 Hillari Klinton ABŞ Administrasiyasının “erməni soyqırımı” haqqında qətnamənin Konqresdə müzakirəsinin qarşısını almağa çalışacağını bəyan edib ABŞ dövlət katibi Hillari Klinton Amerika Administrasiyasının uydurma “erməni soyqırımı” haqqında qətnamənin Konqresdə müzakirəsinin qarşısını almağa çalışacağını bəyan edib. “BBC News”-un verdiyi məlumata görə, H. Klinton belə bir qətnamənin qəbulunun əleyhinə olduqlarını açıqlayıb: “Biz əminik ki, Konqres də bununla bağlı heç bir qərar qəbul etməyəcək”.
H. Klinton etiraf edib ki, Barak Obama 2008-ci ildə prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı 1915-ci ildə baş vermiş hadisələri soyqırımı kimi tanıyacağına söz verib. “Lakin indi vəziyyət ciddi şəkildə dəyişib”, - deyə xanım Klinton vurğulayıb.
Qeyd edək ki, martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi uydurma “erməni soyqırımı” haqqında qətnaməni qəbul edib.
Artıq Türkiyə bu qərarı kəskin pisləyib, buna etiraz olaraq ABŞ-dakı səfirini də geri çağırıb.
Azərbaycan da prezident və parlament səviyyəsində qətnamənin qəbuluna kəskin etiraz bildirib.
Bu xəbər 128 dəfə oxunub. |