DataLife Engine > Çap üçün versiya > ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR
DataLife Engine Azerbaijan Support > İqtisadiyyat, Manşet > ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR

ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR


3-03-2017, 15:05. Yerləşdirdi: memmedov
Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illi tamam olur.
ADAU-nun mətbuat xidmətindən "Tezadlar.az"a bildirilib ki, bu münasibətlə təhsil müəssisəsinin Aqronomluq fakültəsində geniş tərkibdə semminar keçirilib.
Azərbaycanda coğrafiyanın, torpaqşünaslığın, əkinçiliyin, bitkişilik elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya və meşəşiliyin simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətlərindən danışılıb. Semminarı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb və deyib ki, Həsən Əliyev bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr verən görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınan ictimai xadim Həsən Əliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

ADAU-un Aqronomluq fakültəsinin Ekologiya və meşəçilk kafedrasının professoru Zakir İbrahimov məruzəsində vurğulayıb ki, Həsən müəllim üçün torpaq və vətən anlayışı olduqca müqəddəs idi. Bu müdrik insanın fikrincə, torpaq ona görə cazibədardır, doyumsuz və həmişə cavandır ki, ona anamızın südü hopmuşdur, atalarımızın çörəyinin ətri, dadı qarışmışdır, xalqımızın maddi və mənəvi dünyasının inciləri, ləyaqəti onda yuva salmışdır. Təsər­rüfat­sızlıq ucundan eroziyaya uğrayan bəhrəsiz torpaqlara acıyaraq akademik yazırdı: “İnsanlar başa düşməlidir ki, bizə “dərisi soyulmuş”, meşəsi, quşu məhv olmuş, dava-dərmandan gömgöy göyərmiş “ölü” torpaq deyil, bayram libaslı, bahar nəfəsli, quş nəğməli, bağlı-bağatlı, hər qarışı bərəkətli torpaq lazımdır. Torpaq bizim ilk və son beşiyimizdir. İndi torpaq insanların günahı ucbatından ölü varlığa çevrilir. Torpağın özü-özünə yük olur. Torpağı simasızlaşdırmaq cinayətdir, təmiz çölləri qorumaq, münbitləşdirmək lazımdır. Torpağı vicdanla, məsuliyyətlə, nizam-intizamla becərsən, o, bizdən heç nəyini əsirgəməz. Həqiqi sahibi olmayan torpaq yetimdir. Hər şey torpağın üstündə bitir. Bu mənada insan üçün torpaqdan kənar təbiət anlayışı yoxdur”.
Çıxışlarda isə Həsən Əliyevin cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verməsindən danışılıb, bildirilib ki, akademikin "Həyəcan təbili" əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır.

ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR
ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR
ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR
ADAU-da Həsən Əliyevin yubileyi qeyd edilib - FOTOLAR

Geri