DataLife Engine > Çap üçün versiya > Gömrükçülər 32 min siqaret müsadirə edib
DataLife Engine Azerbaijan Support > İqtisadiyyat, Son Dəqiqə > Gömrükçülər 32 min siqaret müsadirə edib

Gömrükçülər 32 min siqaret müsadirə edib


17-07-2017, 15:10. Yerləşdirdi: admin
Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, “Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Tezadlar.az"a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı, yuk yerində üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 15.000 ədəd “De Santıs White” və 17.000 ədəd “Cavallo Play” markalı siqaretlər askar edilib.
Faktla bağlı araşdırma aparılır.

Geri