TƏZADLAR

                           
Azərbaycan kişiləri Rusiyada təbii, türk həkimləri isə Azərbaycanda süni maylanma ilə məşğuldur...

Qəzet 1993-cü ildən cıxır

 
Menyular
Ana Səhifə
Siyasət
Movqe
Problem
Kriminal
Cəmiyyət
Müsahibə
Yaddaş
Qan Yaddaşımız
Idman
Mədəniyyət
Əyləncə
Reklam
Iqtisadiyyat
Əyalət
Dünya

Foto Albom

Axtarış


Xəbər arxivi
«

2014

»
«

October

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             

Səsvermə
Qəzetimizdən məmnunsunuzmu
Bəli
Xeyir

Redaksiya
Baş redaktor
Asif Mərzili
Redaksiya Heyəti
Bəxtiyar Vahabzadə
(www.Vahabzade.net)
Nurəddin Rza
Məmməd Araz
İlham Rəhimov
Yusif Səmədov
Şərahil Hüseynoğlu

Ünvan
Bakı , Mətbuat Prospekti,
529-cu məhəllə
Tel/Faks: 510-18-49;
510-17-74
tezadlar@gmail.com

Qan Yaddaşı

Linklər


 

 

 
 


 


İki dağın zirvəsindən ( 2010-10-02 )

İki dağın zirvəsindən

 

(Ədəbiyyatda tarix, tarixdə ədəbiyyat) 

 

Qədim Heydərbaba dağı Təbriz yaxınlığındadır. Maday və Manna etnosları öz dövlətlərini yaratmazdan öncə bu torpaqlarda məskunlaşan əcdadlarımızın inanclarında Savaş Tanrısı kimi mövcud olub. Heydər (Qedar) Orta Asiya yazılı mənbələrində Xilaskar Tanrı olaraq işlədilib. özünü Savaş Tanrısının adı ilə adlandıran etnos eramızın II minilliyindən indiyə qədər Qidar, Qetar, Qeder, Keteray, Eyder, Heydər və Qaydar olaraq Azərbaycanda var olub. 

M.Kaqankautuklunun tədqiqatına əsasən, albanlar Ketur nəslindən çıxıb. Keturlar Keteraylarla qohumdur. Hər ikisi Yafətin nəslindəndir. (İstoriya aqvan 1861. səh. 2)

Qedarlar türk dilində danışıb, İranda da türk elatı kimi mövcudluqlarını saxlayırlar. Onlar da türklər kimi Nuhun övladlarıdır və türk xalqlarının yaşadıqları ərazilərdə yayılmışlar. X yüzildə Qaraçuq (Fərab) yaxınlığında Arıs çayının Sır çayına qovuşduğu yerdə Keder adlı qəsəbə vardı. (Faruk Sümər 1992. səh.58)     

M.Kaqankautuklu bildirir ki, Albaniyanın dağlıq bölgəsində Kataroy və Katar vəngləri (monastırları) yerləşir. Onlar yalnız Atropatenada yox, Albaniyada da məskunlaşıb. (Alban tarixi. 1993. səh.75, 179)

A.Bakıxanov qeyd edir: Əmir Teymur Axat keçidindən Qoysu çayını keçib 7-8 min evdən ibarət olan Qədər şəhərini aldı. (A. Bakıxanov. 1961. səh. 82)

***

Hal-hazırda həmin yerin yaxınlığında Dağıstanda Keder adlı kiçik bir xalq yaşayır. Dağlı xalqlarının əhatəsində yaşadıqlarına görə onların dilləri dəyişikliyə məruz qalıb. Qədər-Keder sözü dilimizdə antrpoponim kimi də geniş yayılıb. Azərbaycanda Heydər, Şimali Qafqazda Haydar, Kazan tatarlarında isə Qaydar kimi işlənir.

özbəklərin "Xannamə" dastanında Heydər (dastanda Eyderi-Arslan) aslan kimi təsəvvür edilir ki, bu da qədim türk inancı ilə bağlıdır.

M.Şəhriyarın məlum əsərində Heydərbabanın qoruyucu, xilaskar kimi qələmə alınması da təbiidir:

Heydərbaba mərd oğullar doğginən,

Namərdlərin burunların ovginən.

Aşıq Ələsgərin dodaqdəyməz təcnislərində də Heydərin adı hallanır. Bu da göstərir ki, islamı qəbul edən xalqımız Savaş Tanrısının adını da unutmur.

Ələsgərin qəddi çıxdı çal indi,

Heyi yeyə, dalı reyə çal indi,

Hərcayının kəlləsindən çal indi...

Ərəb əlifbası ilə h-y-d-r kimi yazılan söz bizim dildə Heydər şəklində oxunur. Bu da təsdiq edir ki, Ələsgərin zamanına qədər gedən mübarizələrdə "Ya Allah!" nidası ilə yanaşı, "Heydər" çağırışı da qalırmış. Türk təriqətlərinin islama döyüşkən ruh gətirməsi inkaredilməzdir. Bu təriqətlərdən biri XIII əsrdə Xorasanda Əhməd Yasəvinin təsiri ilə yaranmış Heydəri təriqətidir. (Cavad Heyət. 1993. səh.147) 

Heydəri təriqət dərvişləri ağ köynəkdə, zirehsiz, yalın qılıncla qoşunun qabağında gedərdilər. Qafqaz və Anadoluda, Türkmənistanda bir ismarıc yetərmiş ki, Heydəri, Bəktaşi, Toğan və s. təriqət dərvişləri yeni qüvvələrlə köməyə gəlsin. Onlar bizi məhv olmaqdan qorudu. Xaç yürüşlərini durdurdu. Əsrlik çarpışmalardan sonra Konstantinapolu alıb İstanbul etdilər, Aya So\fiyanı məscidə çevirdilər. İlhami Cəfərsoylunun təqiqatında dediyi kimi, təbii ki, öncə Allaha çatan əzan və dua səsləri ilə

***

Heydəri yalnız təriqət yox, etnos təriqətidir. Arxalarında təkcə müridləri deyil, soydaşları da dayanırdı. Ağqoyunlu qəbilələrindən biri də məhz Heydərli olmuşdur. (Cavad Heyət. 1993. səh. 112)

Heydərbaba dağından bir az aralı, Ərdəbil yaxınlığında Əydərli kəndi var. Bu yerlər ulu, çox ulu Qedarların, Şeyx-Heydər Xataylının və bugünkü Heydərli elatının çox qədim yuvasıdır.

Heydər sözü Əbədi Canlı anlamına gəlir. Qədim türk dilində əsas mənası da açıq qapı deməkdir. Həzrət Əli əleyhissalamın adlarından biri də məhz Heydəri-Kərrardır.

Nizami Cəncəvinin atası Yusif Məhəmməd oğlu Gəncədə və Gəncə ətrafında (Gəncəbasarda) əhalini şəriksiz, rəqabətsiz bütün ağartı məhsulları ilə təmin edən bir tacir idi. Yüzlərlə əlaqəçiləri vasitəsilə uzaq yerlərə də hazır məhsullar göndərərmiş. Onun kəbinli həyat yoldaşı Gəncədə dəmirçi Rüstəmin azəri türk qızı Əminə xanımdır ki, Yusifdən 4 övladı olub. İlyas (Nizami Gəncəvi), Osman, Müzəffərəddin və Rüdabə. Nizaminin qardaşları həddi-buluğ çağında dünyalarını dəyişib. Bacısı Rüdabə isə Gəncədə azəri saray məmuruna (eşik ağasına) ərə gedib.

Yusifin Gəncənin Xərabat (Meyxana) məhəlləsində 7 binadan ibarət 100 mənzilli hasara alınmış xanimanı olub. Gəncə və ətrafların ən varlı adamlarından olan Yusif gözəlpərəstliyi ilə şərabı, əyləncəni də çox sevərmiş. ömür tarixçəsində Gəncə şəhərindən, Azərbaycanın digər diyarlarından və Yaxın Şərqdən gətirilmiş 200-dən artıq hərəmi - gözəlləri olduğu məlumdur. Bunların içərisində 100-ə qədəri kürd qızı olub. Başqa millətlərdən də onun kənizləri olub. Həmin kənizlərdən Yusif Məhəmməd oğlunun yüzlərlə oğul-qızları törəmiş, Gəncədə və diyarın başqa yerlərində himayədarları olan Yusifin qanını gəzdirərək şad-xürrəm yaşamışlar. Sözsüz ki, kürd qızlarından doğulanlara Yusif kişinin həyan olmasını bildiyindən atasına hörmət əlaməti olaraq Nizami də onlara sayğı göstərmişdir.

Haşiyə: Tanıdığımız ilk böyük qadın şairəmiz Məhsəti Gəncəvi Yusifin xalası Zülfiyyənin böyük qızı olub. Məhsətiyə Əmirin oğlu Əziz vurulur və bu sevgi qarşılıqlı olur. Onları ayırmaq üçün Əmir Hüseyn ("Qılınc və qələm"də M.S.Ordubadi bu adı Əmir İnanc kimi verib.) Məhsətini Gəncədən qovdurur. Şairə müqəddəs şəhər Qüdsə gedir. Orda yaşayır və dünyasını da orada dəyişirE Başqa mənbələrdə isə onun başqa şəhərə sürgün edildiyi göstərilir.

İlk poeması olan "Sirlər xəzinəsi"ndə Nizami əsərin yazılma səbəbləri fəslində azəri-türk valideynləri Yusif kişi və Əminə xanım barəsində, həmçinin əmisi haqqında parçalar verib.  

Süleyman Rüstəmin 1938-ci ildə "Sirlər xəzinəsi" tərcüməsində Nizaminin dayısı, Əminə xanımın qardaşı ömər haqqında da fikirlər var.

Xəlil Rza həmin əsəri 1996-cı ildə dilimizə uyğun müasirləşdirərək tərcümə edib.    

1942-ci ildə Stalinin göstərişi ilə Moskvada yer altında ayaqüstü olaraq Nizaminin 800 illik yubileyi keçirilib. O zaman 17 noyabrda Jdanov Stalinin məktubundan bunları oxuyur: "...Nizami Gəncəvi Azərbaycan xalqının bəşər mədəniyətinə və incəsənətinə bəxş etdiyi dühadır".

Nizami Gəncəvinin 800 illik əzəmətli yubileyini 1948-ci ildə bütün dünya qeyd etdi.

Şirvanşah Axsitanın "Leyli və Məcnun" poemasının yazılması müracitətilə göndərliyi məktuba cavabında alim-şair yazır:

"Qulluq halqasına keçdi qulağım,

Qan vurdu beynimə əsdi dodağım".

Şair sifarişdəki sıxıntılı şərti və bu şərtdən keçirdiyi övqatı qələmə alıb. Axsitan əsərin türkcə yazılmasını istəmir. Nizami də buna əsəbləşir. 11 yaşlı oğlu Məhəmməd atasına toxtaqlıq verir və müraciətdəki sifarişə əməl etməsini xahiş edir. Nəzərə alaq ki, o zaman fars saray dili idi, ərəb isə elmE İbn-Sina, Bəhmənyar kimi nəhənglər də əsərlərini bu dildə yazıb. O vaxt türk dili yazılı ədəbiyyatın dili deyildi. Nizami də əsərlərinin dünyaya çıxışı - yayılması üçün müsəlman Şərqin yazdığı başqa dillərdə yazmaq məcburiyyətində qalıb. Klassik Şərq ədəbiyyatının ölçüyəgəlməz varlığı N.Gəncəvi 5 poemasının ("Xəmsə"nin) 176 yerində özünün azəri-türklüyünə dair fikir söyləyib.

***

Xüsusi olaraq qeyd edək ki, böyük şairin türkcə yazdığı bizə çatmayıbsa, yazmadığı da hələ tam sübuta yetməyib. Nizamiyə qəsd etmək üçün onun xanımı Afaqın zəhərlənib öldürülməsi də faktdır. Bundan başqa, məlumdur ki, Nizami saraya getməyib, saray Nizaminin ayağına gəlib.

Nizaminin məqbərisini vaxtilə ziyarət edən İranın sabiq prezidenti xatirə yazısında qeyd edib: "Şeyx, səni bu torpağa bağlayan yalnız bu məzardır".

Nizaminin farslığına işarə edən bu ifadənin cavabını böyük şair özü uzaqgörənliklə əsrlərlə öncədən "Leyli və Məcnun" əsərində Axsitana məktubunda verib.

"Torki- sefəte səzaye-ma nist,

Torkanə sefət vəfaye-ma nist".

Farscadan çevirmə belədir:

"Türk sözünün, türk sifətinin mahiyyətini anlamadığımızdandır ki, türklüyümüzdən də vəfa görmürük".

Bax, budur dahi Nizami Gəncəvinin 900 ildən bəri bizə gəlib çatan (əslində çatmayan) həqiqəti!

 

Sayğılarla: Nizami Heydər 


      
Bu xəbər 10431 dəfə oxunub.
Ən son Yeniliklər
 Vicdan susa bilməz
 Sətirlərdə döyünən ürək
 Nuha (Nuxa), Şəki, Kiş dünyanın ən qədim məkanlarıdır
 Mühasib ömrü
 Qarabağ - xəyalım mənim...
 Qarabağ - görmədiyim, yalnız adını eşitiyim doğma vətənim
 Son nəfəsdə, qulaqları səsdə olan qocalar
 Əhliman Əmiraslanovun oğlunun "AzTürkMed" klinikasında ana və uşağı niyə ölüb?
 İlham Əliyev Türkiyəyə gedəcək
 Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış baş verib
 MİLLİ MƏCLİSDƏ AVROPA PARLAMENTİ MÜZAKİRƏLƏRİ
 Bəxtiyar Hacıyev prezidentə müraciət edib
 Bakıda yeni yol kompleksi istifadəyə verildi
 Misirdə prezidentliyə namizədin qərargahı yandırılıb
 “Eurovision-2012”-nin qalibi İsveç oldu
 İkinci yarımfinalın qalibləri seçildi
 "Azərbaycan 90-ci illərin əvvəllərində olan ölkə deyil"
 Qarabağda, Zəngəzurda və Naxçıvanda elan olunmamış müharibə...
 Layiq olduğunu qazanmaq şərəfi
 Qaraçay-Balkar türkləri milli səfərbəlik yolunda
 Su təsərrüfatındakı problemlər aradan qaldırılır
 Sapı özümüzdən olan baltalar
 Seysmik proseslər neft sektorunda hansı təsirə malikdir?
 Özünüzü saxta "Borjomi"dən qoruyun
  İkinci yarımfinalın qalibləri seçildi
 
 
Copyright © 2006 Təzadlar