- 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
- 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
-
02:20
Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
- 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
-
00:59
Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
- 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
- 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
- 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
- 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
- 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
- 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"

“İpək Yolu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək”
Tarix: 21/1/2017
Yanvarın 19-da Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib və sualları cavablandırıb.
Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak edirdilər.
Tədbirin aparıcısının “Müasir İpək Yoluna yatırılan siyasi və infrastruktur investisiyalarının Asiya və Avropada iqtisadi artıma və ahəngdarlığa necə təsir göstərir, İpək Yolu təkcə torpaq üzərindən yox, həm də dənizdən keçir” sualına cavabında Prezident İlham Əliyev deyib:
- İpək Yolundan danışdıqda biz bu təşəbbüs haqqında daha böyük mənzərəni gözümüzün önünə gətirməliyik. Regionda etibarlı siyasi münasibətlər olmazsa biz yalnız nəqliyyat infrastrukturuna investisiya yatırmaqla müvəffəqiyyət qazanmayacağıq. Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur. Regional əməkdaşlıqdan danışdıqda bu, çox geniş əməkdaşlıqdır. Çünki bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər sektorları əhatə edir. Buna görə də bizim niyyətimiz həmişə ölkələrə, insanlara fayda verəcək, regionda planlaşdırıla bilən, sabitliyi artıran və regionumuzda yaşayan bütün insanlar üçün bərabər imkanlar yaradan layihələrə başlamaq və onlarda iştirak etmək olmuşdur. Buna görə də Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki, bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq. Eyni zamanda, biz dəniz limanı infrastrukturuna sərmayə yatırırıq. Hazırda biz ildə 25 milyon tondan çox yük qəbul edəcək Xəzər regionunda ən böyük dəniz limanını tikirik. Əlbəttə ki, sizin də düzgün qeyd etdiyiniz kimi, bu yol həm də dənizdən, Xəzər dənizindən keçməlidir. Ona görə də bu layihənin davamlı inkişafını təmin etmək üçün kifayət qədər nəqliyyat infrastrukturu, limanlar, gəmilər və tankerlər mövcud olmalıdır.
Daha sonra tədbirin aparıcısı İpək Yolu layihəsinin reallaşmasında Çinin fəaliyyəti və bu layihədə iqtisadi diplomatiyanın rolu ilə maraqlandı.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər