- 08:48 Minsk qrupunun həmsədrləri İrəvan hadisələri ilə bağlı bəyanat yayıb
- 17:56 Nikol Paşinyan: “Qalib xalq, təbrik edirəm”
-
17:05
Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
- 14:29 “QAZ” markalı avtomobillər yığılacaq - HACIQABULDA
- 14:01 Energetika nazirinə yeni köməkçi təyin olunub
- 13:48 22 mayda keçiriləcək hərraca 70 dövlət əmlakı çıxarılıb
- 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı
-
12:45
Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
- 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
- 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
-
11:30
Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
-
11:14
ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı

Saxta ərzaqlar: gələcəyimizi məhvə aparan bu məhsullar süfrəmizə necə yol tapır?
Tarix: 24/10/2017
Dövlət Gömrük Komitəsi və aidiyyəti dövlət qurumları niyə ən vacib istehlak məhsullarının saxtalaşdırılmasının qarşısını ala bilmir?
...Çəkdiyim nümunəyə görə məni qınamayın: bəyənmədiyimiz Sovet dövründə Azərbaycanda bir inəkdən 2 buzov, hər inəkdən 3-4 min litr süd istehsal edildiyi bir vaxtlarda belə bazar-dükanlarımızda kərə yağı qıtlığı yaşanırdı.
Amma indi dükanlarımızda etiketində Afrikadan tutmuş Novıy Zellandiyaya, Rusiyaya... kimi bütün ölkələrin adı yazılmış yağlar göz oxşayır. Qiyməti də od tutub yanır. Amma alıb evə gətirib yeməyə başlayanda kərə yağına aid olmayan qoxu dərhal səni iyrəndirir...
Anasını baltalama, atasını güllələləmə... kimi cinayəti törədənlərin mayasında hansı yağın təsiri var?
“Təzadlar” dəfələrlə qida maddələrinin insan orqanizminin inkişafındakı rolundan yazıb. Sirr deyil ki, hazırda dünyada geni dəyişdirilmiş, sintetik ərzaq məhsullarının istehsalı qarşısıalınmaz həddə çatıb. Konkret misal çəkə bilərik ki, təbii süddən pendir düzəldərkən onun 7-12 faizi pendirə çevrilir, qalan hissəsi isə suya çıxır. Amma indi bəzi iş adamları, hətta “paraşok” süddən pendir düzəldərkən südə hansısa kimyəvi maddə qatırlarsa, südün demək olar 80-90 faizi pendirə çevrilir. Bu necə baş verir???
Yumurtadan təzə çıxmış cücə 30-40 gün ərzində necə iri toyuq ola bilir?
Ev quşlarının necə böyüməsi və iri çolpaya çevrilməsi prosesini kənddə böyüməyən məktəbli uşaq da bilir, ən azı kitabdan, internetdən öyrənib-bilgilənmək imkanına malikdir... Amma bizim işbazlar bu təbiiliyin qarşısına yekə bir süni “elmi kəşf” də atıblar. İndi broylerlərdə yumurtadan təzəcə çıxandan 30-40 gün sonra 1-2 kq-lıq toyuq peyda olur. Təsəvvür edirsinizmi, orqanizmə görün hansı kimyəvi maddələr daxil olur ki, sonda qısa vaxt ərzində onun sürətlə böyüməsinə gətirib çıxarır...
İstixanaların pomidor-xiyarı kimyəvi maddələrin bazası kimi...
İndi il boyu bazar-dükanı bəzəyən pomidor-xiyarı bazarlarda görmək olar. Artıq istehsalçı-fermerlər rahat yol tapıblar. Hamı “parnik”lə işləyir. Yayda üstunu açır, qışda isə bağlayıb məhsul yetişdirir. Eyni gübrəli torpaqda il boyu eyni məhsul yetişdirilir və bazara çıxarılaraq evimizə kimyəvi maddə daşıtdıran mənbəyə çevrilir. Bəs bu işbazlara qarşı dövlət səviyyəsində hansı mübarizə və tövsiyyələr, istiqamətlər var???
Gələcəyimizi məhvə aparan ərzaq istehsalı...
Günəş şüası görmədən, qapalı yerdə və elektrik lampasının işığında kimyəvi maddələrin hesabına yetişdirilən heyvanlar, tərəvəz məhsulları, meyvələr... genimizə, deməli gələcəyimizə kimyəvi zəhər daşıyan bir vasitədir. Tsəvvür edirsinizmi, ana həmin sintetik ərzağı yeyir, sonra körpəsini ondan yaranmış süd ilə əmizdirir... Və sonda həmin südü içən və böyüyən uşaq, indiki kimi, atasını baltalayır, anasının başını kəsir, bacısını zorlayır, nənəsini 5 manata görə qətlə yetirir, dostunu qanına qəltan edir...
***
...İndi elektronika əsridir. Adicə kompüterə, planşetə virus düşür və bu qurğuların beynini dağıdır. Texnikaları qorumaq üçün onların “bədəninə” anti-virus yükləyirik... Bəs bizim bədənimizə-gələcəyimizə darışmış bu ərzaq viruslarını təmizləmək və məhv etmək üçün hansısa anti-virus mövcuddurmu? Yoxdur... Özümüzü və deməli, gələcəyimizi qorumaq üçün təbii ərzaqların istehsalına üstünlük verilməlidir. Xüsusən də gənc anaların... Gənc analar isə boşanmaqdan ötrü ölür. Niyə? Niyə adi bir sosial problemlərə dözümsüzlük var? Təsəvvür edirsinizmi, bu ilin əvvəlindən, yəni təxminən 10 ay ərzində Azərbaycanda 10 min ailə boşanıb, tifağı dağılıb. Bunların hamısı, zənnimizcə, saxta və sintetik ərzaqların təsirindəndir. Gənclərin beyni həmin viruslarla doludur. Onları isə hələki təmizləmək mümkünsüz kimi görünür...
Yasəmən Məmmədli

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər