Həmçinin Naxçıvan Dövlət Universiteti adından aparılan yüzdən artıq elmı-pedaqoji və bədii kitablar, lüğətlər, həmçinin Bəxtiyar Vahabzadənin əsərləri də Ərdəhan Universitetinin kitabxanasına hədiyyə olaraq verildi. Simpoziumun açılış mərasimində çıxış edən Ərdəhan valisi MustafaTəkmən qardaş Azərbaycanın görkəmlı şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş belə mötəbər tədbirin məhz Ərdəhanda keçirilməsindən məmnun olduğunu bildirdi. Bəxtiyar Vahabzadəni türk şairi Mehmet Akif Ərsoya bənzədən vali bu kimi tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu vurğuladı. Vali iki qardaş respublikanın qırılmaz tellərlə bağlı olan dostluğundan, bu dostluğun əbədiliyindən, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsində "Bakı-Tbilisi-Ceyhan" qaz kəmərinin, "Bakı-Tbilisi-Qars" dəmir yolunun rolundan və bu layihələrin Ərdəhanın gələcək inkişafına təsirindən danışdı. Atatürk Kültür Mərkəzi Başkanı, professor-doktor Osman Horata sımpoziumun açılış marasimindəki çıxışında Türk-Azərbaycan qardaşlığından geniş danışaraq bu mövzunun Bəxtiyar Vahabzadə yaradıcılığında geniş əks olunmasına, şair tərəfındən bu qardaşlığın "Bir ananın iki oğlu" kimi dəyərləndirilməsinə aid örnəklər gətirdi. Qeyd olundu ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, Şərqdən Qərbə bütün türk dünyasının şairidir. Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Prezidenti Abdııllah Gülün, Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğanın və bir sıra millət vəkillərinin "Azadlığın səsi Bəxtiyar Vahabzadə" Beynəlxalq Simpoziumuna təbrik məktubları oxundu. Ən yaddaqalan məqamlardan biri simpozium iştirakçılarının Ərdəhan şəhərinin ən işlək küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi mərasimində iştirakı oldu. Simpozium iştirakçılarının və yerli əhalinin toplaşdığı keçmiş "Konqres" küçəsindəki binalardan birinin divarına "Bahtiyar Vahapzade caddesi" yazılmış lövhə vuruldu. Bu münasibətlə keçirilən mərasimdə Ərzurum millət vəkili, prof.-dr. İbrahim Kavaz. Atatürk Küllür Mərkəzinin sədri, prof.-dr. Osman Horata, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Bartin Universitetinin rektoru, prof.-dr. Ramazan Kaplan, Ərdəhan Bələdiyyə sədrinin vəkili Yusuf Dəmirçi, çıldırlı aşıq Şərəf Taşlıova və Ərdəhan Universitetinin rektoru Ramazan Korkmaz çıxış edərək Ərdəhanda bu küçəyə görkəmli Azərbaycan şairinin adının verilməsini Ərdəhan və Valiliyinin və şəhər balədiyyəsinin Bəxtiyar Vahabzadə irsinə hörməti, həm də iki qardaş xalq arasındakı mənəvi körpünün daha da genişlənməsinə böyük qayğı kimi dəyərləndirdilər. 0 da vurğulandı ki, məhz universitetə gedən küçəyə Bəxtiyar Vahabzadənin adının verilməsi xüsusi məna daşıyır və gəncliyin Bəxtiyar Vahabzadə irsinə məhəbbat ruhunda tərbiyələnməsinə kömək göstərəcəkdir. Ərdəhan şəhərindəki küçələrdən birinə xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi çoxlarında qürur hissı doğurduğu kimi, tədbirdə iştirak edən bu sətirlərin müəllifınin də kövrək duyğuları elə oradaca həzin misralara çevrildi: Həsrətimiz uzaqlaşan daş oldu, Kədərimiz bir sevincə tuş oldu, ünvanlara yeni ünvan qoşuldu- Ərdəhanla Vahabzadə küçəsi Ər əməllər kişiləri ər etdi, ürəklərdə yaşamağa yer etdi. Qış günündə şaxtanı da əritdi Ərdəhanla Vahabzadə küçəsi Türk qardaşım qol salaram boynuna, Sən son qoydun zamanın çox oyununa. Bir körpü də aldı bizi qoynuna Ərdəhanla Vahabzadə küçəsi Bəxtiyar Vahabzadə küçəsində keçirilən mərasimdən sonra simpozium öz işini davam etdirdi. Simpoziumun millət vəkili, prof.- dr. İbrahim Kavazın, Barlin universitetinin rektoru, prof.-dr. Ramazan Karlanın, azərbaycanlı prof.-dr. Kamil Vəli Nərimanoğlunun, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən dörd iclasında Baxtiyar Vababzadə irsinin ayrı-ayrı yönlərini təhlil edən 16 məruzə dinlənildi Türkiyənin müxtəlif şəhərlərindən, qonşu Gürcüstandan, Şimali Kipr Türk Respublikasından gələn elm adamlarının məruzələri ılə yanaşı, azərbaycanlı alimlərdən İsa Həbibbəylinin, Kamil Vəli Nərimanoğlunun, Xanəli Kərimlinin, Iman Cəfərlinin, Vaqif Məmmədovun, Vüqar Sultanzadənin, Rövşən Əlizadənin Bəxtiyar Vahabzadə yaradıcılığını əks etdirən müxtəlif mövzulu məruzələri də simpozium iştirakçıları tərəfindən dinlənildi. Simpoziumun bağlanış iclasında Ərdəhan Universitetinin rektoru, prof.-dr. Ramazan Korkmaz və Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bir daha simpoziumun əhəmiyyətini qeyd etdilər və gələcəkdə də bu kimi müştərək tədbirlərin keçirılməsinə önəm verəcəklərini vurğuladılar. *** Simpozium iştirakçılarından bir neçə nəfər, o cümlədən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli simpoziumun təşkilat komitəsi adından xüsusi plakatla mükafatlandırıldılar. Akademik İsa Həbibbəyli çıxış edərək simpoziumun təşkilalçılarına, xüsusilə bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinə qayğı və diqqət göstərən vilayət rəhbərliyinə minnətdarlıq etdi və qədim Naxçıvanın rəmzinə çevrilmiş bir mənzərə rəsmini - Əməkdar rassam Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi "İlanlı dağ" tablosunu xatirə hədiyyə kimi Ərdəhan valisi Mustafa Təkmənə təqdim etdi. Simpoziumun ilk günü gecə saatlarında çıldırlı tanınmış aşıq Şoraf Taşlıovanın saz havaları üstündə oxuduğu mahnılarla sona çatdı. *** Simpoziumun ikinci günü Ərdəhan yaxınlığındakı füsünkar gözəlliyi ilə görənləri heyran edən Yalnızçam dağına 3-4 saatlıq gəzinti davam etdi. Azərbaycanın əzəmətli şairi Baxtiyar Vahabzadənin yaradıcılığına, poeziyasına həsr olunmuş simpozium qarlı dağın ətəyindəki istirahət zonasında çay süfrəsi arxasında şeir məclisi ilə sona çatdı. Həmin gün Naxçıvan Dövlət Universitetindən gedən nümayəndə həyəti yolüstü Qars şəhərinə dönüb Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirəndən sonra Qars Qafqaz Universitetində olub rektorluqda qısamüddətli görüş keçirdilər. Səfər çərçivəsində Ərdəhan və Qars universitetlərində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı ixtisaslarının dərsliklər və əlavə ədəbiyyatlarla təchiz edilməsi, Naxçıvan Dövlət universitetində baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin Qafqaz Universitetində staj keçmələri universitetlər arası elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılmış, müvafiq razılıq əldə olunmuşdur. Vaqif Məmmədov, Naxçıvan Dövlət Universiteti "Qeyrət" nəşriyyatının direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmləri namizədi
Bu xəbər 147 dəfə oxunub. |