- 21:25 Ermənistan prezidenti ölkədəki vəziyyəti təhlükəli adlandırıb
- 11:20 “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”
-
02:20
Саудовского короля спрятали в бункер из-за игрушечного самолетика
- 02:16 Səudiyyə kralının sarayı üzərində dron vurulub
-
00:59
Dövlət çevrilişinə cəhd olub, kral təxliyyə edilib
- 21:19 Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
- 20:59 AZAL-ın təyyarəsi məcburi eniş etdi
- 20:19 Ученые разработали технологию выявления рака на ранней стадии
- 16:37 MƏHKƏMƏ ANS-LƏ BAĞLI QƏRARINI AÇIQLADI
- 16:30 Qadınların başörtüsü yenə səs-küyə səbəb oldu
- 16:00 Göygöldə Torpaqların EKU Sisteminin nəticələrinin tətbiqinə başlanılıb
- 15:00 Bələdiyyə sədri zibilin "zibilinə düşdü"

Həftəbecər
Tarix: 28/11/2017
Xalq artisti adını qamarlayan, heç əməkdar artisti adına belə rol oynamayan Məleykə Əsədova, onu açıq-saçıq geyindiyinə görə qınayan xalq artisti, sevilən aktyor Ramiz Məliki məhkəməyə verərək, ondan 200 min manat təzminat istəyir.
P.S. Bəlkə Məleykə xanım “vopşe” lüt gəzmək istəyir, Ramiz müəllim mane olur? Bəlkə Məleykə xanım azərbaycanlı qadınını özü kimi, sinəsi-baldırı çöldə qalan geyimdə görmək istəyir? Bu yazıq Ramiz müəllim nə deyir axı? Deyir ki, abırlı geyin də. Abırsız geyinmək istəyirsən, geyin, day Ramiz müəllimi niyə məhkəməyə verib, 200 min manat tələb edirsən? Özün də bir vaxt deyirdin ki, 16 yaşından işləyib pul qazanırsan. Adamın sənə də yazığı gəlir. 16 yaşından qız uşağı olaraq, gecə də -gündüz də işləyib, min bir əzaba qatlaşmısan, bu çətin yolda necə-necə üzlər görmüsən. Belə əziyyətin əvəzi olaraq, ucu-bucağı görünməyən villada yaşayıb, bahalı maşın sürürsən. Sən əziyyət görmüş bir xanım kimi indi Ramiz müəllimə niyə əziyyət verirsən? Ayıb döyülmü? Açıq-saçıq geyinirsən eybi yox, daha özündən böyüyün üzünə niyə ağ olursan? Axı sən belə tərbiyənin yiyəsi deyilsən...
***
Aktrisa olduğu bildirilən Pərvin Abıyeva Türkiyədə sevgili olduğu deyilən müğənni Rafet El Romanla bağlı suala cavab verərkən azərbaycanlı kişiləri təhqir edib: “O çox romantikdir. Bizim azərbaycanlı kişilər belə deyil. Onlar bir az kobud və köhnə fikirlidirlər. Türkiyə kişiləri qədər romantik deyillər”.
P.S. Hörmətli Pərvin xanım, 3-5 kişi ilə qəti fikir bildirmək mümkün deyil. Deməli, sən Məşədi İbad demiş, görünür, bunu çox təcrübədən keçirmisən, yəni azərbaycanlı kişilərin çoxsunu sınağa çəkib, belə qənaətə gəlmisən ki, bizlər kobuduq. Kobud olsaydıq, səndən zövqlü olan rus xanımları bizdən ötrü “sinov” getməzdi. Amma Pərvin xanım, yaddan çıxarmısan ki, sınağa çəkdiyin kişilərin sayını unudan sənin kimi xanımla kobud davranıb, birdəfəlik istifadə etmək tam qanunauyğun haldır. Deyirsən ki, azərbaycanlı kişiləri Türkiyə kişiləri qədər romantik deyillər. Nə edək? O Türkiyəli kişilər, o da sən. Keçir onları bir-bir sınaqdan. Axırda bəyənmədiyin azərbaycanlı kişilərin üstünə qayıtmaq zorunda qalacaqsan. Bax, onda dua edəcəksən ki, kobud da olsa, kaş bir kişi tapaydım... İndilikdə isə hələ ki, türk kişiləri ilə kefinə, fışdırığına çal. Allah onlara da, sənə də qüvvət versin....
***
AMEA-nın Coğrafiya İnstitutunun İnsan Coğrafiyası İstiqamətinin rəhbəri Zakir Eminov demoqrafik göstəricilərdən danışarkən mətbuatda belə deyib: “... Hazırda Bakıda 20 min, ölkədə isə 120 min erməni yaşayır”.
P.S. Belə başa düşdük ki, Bakıdakı 20 mindən əlavə olan o 100 min erməni Qarabağda yaşayanlardır. Amma bu da reallığı əks etdirmir. Çünki Qarabağda bəlkə heç 20 min də erməni yoxdur. Hələ məlumatlar gəzir ki, xaricdən erməni gətirib sayı artırmağa cəhd edirlər. Nə isə... Bunu qoyaq bir kənara. Deməli, hörmətli alimin sözlərindən belə anlaşıldı ki, Bakıda 20 min erməni yaşayır. Burada da alim yenə yanlışlığa yol verir. Nöşün ki, hələ 1993 -cü ildə ulu öndər Heydər Əliyev demişdir ki, Bakıda 20 min erməni gəlinimiz var. O vaxtdan 24 il keçib. Nə oldu? Bu 24 ildə erməni gəlinlərimiz, ya da onların övladları, nəvələri 24 nəfər də olsun uşaq dünyaya gətirməyiblər? Onda belə çıxır ki, ya o 20 min erməni gəlini elə əvvəldən qısır olub, ya da onları saxlayan azərbaycanlı kişiləri axtalayıblar. Belə, nəsə rəqəm düz gəlimir e. Nətəhər olur ə, bu ki, 24 ildə o 20 min erməni gəlini at ilxısı, köpək sürüsü kimi küçükləyib, artmayıblar? Hıy? Buna cavab verə bilərsənmi, a Zakir müəllim?
***
Bu da dünyanın axırı... Deməli, əlində gitara, uzun saçlı, Pantamimo teatrnın aktyoru sayılan Vüsal Rzasoy adlı biri, əyalət ləhçəsi ilə oxuduğu “Ayə, hara geessən, ayə, anan bilirmi hara geessən ayə, öyəmi geessən, ayə” kimi üç misradan ibarət olan “mahısı” sosial şəbəkələri “partladır”.
P.S. Bilirsiniz, bu avara gəncin oxuduğu həmin avara mahnı niyə populyardır? Deyim də... Deməli, bir gün bir şah deyir ki, kim məni güldürə bilsə, ona yaxşı ənam veriləcək, güldürə bilməyən isə zopa ilə döyüləcək. Özlərinə arxayın olan məzhəkəçilər, lətifə danışanlar, təlxəklər nə qədər çalışırlar şah gülmür ki, gülmür. Hamısı da, zopa ilə döyülüb yola salınır. Nəhayət, bir çoban gəlir ki, bəs mən şahı güldürərəm. Deyilən şərti qəbul edərək, çoban şahın yanına gəlib, qulağına nəsə deyir. Şah deyir “yox”. Çoban da cavab verir ki, “mənim ki, də yox”. Birdən şah şaqqanaq çəkib, gülməkdən az qala qəşş edib özündən gedəcəkdi. Nəhayət, şah özünə gəlib əmr verir ki, bu çobana xəzinədən nə istəyir, verin. Soruşurlar ki, hörmətli şahımız, axı bu çoban sənə nə dedi ki, uğunub, özündən getdin? Şah deyir: “Bu çoban əyilib qulağıma pıçıltı ilə məndən soruşdu ki, sənin dədən tütək çalan olub? Mən də dedim ki, yox. O da qayıtdı ki, mənimki də yox”. Şah qulağına deyilən bu məntiqsiz sözə görə ürəkdən, əməlli-başlı gülüb. İndi gitara ilə “Ayə, hara geessən, ayə?” deyib haray çəkən bir avarının da bu məntiqsiz, “mahnısına” baxıb gülməyəsən, neyləyəsən? Hamı bir-birinə “Ayə, belə bir gic-gici mahnı var, ona baxmısanmı”- deyə sual edir. Bu səbəbdən də həmin zövqsüz gəncin oxuduğu “mahnı” və ona qoşulan “prikollar” sosial şəbəkədə populyarlıq qazanıb. Necə deyərlər, Allah şəfa versin.
***
Baş nazir Artur Rəsizadə “Dövlət rüsümü haqqında” qanuna dəyişiklik edib. Belə ki, bu gündən sonra “Dövlət rusumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə, hüquqi hərəkətlərə görə ödənilən “dövlət rüsumunun 25 faizi” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz ediləcək.
P.S. Əla, super, fısqırıq, həngamə, adə, çal, oyna, hurrey... Axı “dövlət rüsumunun 25 faizi” sözlərinin sadəcə “dövlət rüsumu” sözləri ilə əvəz edilməsi o deməkdir ki, məmurlar rüsuma istədikləri faizi qoymaqla, vətəndaşları at kimi minib çapacaqlar. Bu gündən sonra rüsuma qiymət qoymaq istənilən məmurun insafından və vicdanından asılıdır, əgər varsa... Ona görə də bu qanunun şərəfinə bir qonaqlıq və çalıb, oynamaq düşür, mən ölüm.
***
Ötən həftə “Xəzər” TV-nin “5/5” verilişinin qonağı, gənc ifaçı sayılan Orxan Babazadənin 10 min dollarlıq ayaqqabı geyinməsi çoxlarının təəccübünə səbəb olub.
P.S. Adam öncə ortaya bahalı ayaqqabı yox, bahalı ağıl qoymalıdır. Bu da olmayanda, ortaya ən azından sənət qoymalıdır. İndi bu gənc ifaçı sayılan Orxan Babazadə də ağlı və sənəti olmadığından səhnəyə qızıl işləmələri olan 10 min dollarlıq ayaqqabı ilə çıxır. Amma o 10 min dollara, yəni təxminən 17 min manata 170 nəfər imkansıza şəhid ailəsinə, xəstəyə 100 manatlıq bazarlıq etmək olardı. Bax, onda sənəti də olmasa, cəmiyyətdə Orxan Babazadə böyük nüfuz və hörmət qazanardı. İndilikdə isə, təkcə onu deyə bilərik ki, Allah bu gəncə ağıl versin.
***
Azərbaycan kişilərini kobud, köhnə fikirli, türk kişilərini isə romantik adlandıran aktrisa Pərvin Abıyevaya, elə həmkarı Tunay Əliyeva cavab verib: “Kişilər 500-1000 manatlıq qadına qarşı kobuddursa, bu, sadəcə fəxrdir”. Pərvin də cavabını çox gecikdirməyib: “Sən kimə 500-1000 manatlıq deyirsən? Mənim ətrafımdakıların, tanışların çoxu səninlə nəinki 500, 300 manata görüşürlər”.
P.S. Bax buna deyərəm, əsl saçyoldu. Açırlar bir-bir sandığı, tökürlər pambığı. Öz aramızdı, guya bu şou-əhli xanımların çoxsunun gündə bir kişi ilə görüşdüklərini bilmirdik? Əlbəttə, bilirdik. Sadəcə kimin neçəyə “getdiyini” bilmirdik. Amma onlara 300, 500, 1000 manat verən kişiləri başa düşmürəm. Rəhmətliyin uşağı, 3, 5, 10 manatlıq şeylərə o qədər pul verəndə, əlbəttə ki, harınlayıb, efirlərdə küçə qadınları kimi ağızlarına nə gəldi danışacaqlar də... Görəsən, sənətdən bixəbər bu şərəfli xanımların ipini dartıb yığışdıran olacaq, ya yox? “Tem bole” arada bu qədər qazanc varsa, bəs onda Vergilər Nazirliyi hara baxır?
***
Məlumatlara görə, Metropolitenin sabiq şefi Tağı Əhmədov icra başçısı olmaq istəyir.
P.S. Rusların bir məsəli var, “istəmək ziyanlı deyil, istəməmək lap yaxşıdır”. Özü də bu, hazırda mümkün olan şey deyil. Nöşün ki, Tağı müəllim yeraltı dünyanın adamı olub və oranın çikini-bikini, inkirini-minkirini yaxşı bilir. Bu səbəbdən də yer üstündə işləyə bilməz və müəyyən burcutmalar ola bilər. Bunun da nəticəsində Tağı müəllim “vızıldaşan” jurnalistlərlə üz-üzə qalacaq. Əlbəttə, Tağı müəllim çox ağıllı adamdı və belə halla qarşılaşmaq istəməz. Ona görə də qətiyyətlə demək olar ki, informasiya yanlışdır.
ELÇİN

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər