DataLife Engine > Çap üçün versiya > PREZİDENT İLHAM ƏLİYEV FÜZULİDƏ YOL TİKİNTİSİNƏ 4,7 MİLYON MANAT AYIRDI
DataLife Engine Azerbaijan Support > İqtisadiyyat > PREZİDENT İLHAM ƏLİYEV FÜZULİDƏ YOL TİKİNTİSİNƏ 4,7 MİLYON MANAT AYIRDI

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİDƏ YOL TİKİNTİSİNƏ 4,7 MİLYON MANAT AYIRDI


14-08-2018, 18:51. Yerləşdirdi: admin
Prezident İlham Əliyev Füzuli rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Təzadlar"ın məlumatına görə, on beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Geri