- 08:48 Minsk qrupunun həmsədrləri İrəvan hadisələri ilə bağlı bəyanat yayıb
- 17:56 Nikol Paşinyan: “Qalib xalq, təbrik edirəm”
-
17:05
Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
- 14:29 “QAZ” markalı avtomobillər yığılacaq - HACIQABULDA
- 14:01 Energetika nazirinə yeni köməkçi təyin olunub
- 13:48 22 mayda keçiriləcək hərraca 70 dövlət əmlakı çıxarılıb
- 13:30 Su sayğaclarına qənim kəsilənlər yaxalandı
-
12:45
Депутатов РФ предложили лишать мандата за несоответствие расходов доходам
- 12:27 “ASAN Xidmət”ə rəhbərlik Ülvi Mehdiyevə tapşırılıb
- 12:05 İrəvanda etiraz dalğası genişlənib - tələbələr dərsləri boykot etdilər
-
11:30
Gizli ibadət-tədris kompleksi aşkarlanıb - DTX araşdırır
-
11:14
ABŞ-dakı erməni icması da Serj Sarqsyana qarşı çıxdı

Elşad Qarayevdən gəlininin ittihamlarına sərt cavab
Tarix: 25/10/2017
Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayev ikinci həyat yoldaşı Günay Rəhimovadan boşanıb. Lent.az-ın məlumatına görə, Günay ailəsinin dağılmasında qayınatası və qayınanasını günahlandırıb. Onun “Sən Allah üçüncü dəfə də evlən. Atan, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan?” sözləri Rəvanın atası, müğənni Elşda Qarayevi əsəbiləşdirib.
E.Qarayev axsam.az-ın əməkdaşı ilə söhbətində gəlini üçün çox yaxşılıq etdiyini deyib: “Çox sağ olsun danışdıqları üçün, allah canını sağ eləsin. Mənim etdiyim yaxşılıqların qarşısında o sözləri deyib. Əlimin duzu yoxdur. Mən ona qayınata yox, ata olmuşam. Qayınanası isə heç onun qapısını açmırdı. Özü yalvarırdı ki, bizə gəl. Bilirdi ki, necə gəlindi, ona görə evinə getmirdi. Mənim ayrı evim var, onunla yaşamırdım. Necə pis ola bilərəm? Bizim ailəni Arif Babayevdən, başqa sənətkarlardan soruşun. Ayıbdır, sənət adamıyıq, nə gəldi danışır”.
Qarayev daha sonra gəlinini hədələyib: “Ona deyin ki, çox da irəli getməsin. Mənim əlimdə onun elə səs yazıları var ki, məhkəməyə göstərsəm, uşağı da əlindən ala bilərəm, onu analıq hüququndan məhrum edərlər. Məni buna məcbur etməsin. Mən körpəni anasından ayırmaram axı... Yoldaşına qarşı işlətdiyi elə tərbiyəsiz ifadələr var ki... Bunu efirdə göstərmək mənə yaraşmaz. Heç küçə adamları belə sözlər işlətməz. Onun mənim yoldaşıma etdiklərindən xəbərim olmayıb. İndi hər şeyi bilirəm”.
“Bəs gəlininiz niyə ailəsini dağıdır” sualına müğənni belə cavab verib: “Atası evindən maşınla gəlmişdi guya. Maşının nə qədər borcu var idi. Rəvan özünə aldığı maşını da o sürürdü. Hətta ona maşın da aldıq verdik. Götürüb apardı, eybi yox, uşağımıza hədiyyəmiz olsun. Onu pul qane etmirdi. Pul dəlisi idi".
Qeyd edək ki, bu mövzu ötən gün R.Qarayevin “APA TV”-nin “Show time” verilişinə söylədiyi “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”, sözlərindən sonra başlayıb. İfaçının bu sözlərinə keçmiş xanımı qəzəblənərək, sosial şəbəkə vasitəsi ilə cavab vermişdi: “Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz. Sən Allah 3-cü dəfə də evlən. Atanla, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan. Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan”.

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər